Məhkəmə qərarları › İş №e-2(090)-314/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-314/2023

16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-314/2023 16.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri Şahbuz Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 8.000 (səkkiz min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında Naxçıvan şəhərində Cahan ticarət mərkəzində qadın paltarı mağazası işlətmək barədə qərar gəlib, bu barədə tanıdığı X3 ilə məsləhətləşib birlikdə mağazanın kirayə pulunu və lazım olan satılıq malların alınmasına çəkiləcək xərcləri ona təmin edəcəyi, İlkanə Quliyevanın mağazada sadəcə satıcı kimi fəaliyyət göstərəcəyi və əldə ediləcək qazanc bərabər qaydada yəni, yüzdə əllisinin İlkanəyə, yarısının da ona çatacağı barədə qərara gəliblər. İlkanə Quliyeva 2022-ci ilin noyabr ayının əvvəli ona zəng edib Cahan Ticarət mərkəzində kirayə verilən mağaza tapdığını, həmin mazğazanın sahibinin Cavabdeh olduğunu, həmin mağazada Cavabdeh 5.000 (beş min) manatlıq malının olduğunu bildiribdir. Eyni zamanda o dükanı kirayə götürərkən həmin beş min manatlıq malı da Vüqardan almalı və dükanı Vüqardan onun adına bağlanmış kirayə müqaviləsi əsasında işlədəcəyini bildiribdir. Mağazaya isə aylıq 300 manat kirayə pulu və 300 manat da bazar pulu olmaqla ümumilikdə aylıq 600 manat ödəyəcəyini bildirib, İlkanə Quliyeva ilə bu danışıqlarından sonra o bazara gedib Cavabdeh ilə görüşübdür. Vüqarla görüşə gedən zaman təsadüfən Vüqarın qonşu ərazisində mağaza işlədən əsgərlik yoldaşı X1 ilə görüşübdür. Müzəffərə də görəcəyi iş barədə məlumat verib və eyni zamanda Vüqar adlı şəxsdən mağaza kirayə götürəcəyini bildiribdir. Müzəffərlə birlikdə Cavabdeh işlətdiyi ona kirayə verəcəyi 123 nömrəli mağazaya gediblər. Vüqarla görüşüb ona İlkanə Quliyevanın onunla danışıb dükanı 5000.00 manata yəni içindəki malların dəyəri ilə birlikdə kirayə ondan götürəcəyini bildiribdir. O isə ona beş min yox səkkiz min deyibdir. 3000 manat nədir əlavə o, bildirdi ki, həmin mağazanın təmirinə 3000 manat pul xərcləyib həmin pulu da ödəməlisiniz deyibdir. O da bu zaman İlkanə Quliyevaya zəng vurub əlavə 3000 manat barədə soruşubdur, da dükanın təmiri üçün 3000 manat ödəmək barədə ona deməyi unutduğunu bildiribdir. Cavabdeh 8000 manatı yəni 5000 (beş min) manat mağazanın içərisindəki malın pulu və 3000 manat mağazaya çəkdiyi təmir pulunu ümumilikdə 8000 manat pulu əsgərlik yoldaşı Niftəliyev Müzəffərin yanında veribdir. Pulu verəndə Vüqardan mağazanın kirayə müqaviləsini nə vaxt imazalayacağını soruşubdur. O da bildiribdir ki, nə vaxt desən bağlayaq. Təqribən 20-25 gün olardı ki, mağaza işləyirdi onunla İlkanə arasında haqqhesab barədə mübahisə yarandı. O, İlkanəyə onunla münasibətini kəsib onu mağazadan çıxartmaq istədiyini bildiribdir. O isə buna etiraz edərək mağazadan çıxmayacağını bildiribdir. O, Cavabdeh mağaza ilə bağlı kirayə müqaviləsini bağlamağı yəni həmin mağaza üzərində sahiblik, istifadə hüququnun rəsmiləşdirilməsini tələb edibdir. Lakin Cavabdeh müvafiq müqaviləni onunla bağlamaqdan yayınıbdır., sonradan mağazanın sahibinin Vüqar olmadığı məlum olubdur. Cavabdeh qeyd edilən hüquqazidd davranışları nəticəsində ona vurduğu 8.000 (səkkiz min) manat pulun ondan alınıb verilməsi və onun bu hərəkətinə hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsinə və Naxçıvan Şəhər Prokurorluğuna müraciət edibdir. Müvafiq müraciətlərinə cavab olaraq məsələnin mülki mübahisə olduğu, mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olduğu ona bildirilibdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmənin “Elektron Məhkəmə” informasiya sistemində olan vergi ödəyicilərinin məlumatından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə VÖEN ********** almış, Cavabdeh xx.xx.2019-cu il tarixdə VÖEN ********** almış, vergi ödəyicisidirlər. Göründüyü kimi, iş üzrə İddiaçı və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir, iddiaçının cavabdehə qarşı iddia tələbi isə tərəflər arasında yaranan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin qeyd hissəsinə görə Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Həmin Məcəllənin 24.3-cü maddəsinin tələbinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci tarixli, 10 nömrəli Qərarının 12-ci bəndində məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olmasının nəzərə alınması göstərilmişdir. Həmin Qərarın 13-cü bəndində isə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin Qərarın 25-ci bəndində əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyarların məhkəmələr tərəfindən nəzərə alınması qeyd edilmişdir. Eyni zamanda həmin Qərarın 28-ci bəndinə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranan tələb olduğundan, eyni zamanda işin xarakteri və işdə iştirak edən şəxslərin subyektiv tərkibi və həmin şəxslərin fərdi sahibkarlıq statusuna malik fiziki şəxs olduqlarından hazırki mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olduğundan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən "X4” vasitəsi ilə 14 noyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən "X4” vasitəsi ilə 14 noyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar