Məhkəmə qərarları › İş №e-2(089)-316/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-316/2024

25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-316/2024 25.12.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ona məxsus vəsaitlə əsassız varlanması nəticəsində Cavabdeh tərəfindən əldə edilmiş 600 manat məbləği, eləcə də məhkəmədə iddia qaldırılması məqsədilə hüquqi xidmətlərin göstərilməsi üçün onun tərəfindən hüquqşünasa ödənilən 100 manat xidmət haqqı, ümumilikdə 700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında ona məxsus ayaqqabı sexindən 1000 manat dəyərində məhsulun topdan alışı ilə bağlı alqı-satqı əməliyyatı həyata keçirilmiş, lakin təxminən 20 gündən sonra cavabdeh tərəfindən həmin məhsulun 600 manat dəyərində olan hissəsinin satılmadığı bildirilərək malların qaytarılması və dəyərinin geri ödənilməsi xahiş edilmişdir. Sözügedən təklif onun tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə cavabdehin "xxxx" ASC-yə məxsus kart hesabına 600 manat pul vəsaiti köçürülmüşdür. Lakin, mobil tətbiqin proqram təminatında yaranmış problem səbəbindən həmin əməliyyat 2 dəfə həyata keçirilmiş, beləcə onun bank hesabından silinən 1200 manat hesabına cavabdeh 600 manat həcmində əsassız olaraq varlanmışdır. Qeyd olunan halla bağlı onunla əlaqə saxlasa da, Abdın sözügedən məbləğin ona qaytarılmasını müxtəlif bəhanələrlə ləngitmişdir. Belə olduğu təqdirdə AR DİN-in 102 xidmətinə şikayətlə müraciət etmiş, müraciəti aidiyyəti üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə yönləndirilmişdir. Polisdə aparılan araşdırma zamanı cavabdeh öz izahatında iddia tələbinin hüquqi əsasını təşkil edən xüsusatları etiraf etmiş, əsassız varlandığı 600 manatı geri qaytaracağını bildirmişdir. Lakin, həmin məbləğ bu günə qədər qaytarılmamışdır. Belə olduğu halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, əsassız varlanma nəticəsində Cavabdeh tərəfindən əldə edilmiş 600 manat pul məbləği, eləcə də məhkəmədə iddia qaldırılması məqsədilə hüquq xidmətlərinin göstərilməsi üçün ödənilən 100 manat xidmət haqqı, ümumilikdə 700 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalı və onun xeyrinə ödənilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət etmiş, səhhəti ilə əlaqədar uzaq məsafəyə səfərə çıxmaq imkanı məhdud olduğundan məhkəmə baxışında iştirakının qeyri-mümkün olduğunu bildirmiş, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq işə cavabdehin iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: 01 iyun 2024-cü il tarixdə karta köçürmə qəbzdən görünür ki, yarım il ərzində X6 tərəfindən Cavabdeh hesabına 1200 manat məbləğində pul vəsaiti köçürülüb. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Məcburi Köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında məlumatdan görünür ki, xx xxxxx 1974-cü il tarixdə doğulmuş İddiaçı “Məcburi köçkün” statusu vardır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsindən verilmiş 01 iyul 2024-cü il tarixli, 997 nömrəli arayışdan görünür ki, Vəliyev X4 rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində fərdi evdə müvəqqəti məskunlaşmışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə aralarında ona məxsus ayaqqabı sexindən 1000 manat dəyərində məhsulun topdan alışı ilə bağlı alqı-satqı əməliyyatı həyata keçirilmiş, lakin təxminən 20 gündən sonra cavabdeh tərəfindən həmin məhsulun 600 manat dəyərində olan hissəsinin satılmadığı bildirilərək malların qaytarılması və dəyərinin geri ödənilməsi xahiş edilmişdir. Sözügedən təklif onun tərəfindən qəbul edilərək xx.xx.2024-cü il tarixdə cavabdehin "xxxx" ASC-yə məxsus kart hesabına 600 manat pul vəsaiti köçürülmüşdür. Lakin, mobil tətbiqin proqram təminatında yaranmış problem səbəbindən həmin əməliyyat 2 dəfə həyata keçirilmiş, beləcə onun bank hesabından silinən 1200 manat hesabına cavabdeh 600 manat həcmində əsassız olaraq varlanmışdır. Qeyd olunan halla bağlı Cavabdehlə əlaqə saxlasa da, Cavabdeh sözügedən məbləğin ona qaytarılmasını müxtəlif bəhanələrlə ləngitmişdir. Belə olduğu təqdirdə AR DİN-in 102 xidmətinə şikayətlə müraciət etmiş, müraciəti aidiyyəti üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə yönləndirilmişdir. Polisdə aparılan araşdırma zamanı cavabdeh öz izahatında iddia tələbinin hüquqi əsasını təşkil edən xüsusatları etiraf etmiş, əsassız varlandığı 600 manatı geri qaytaracağını bildirmişdir. Lakin, həmin məbləğ bu günə qədər qaytarılmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 01 iyun 2024-cü il tarixli qəbzdən İddiaçı tərəfindən Cavabdeh hesabına 1200 manat məbləğində pulun köçürüldüyü sübuta yetirilir. Məhkəmə iddiaçının iddia ərizəsində bildirdiklərindən, iş materiallarından belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən 600 manat pul tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə də məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin araşdırılan hallarından sübuta yetmişdir ki, həqiqətən də 01 iyun 2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC-yə məxsus kart hesabına 600 manat pul vəsaiti köçürülmüşdür. Lakin, həmin əməliyyat 2 dəfə həyata keçirilmiş, beləliklə İddiaçı bank hesabından silinən 1200 manat hesabına Cavabdeh 600 manat həcmində əsassız olaraq varlanmışdır. Daha sonra isə həmin məbləği İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə də bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh İddiaçı hesabına 600 manat əsassız varlandığı öz təsdiqini tapır. Göründüyü kimi, Cavabdeh İddiaçı verməli olduğu pul vəsaitindən heç bir hüquqi əsas olmadan yararlanaraq əsassız varlanmışdır.. Qeyd olunanlara əsasən məhkəmə 600 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əssassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddiaçının məhkəmədə iddia qaldırılması məqsədilə hüquq xidmətlərinin göstərilməsi üçün hüquqşünasa ödənilən 100 manat xidmət haqqının tutulması tələbinə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş 13 iyul 2024-cü il tarixli, 7797 qəbzdən isə köçürülən 100 manat məbləğində pulun kimə aid olan hesaba və hansı məqsədlə köçürüldüyünü müəyyən etmək mümkün deyil. “Dövlət rüsumu haqqında” Azəbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul alınıb İddiaçı verilsin. 30 manat dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar