Məhkəmə qərarları › İş №e-2(094)-251/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-251/2025

30.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-251/2025 30.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən götürülən əşyaların geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən götürülən əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən Cavabdeh tərəfindən 1.Yataq otağında, dəhlizdə və mətbəxdə olan çilçıraqlar; 2.Qonaq otağında quraşdırılmış kondisioner; 3.Mətbəx mebellərinin stullar; 4.Hamamdakı işıq; 5.Pəncərələrdəki jalüzlərin geri qaytarılması və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixli, ********** qeydiyyatı №-li Çıxarışı əsasında müəyyən edilmiş Mənzil (mənzil reyestr kodu **********-015701-093029) və ünvan 1 ünvanında yerləşən, 63.96 kv.m. ümumi, 37.04 kv.m. yaşayış sahəsindən ibarət, 3 otaqlı mənzil 07 aprel 2025-ci il tarixində Cavabdeh notarial alqı-satqı müqaviləsi və ipoteka müqaviləsi əsasında alqı-satqısı həyata keçirilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh qeyd edilən ünvanda yerləşən evini satış məqsədi ilə satışa çıxarmış və mənzilin alqı-satqısına vasitəçilik fəaliyyətini göstərən X4 ilə mənzilin satışını həyata keçirmək üçün əməkdaşlıq edilmişdir. O, müvafiq mənzilin alışı məqsədi ilə vasitəçi X4 ilə əlaqə saxlamış və vasitəçinin də iştirakı ilə birlikdə mənzilə baxış keçirilmişdir. Mənzilə baxış keçirildikdən sonra, mənzilin alışı niyyəti ilə Cavabdeh ilə vasitəçinin yanında mənzildə saxlanılanacaq əşyalar, mənzilin dəyəri barəsində danışıqlar aparılmış və razılıq əldə edilmişdir. Vasitəçinin şahidliyi ilə əldə edilən razılaşmaya əsasən, elektronik əşyalar və qonaq otağı dəstinin götürülməsi və qalan əşyaların, yəni yataq otağında, dəhlizdə və mətbəxdə olan çilçıraqların, qonaq otağında quraşdırılmış kondisionerin və mətbəx mebellərinin stullarının, pəncərələrdəki jalüzlərin, hamamdakı işıqın mənzilin alış dəyərinə daxil edərək, adları qeyd edilən əşyaların mənzildə saxlanılacağı barədə razılaşma əldə edilmişdir. Hətta adları qeyd edilən əşyaların alqısatqı prosesindən öncə mənzildə mövcudluğu və hansı əşyalardan bəhs edilməsi ilə əlaqəli sübutu əhəmiyyətə malik şəkillər hazırki iddia ərizəsinə qoşma olaraq əlavə edilir. İşin faktiki hallarına aid edilən digər əsas hal isə, alqı-satqı prosesindən sonra 06 may 2025-ci il tarixində ailə üzvləri ilə birlikdə yeni alınan mənzilin Cavabdeh təhvili üçün mənzilə daxil olarkən yuxarıda adları qeyd edilən əşyaların mənzildən götürüldüyü məlum olmuşdur və müvafiq halın aradan qaldırılması, əşyaların geri qaytarılması ilə bağlı dəfələrlə cavahdeh ilə əlaqə saxlamağa çalışılsa da, cavabdeh heç bir zənglərə cavab verməmişdir. Baş vermiş hadisə ilə bağlı 06 may 2025-ci il tarixdə Bakı Şəhəri Pirallahı Rayon Polisinə şikayət ünvanlanmış və ifadə verilməsi üçün dəvət edilən vasitəçi X4 şifahi razılaşmaya şahidlik etdiyini və həmin razılaşmaya əsasən, elektronik əşyalar, qonaq otağı dəstinin və qonaq otağının çılçırağının götürülməsi, qalan əşyaların isə mənzilin satış qiymətinin dəyərinə daxil edilərək mənzildən çıxarılmayacağı barədə razılaşmanın olduğunu öz izahatında qeyd etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Pirallahı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başladılmasından rədd edilməsi barədə qərar qəbuledilmiş və qərarda müvafiq məsələnin mülki mübahisə predmetli məsələ olduğu üçün aidiyyəti üzrə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Beləliklə, cavabdeh tərəfindən əşyaların ona məxsus mənzildən çıxarılması səbəbindən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən Cavabdeh tərəfindən 1.Yataq otağında, dəhlizdə və mətbəxdə olan çilçıraqlar; 2.Qonaq otağında quraşdırılmış kondisioner; 3.Mətbəx mebellərinin stullar; 4.Hamamdakı işıq; 5.Pəncərələrdəki jalüzlərin geri qaytarılması və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək göstərdi ki, o, İddiaçı mənzili əşyasız satmışdır. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, ev 20, 59 saylı mənzil Cavabdeh tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 63,96 kv.m ümumi, 37,04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil Cavabdeh tərəfindən İddiaçı satılmışdır. İddiaçı mənzilin ona əşyalı satıldığını bildirsə də həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh mənzilin əşyasız satıldığını qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən götürülən əşyaların geri qaytarılması” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən götürülən əşyaların geri qaytarılması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar