Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-208/2025 01.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əşyaların alınması barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xətai rayonu Babək prospektiev 10C mənzil 24-də olan mebel, elektrik məişət avadanlıqları alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə iddiaçı 21 aprel 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. X1 cehiz əşyaları olan mebel və digər ləvazimatlar iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvana yerləşdirilmişdir. Onlar birgə nikah dövründə, yəni 9 il müddətində həmin əşyalardan istifadə etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. 03 dekabr 2023-cü il tarixli, AN-İ №1006335 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Babək prospektiev 10C mənzil 24-iCavabdeh satmışıdır. Mənizldə olan olan əşyalar, mebel və elektrik məişət avadanlıqları cavabdeh satılmadığından iddiaçı tərəfindən sonra götürələcəyi barədə cavabdehə məlumat verilmişdir. Zeynal Nərgiz Bakı şəhəri Xətai rayonu ünvan 2-də olan cehiz əşyalarının tələbi ilə məhkəməyə iddia ərizəsi vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tatixli qətnaməsi ilə Nərgiz Zeynalın iddiası təmin edilmiş cehiz əşyalarının: məişət avadanlıqları, mebel və sair əşyaların iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası mərhələsində Cavabdeh əşyaların götürülməsinə icazə verməmiş, mənzilə buraxmamış və müxtəlif maneələr yaratmışdır. Mənzildə olan əşyalar Cavabdeh satılmamış, onun mülkiyyətinə verilməmişdir. Buna baxmayaraq Cavabdeh mebel və məişət avadanlıqların iddiaçıya verməkdən imtina etmişdir. Bununla da Cavabdeh iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh Bakı şəhəri Xətai rayonu ünvan 2-də olan 1 ədəd Rusiya istehsalı soyuducu, 1 ədəd Türkiyə istehsalı qaz peçi, 1 ədəd Türkiyə istehsalı cam balkon, 1 ədəd İtaliya istehsalı kamot, 1 ədəd Televizor altı, 1 ədəd İtaliya istehsalı stol (masa), 6 ədəd stul və 2 ədəd stul kresol, 3 ədəd İtaliya istehsalı divan, 1 ədəd İtaliya istehsalı kresol, 1 ədəd İtaliya istehsalı yurnal masası, 2 ədəd İtaliya istehsalı tumboçka, 1 ədəd vitrin-kamot, 1 ədəd Kofeyni istehsalı yan yumal, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı, 1 ədəd İtaliya istehsalı çil-çıraq, 1 ədəd torşer Honkonq istehsalı, İtaliya istehsalı furmal üçün tumboçka, Çin istehsalı stol (masa), 6 ədəd Çin istehsalı stul, 1 ədəd İtaliya istehsalı təkərli araba, İtaliya istehsalı smistitel moyka, İtaliya istehsalı şifoner, İtaliya istehsalı çarpayı, İtaliya istehsalı ataman, 2 ədəd İtaliya istehsalı tumboçka, 1 ədəd İtaliya istehsalı turmo, İtaliya istehsalı pərdə, İtaliya istehsalı aksessuarlar, İtaliya istehsalı tərəzi, İtaliya istehsalı çilçıraq, İtaliya istehsalı veşilka, Mebel (Qarderobda), Yazı masası, Ataman, Paltarlar, blok şkafi, 1 ədəd İtaliya istehsalı çilçıraq, Türkiyə istehsalı Mebel şkaf, Güzgü Türkiyə, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın, 1 ədəd kamera UK, Tumbo, Çin istehsalı çarpayı (uşaq otaqında), Çin istehsalı kamot, Çin istehsalı masa, Çin istehsalı stul, Çin istehsalı çilçıraq, Çin istehsalı azyaşlı uşaq çarpayısı alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olması (eyni predmetlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olması) və eyni zamanda iddia müddətinin keçməsi ilə bağlı rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, 1006335N-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu ünvan 2 Cavabdeh satmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-3506/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı "cehiz əmlakların tələbi"nə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçıya məxsus böyük bakal-14 ədəd — 875 manat, boşqab 3 ölçüdə -36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan — 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr — 3 ədəd, vaza güllü (Versace)-2 ədəd-2500 manat, buludlar (Versace)-3 ədəd - 1900 manat, kül qabı (Versace)-2 ədəd-1800 manat, vaza qara (Versace)-1 ədəd -800 manat olan cehiz əşyaları alınaraq iddiaçı X2 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə və digər Cavabdeh münasibətdə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı 22 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırkı apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə də iddia təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3753/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(103) 4177/2024 nömrəli qətnaməsi həmin qətnamə ilə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixdə Nəsimi rayon icra şöbəsində verdiyi izahatından qeyd etmişdir ki, cehiz əşyaları ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixdə satdığı mənzildədir. Hazırda həmin əmlakdan bu iş üzrə Cavabdeh istifadə edir. Məhkəmənin qətnaməsindən məlumatı var. Mənzildə olan tələbkara məxsus cehiz, mebel əşyalarını təqdim edəcəkdir. İcra vərəqəsində göstərilən əşyalar, hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri ünvan 2 –də saxlanılır. Cavabdeh həmin əşyaları tələbkara verəcəkdir. Cavabdeh həmi əşyaları onlara verməsə də, onun mülkiyyətində olan torpaq sahəsi və nəqliyyat vasitəsini sataraq icra vərəqəsini icra edəcəkdir. Onun mülkiyyətində torpaq sahəsi və nəqliyyat vasitəsi vardır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, işin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia edilən mübahisəli əmlaklar (əşyalar) X2 məxsusdur. Hazırkı halda isə sözügedən əmlakların (əşyaların) iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Yuxarıda qeyd oluduğu kimi məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal olaraq mübahisəli əmlaklar (əşyalar) X2 aid olduğu aşkar edilmişdir. Belə olan olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə müraciət etmək hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi əmlaklara (əşyalara) dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı əşyaların alınması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əşyaların alınması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-208/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-208/2025
01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver