Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-151/2025 17.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 28 yanvar 2025-ci il tarixdə əsassız olaraq əldə etdiyi 1695 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 36.95 manat pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh adına (bundan sonra Cavabdeh) xx.xx.2025-ci il tarixdə pul vəsaiti daxil olmuşdur. Həmin pul köçürmə əməliyyatının detalları aşağıda qeyd edilir: Qəbul edən qurum:X2 X4, Qaimə nömrəsi: **********58, Qayıdış növü: Kapital Planı, Təşkil edən qurum: X2 X4, Mühasibatlıq tarixi: 2025-01-20, Mühasibatlıq axını: EEA**********122, Göndərənin hesab nömrəsi: OSA**********8884, Göndərən qurumun adı: SİNOMAT İNTERNATİONAL CO.,LİMİTED, Qəbul edənin hesab nömrəsi: AZ71AAİİB********************, Qəbul edənin adı: QASİMOV BALAKİSHİ QASİM OGLU, Məbləğ: 1000.00 USD. Həmin vəsait xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı ASC-də (bundan sonra İddiaçı, Bank) olan ******************** saylı bank hesabı vasitəsi ilə 2 dəfə qəbul edilmişdir. Həmin mədaxil əməliyyatlarının çıxarışı təqdim edilir: 1) 2025-01-28 1,695.00 1,695.00 1,695.00 TRANSFER_FROM_ZEUS / 28-JAN-25 QASİMOV BALAKİSHİ QASİM OGLU **********JS ******************** BR5249803-> 944723063; 2) 2025-01-28 1,695.00 1,695.00 3,390.00 TRANSFER_FROM_ZEUS / 28-JAN-** BR ***2311 **********JS ******************** QASİMOV BALAKİSHİ QASİM OGLU -> 9********. Göründüyü kimi xx.xx.2025-ci il tarixli 1000 USD məbləği pul köçürməsini Cavabdeh xx.xx.2025-ci il tarixdə konvertasiya edərək 2 dəfə 1695 manat məbləğində qəbul etmişdir. Cavabdehə dəfələrlə bildirilsə də, heç bir hüquqi əsas olmadan qəbul etdiyi əlavə 1695 manat vəsaiti Banka qaytarmaqdan imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-nin nümayəndəsinə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, elektron sistem vasitəsi ilə məhkəməyə ərizə təqdim etmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, səhhətində problem olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, qərar çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilən Cavabdeh məxsus olan 523915*****9210 nömrəli MC BirBank CashBack ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə dövr üzrə 13,634.86 manat məxaric olunmuş, 13,745.00 manat isə mədaxil olunmuşdur. İş materiallarında olan pul köçürmənin gəlməsini təsdiq edən sənəddən görünür ki, 21 yanvar 2025-ci il tarixdə OSA**********8884 SİNOMAT İNTERNATİONAL CO.,LİMİTED (göndərənin hesab nömrəsi OSA**********8884) tərəfindən Cavabdeh hesabına (qəbul edənin hesab nömrəsi- AZ71AAİİB********************) 1000.00 USD məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilən Cavabdeh məxsus olan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh özünə məxsus olan 523915*****9210 nömrəli MC BirBank CashBack ödəniş kartı vasitəsilə 21 yanvar 2025-ci il tarixli 1000 USD məbləğində pul köçürməsini konvertasiya edərək iki dəfə (1695+1695) qəbul etmişdir. İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə aşağıdakı hüququ normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh adına 21 yanvar 2025-ci il tarixdə 1000 USD məbləğində pul vəsaiti daxil olmuş, həmin pul köçürməsini cavabdeh 28 yanvar 2025-ci il tarixdə konvertasiya edərək İddiaçı ASC-də olan ******************** saylı bank hesabı vasitəsilə 2 dəfə 1695 manat məbləğində qəbul etmişdir. Bununla da Cavabdeh 1695 manat məbləğində əsassız olaraq varlanmışdır. Bank tərəfindən hüquqi əsas olmadan qəbul etdiyi əlavə 1695 manat məbləğində vəsaitin qaytarılması tələb edilsə də, cavabdeh həmin vəsaiti qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1695 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36.95 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1695 manat məbləğində pul və 36.95 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-151/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-151/2025
17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver