Məhkəmə qərarları › İş №e-2(089)-30/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-30/2023

23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-30/2023 23.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkli Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 38004 manat məbləğində pulun, ödənilmiş 205 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 12 dekabr 2022-ci il tarixdə icraata qəbul edilmiş, mülki iş başlanılmıdır. 23 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinə cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olması barədə 2233 nömrəli, 16 noyabr 2022-ci il tarixli arayış əlavə etmiş və iddia ərizəsini aidiyyəti üzrə baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərmişdir. Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayır (qeydiyyatdadır). Həmçinin Cavabdeh vəsatətlə məhkəməyə müraciət etmiş, ünvan 2 ünvanında qeydiyyatda olduğunu bildirmiş, aidiyyətlə bağlı məsələnin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq həll edilməsini xahiş etmişdir. 23 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Vəkil mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır Məhkəmə cavabdehin vəsatətini, iş materiallarını, Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarını nəzərdən keçirib, belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə informasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, cavabdeh ünvan 2 ünvanında yaşayır (qeydiyyatdadır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxmağa verir. Yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş cavabdehin yaşayış (qeydiyyatda olduğu) yer üzrə məhkəməyə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2, 45.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar