Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-44/2022 10.02.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul (subroqasiya qaydasında) tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, məhkəmə, müəyyən etdi İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən iddiaçının xeyrinə 469 manat sığorta ödənişi məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “”QAZ-33021“ markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 07.02.2019-cu il tarixdən 07.02.2020-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 02.11.2019-cu il tarixdə, saat 09:47 radələrində Bakı şəhəri, Q.Qarayev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “QAZ-33021” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Changan” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 06.11.2019-cu il tarixli, TR ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Əliyev X1 Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. 24 avqust 2021-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 469 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddia ərizəsi üzrə tələb olunan məbləğ beş min manatdan az olduğundan hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını məhkəmə mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Culfa rayon İH-nin Yaycı kənd İƏD üzrə nümayəndəliyi vasitəsilə bildiriş göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərarın və arayışın surətlərindən görünür ki, 02.11.2019-cu il tarixdə “QAZ 33021 YÜK markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Changan” markalı, ** AE *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və təqsir “QAZ 33021” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündə olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmiş, nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. 07 fevral 2019-cu il tarixli, PXA ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, 85BL520 dövlət nömrə nişanlı, QAZ 33021 minik markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, müqavilənin qüvvəyə minməsi tarixli 07 fevral 2019-cu il, müqavilənin qüvvədən düşmə tarixi 07.02.2020-ci il olmuşdur. 14 fevral 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 469 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, Cavabdeh iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan “QAZ-33021” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən ”Changah” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, hadisə nəticəsində “Changah” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 469 manat məbləğində pul vəsaitini ödədiyindən, iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, 469 manat vəsaitin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkənə maddi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Zərərçəkənə dəymiş maddi ziyan sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyinə görə, iddiaçının ödədiyi 469 manat məbləğində pul reqres qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. “Changan” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi 469 manat, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ümumilikdə 499 manat məbləğində pul Cavabdeh alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-44/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-44/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver