Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-77/2025 13.05.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" ASC elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 1476.26 manat, faiz borcu üzrə 104.17 manat (faiz dərəcəsi 5 %) olmaqla cəmi 1580.43 manat borcun, 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının olmaqla ümumilikdə 1616.63 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BPM**********97 saylı tam kart müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6.4-cü bəndində əsasən müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, “Tam Digicard debet” məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-in rəsmi internet səhifəsində yerləşdirilmiş sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, Standart Şərtlərin 27-ci bəndində əks olunan tam kart bölməsinin tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və ona aşağıda sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Müştəri tərəfindən xx.xx.2024-cü il tarixində 349.90 manat, 3000 manat, 200 manat, 6.65 manat, 3.20 manat, xx.xx.2024-cü il tarixində 3.50 manat, xx.xx.2024-cü il tarixində 1.62 manat, 6.70 manat, 6.70 manat, 3.50 manat məbləğ özünə məxsus olmadan istifadə edilmişdir. Müştəri 3581.77 manat məbləğində əsassız olaraq varlanmış, əsassız varlanmanın bərpa edilməsi məqsədilə 2105.51 manat məbləğində ödəniş etmişdir. Bankın Suraxanı filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 1476.26 manat, faiz borcu üzrə 104.17 manat (faiz dərəcəsi 5 %) olmaqla cəmi 1580.43 manat borcu yaranmışdır. Ona görə də 35.80 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olan pulla birlikdə cəmi 1616.63 manat pul Cavabdeh alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya Qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından müəyyən olunur ki, "xxxx" ASC-nin borcu tələb etmək hüququ vardır. Məhkəmə 11 aprel 2025-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 14 aprel 2025-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********97 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə "xxxx" ASC-ə məxsus olan tam kart adlı kredit kartı verilmişdir. Mülki işə əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 214 nömrəli əsassız varlanmanı əks etdirən arayışından aydın olur ki, Cavabdeh iddiaçı "xxxx" ASC-ə 104.17 manat faiz borcu, 1580.43 manat əsassız varlanmaya səbə olan əsas borcu olmaqla cəmi 1580.43 manat borcu, 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının olmaqla ümumilikdə 1616.63 manat borcu yaranmışdır. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********97 nömrəli tam kart müqaviləsinə əsasən əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 1476.26 manat, faiz borcu üzrə 104.17 manat (faiz dərəcəsi 5 %) olmaqla cəmi 1580.43 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli BPM**********97 saylı tam kart müqaviləsinin 6.1-ci maddəsinə əsasən müştəri ********** nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə ecildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazın surətdə xəbərdar etməlidir. Müştərinin ABB-yə təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat ABB-yə təqdim edilmədıkdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar Müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti Müştəri daşıyır. Tam kart ABB-nin mülkiyyətidir və Müştərinin istifadəsinə verilir. Həmin müqavilənin 6.4-cü bəndində əsasən müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, “Tam Digicard debet” məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-in rəsmi internet səhifəsində yerləşdirilmiş sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, Standart Şərtlərin 27-ci bəndində əks olunan tam kart bölməsinin tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və ona aşağıda sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Ərizəyə əlavə olunmuş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********97 nömrəli kredit müqaviləsi, xx.xx.2025-ci il tarixli hesabdan çıxarış və xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayış göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildiriş, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini sərtləsdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.80 manat və 0.40 manat xidmət haqqı məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli BPM**********97 nömrəli tam kart müqaviləsi üzrə əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 1476.26 manat, faiz borcu üzrə 104.17 manat (faiz dərəcəsi 5 %) olmaqla cəmi 1580.43 manat borcun, 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının olmaqla ümumilikdə 1616.63 (bir min altı yüz on altı manat, altmış üç qəpik) manat pul Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-77/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-77/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver