Məhkəmə qərarları › İş №e-2(088)-39/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-39/2022

11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-39/2022 11.05.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı, Cavabdeh qarşı ümumi paylı mülkiyyətdəki payın ayrılması tələbinə dair mülki işə Sədərək rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sədərək rayon Sədərək kəndində yerləşən 0.2 ha torpaq sahəsi və üzərində yerləşən 89.72 m2 fərdi yaşayış evinin İddiaçı məxsus 1\2 hissəsinin naturada bölünməsini və bu mümkün olmadıqda müvafiq fərdi yaşayış evinin dəyərinin ½ hissəsinin- 15000 manat pul kompensasiyanın və ödənilmiş 135 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının iddia ərizəsi geri qaytarılmalıdır. Çünki o, məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçının "xxxx" ASC vasitəsi ilə ödənilmiş 01 mart 2022-ci il tarixli 31370 saylı qəbzə əsasən ödədiyi 135 (bir yüz otuz beş) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı, Cavabdeh qarşı ümumi paylı mülkiyyətdəki payın ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC vasitəsi ilə ödənilmiş 01 mart 2022-ci il tarixli 31370 saylı qəbzə əsasən ödədiyi 135 (bir yüz otuz beş) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar