Məhkəmə qərarları › İş №e-2(088)-77/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-77/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-77/2024 13.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu İddiaçı X3, Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı X1 vəkili Vəkil 13 may 2024-cü il tarixdə iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh və digərlərinin ona məxsus olan MTT və MİBnin yanacaq doldurma məntəqəsindən (4 nömrəli reyestr kitabının 45-ci səhifəsində 28 fevral 1997-ci il tarixdə 479 qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ qeydə alınmış) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin yeni redaksiyasının tələblərinə riayət edilməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməli və həmçinin cavabdehə təqdim etmək üçün sübutların siyahısının surətləri, iddia ərizəsində göstərilməlidir. Belə ki, iddiaçı ona məxsus olan MTT və MİB-nin yanacaq doldurma məntəqəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsədə lakin, həmin MTT və MİB-nin yanacaq doldurma məntəqəsinin harada və hansı ünvanda olmasını göstərməmiş, həmin yanacaq doldurma məntəqəsinin mövcudluğunu təsdiq edən hər hansı sənədlərin olması müəyyən edilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş Sədərək rayon İcra hakimiyyətinin Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin 13 may 2024-cü il tarixli 515 saylı arayışından aydın olur ki, Sədərək rayon ərazisində haliyyədə MTT və MİB adlı yanacaq doldurma məntəqəsi qeydiyyatdan keçməmiş və mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin məcəllənin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsi məhkəməyə göndərilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı X1 Kapital Bankın Baş Ofisi vasitəsi ilə 03 may 2024-cü il tarixli ********* əməliyyat nömrəli, 5960 saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmaılıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149,152.1.1, 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı X3, Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı X2 geri qaytarılsın. İddiaçı X3 tərəfindən Kapital Bankın Baş Ofisi vasitəsi ilə 03 may 2024-cü il tarixli ********* əməliyyat nömrəli, 5960 saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar