Məhkəmə qərarları › İş №e-2(094)-14/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-14/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-14/2025 08.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş 8600 (səkkiz min altı yüz) manat məbləğində ilkin ödənişin və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Məmmədov X2 rayonu, Hövsan qəsəbəsi, Dəniz limanında dənizin dərinliyində olan istismar müddəti bitmiş gəminin qalıqlarının çıxarılması üçün Caspian Diving MMC-nin rəhbəri kimi təqdim etmiş Cavabdeh ilə həmin qalıqların dənizdən çıxarılması üçün şifahi podrat müqaviləsi bağlamışdır. Müqavilənin tələblərinə əsasən, sifarişçi ilə podratçı arasında görüləcək iş müqabilində 18.000 (on səkkiz min) manat məbləğində muzd şərtləşdirilmiş, iş prosesinin ilkin mərhələsi üçün isə sifarişçi tərəfindən podratçıya 8600 (səkkiz min altı yüz) manat məbləğində ilkin muzd ödənilmişdir. Lakin Cavabdeh aldığı 8600 (səkkiz min altı yüz) manat məbləğin müqabilində heç bir iş görməyərək, şifahi podrat müqaviləsinin və eləcə də mülki qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. 28 aprel 2024-cü il tarixli HK- 1/1126 nömrəli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən iddiaçıya 8600 (səkkiz min altı yüz) manat maddi zərər dəymiş və sonuncuya ödənilmiş məbləğlərin geri qaytarılması zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini etiraf etməyərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh "xxxx" MMC-nin təsisçisidir. İddiaçı Məmmədov X2 rayonu, Hövsan qəsəbəsi Dəniz Limanında dənizin dərinliyində olan istismar müddəti bitmiş gəminin qalıqlarının çıxarılması üçün Cavabdeh müraciət edərək həmin qalıqların dənizdən çıxarılması üçün şifahi olaraq 18.000 (on səkkiz min) manata razılaşmışlar. İddiaçı işə başlamaq üçün ilkin olaraq Cavabdeh 8600 (səkkiz min altı yüz) manat ödəniş etmiş və həmin pulun müqabilində iş görülmüşdür. Cavabdeh işin tez yekunlaşması üçün öz tərəfindən əlavə olaraq 6350 manat pul xərcləmişdir. Lakin razılaşdıqları məbləği və Cavabdeh əlavə olaraq qoyduğu pul İddiaçı tərəfindən tam ödənilmədiyinə görə iş yarımçıq saxlanılmışdır. Qeyd olunanların nəzərə alınaraq əsassız olduğundan iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, sözügedən işlərə iyun ayında başlanılmışdır. Hövsan qəsəbəsi ərazisində dəniz sularından gəmi qalıqlarının çıxarılması üçün işlər görmüşlər. Onlar sahil mühafizə zolağını keçməklə qayıqla 20 dəqiqə yol qət edərək gəmi qalıqlarının olduğu yerə getmişlər. Gəmi batmış vəziyyyətdə idi, yarısı suyun altında yarısı üstündə olmuşdur. Tərəflər arasında olan razılaşmadan xəbəri olmamışdır, onlar işçi kimi öz işlərini görmüşlər. Digər işçiləri də o aparıb-gətirmişdir. Həmin gəminin üzərində bir ay yarım-iki ayadək işləmişlər. İddiaçı tərəfindən ödənilmiş məbləğ çatmadığına görə işin getməsinə görə cavabdeh öz cibindən də pul qoymuşdur. İddiaçı 8 min manat pul köçürmə yolu ilə vermişdir, lakin orada 8 mindən çox pul xərclənmişdir. Həmin işlə əlaqədar avadanlıqlar olaraq su nasosu, generator, qaynaq aparatı alınmışdır. Onlar fəhlə olaraq Muradın şirkətində işləyirlər. Onlar indiyə qədər gəmi çıxartmamışlar, lakin həmin qaydanı Murad bilirdi. İşlər görülərkən onların yanında Faiq da ara-sıra iştirak etmişdir. Gəminin içi dolu olmuş onun boşaldılması üçün işlər görülmüş, palçıq çıxarılmış, dəmir kəsilmiş, gəminin çıxarılması üçün tros çəkilmişdir. Videogörüntü həmin gəmidə aparılmış işlərlə bağlı çəkilmişdir. Həmin videogörüntünü o çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, işlər yay ayında başlanılmışdır. Onlar gəminin içindən palçıq təmizləmişlər. Həmin vaxt orada o, Səfər, Kənan, Murad olmuşdur. Gəminin yarısı üzdə olmuş, yarısı isə batmışdır. İşlərin gedişinə Faiq özü də gəlib baxmışdır. Onların işləri gəmini təmizləməkdən ibarət olmuş və öz işlərini bitirmişlər. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, **********9592091120 hesab nömrəsinə 2000 AZN köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-yə məxsus sənədin surətindən görünür ki, həmin sənəddə qeyd olunan işlərin xidmət dəyəri 19.897 manat təşkil edir. İş materiallarında olan ABB – nin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-289/2024 saylı qərarı ilə əlaqədar Cavabdeh məxsus 5167-5133-4753-5163 saylı plastik kart vasitəsilə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə aparılmış mədaxil əməliyyatlarına dair çıxarışı təqdim edilmiş və bildirilmişdir ki, plastik karta xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat və 2000 (iki min) manat ödəmə terminalları vasitəsilə, xx.xx.2023-cü il tarixdə 890 (səkkiz yüz doxsan) manat və xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) manat “Bithoven” təyinatı ilə Estoniya Respublikası (Tallin) ərazisindən, xx.xx.2023-cü il tarixdə 2300,52 (iki min üç yüz manat 52 qəpik) manat əmək haqqı təyinatı ilə və xx.xx.2023-cü il tarixdə 4000 (dörd min) manat ödəmə terminalı vasitəsilə mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Sahil Mühafizəsində vətəndaşların dənizə buraxılışı kitabının arxivdə saxlanılması müddəti 1 (bir) il olduğu üçün 2024-cü ildə məhv edilmişdir. Odur ki, sorğuda qeyd olunan vətəndaşlar barədə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dənizə giriş və çıxışlarına dair məlumatları təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan nizamnamənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMCnin təsiscisidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasına müəyyən edilmişdir ki, tərəflər arasında görüləcək iş müqabilində 18.000 (on səkkiz min) manat məbləğində şifahi razılaşma əldə olunmuşdur. İş prosesinin ilkin mərhələsi üçün iddiaçı tərəfindən cavabdehə 8600 (səkkiz min altı yüz) manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf həmin məbləğin ödənildiyini etiraf etmiş və həmin məbləğdə işlərin görülüdüyü, eləcə də özü tərəfindən artıq məbləğdə pul xərcləndiyini bildirmişdir. İddiaçı tərəf Cavabdeh aldığı 8600 (səkkiz min altı yüz) manat pulun müqabilində heç bir iş görmədiyini, şifahi podrat müqaviləsinin və eləcə də mülki qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğunu qeyd etsə də həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş videogörüntülərdən görünür ki, sözügedən istismar müddəti bitmiş gəmidə işlər aparılmışdır. Videogörüntüdə əks olunanlar şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi “İddiaçı tərəfindən Cavabdeh ödənilmiş 8600 (səkkiz min altı yüz) manat məbləğində ilkin ödənişin Cavabdeh tutularaq iddiaçı- İddiaçı ödənilməsi” hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar