Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-90/2023 04.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əsasız varlanma nəticəsində əldə etdiyi pulun qaytarlması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əsasız varlanma nəticəsində əldə etdiyi pulun qaytarlması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8700 manat məbləğində əsassız varlanma nəticəsində əldə etdiyi pulun, 107 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:04-də Bakı şəhəri «Şamaxinka» adlanan ərazinin yaxınlığında yerləşən «Kapitalbank»ın «Binəqədi» filialında olan terminal vasitəsilə pul köçürmə əməliyyatı həyata keçirərkən səhvən 8700 manat pulu Cavabdeh məxsus hesaba köçürmüşdür. Bundan sonra, dərhal bankın rəhbərliyinə bu barədə məlumat verilməsi nəticəsində pulun cavabdehin hesabına köçürüldüyü müəyyən edilmişdir. İddiaçı və bankın əməkdaşları cavabdehlə telefon əlaqəsi saxlayaraq yanlışlıqla onun hesabına 8700 manat pul köçürülməsi barədə cavabdehi məlumatlandırmış, ondan ya banka gələrək, ya da kart hesabına köçürməklə pulu geri qaytarması xahiş olunmuşdur. Cavabdeh əvvəlcə pulu qaytaracağına vəd versə də, dəfələrlə onunla danışılmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbədən də iddiaçı əvvəlcə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şöbədə araşdırma başlasa da, heç bir müsbət nəticəsi olmamış və iddiaçıya məhkəməyə müraciət etməli olması şifahi şəkildə tövsiyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi məbləğ onun bank kart hesabına köçürülmüşdür. Həmin vaxt onun kart hesabına sığorta ödənişi köçürülməli idi. O, düşünmüşdür ki, karta köçən həmin pul sığorta ödənişidir. Bu səbəbdən də həmin məbləği xərcləmişdir. Bank tərəfindən onunla heç bir əlaqə saxlanılmamışdır. Bununla bağlı polis əməkdaşları zəng edərək məlumat vermişlər. Belə ki, qeyd olunan pul xx.xx.2022-ci il tarixdə onun hesabına oturulub. İddiaçının özü ilə dəfələrlə əlaqə saxlamaq istəsədə bu mümkün olmamışdır. Banka bu barədə məlumat verdikdə ona bildirmişdir ki, iddiaçının özü banka yaxılaşmalıdır. Hazırda həmin məbləği ödəməyə imkanı yoxdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «Kapitalbank»ın «Binəqədi» filialının rəhbərliyinə İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 8700 manat terminal vasitəsi ilə ******* müştəri koduna ödəniş etmişdir. Məbləğin həmin hesabdan geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Regional Vəkil Bürosunun Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə ünvanlanmış 858/13 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə 1-ci bəndinə əsasən, ünvan 2 ünvanda yaşayan İddiaçı səhvən başqa şəxsin (Cavabdeh) hesabına 8700 manat məbləğində pul köçürməsi və sonuncunun həmin məbləği mənimsəyərək geri qaytarmaması barədə ərizəsi əsasında toplanmış materialın surətini bu sorğunu təqdim edən şəxs vasitəsilə onlara göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan «Kapitalbank»a məxsus ********* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Yengibar oğlu tərəfindən Cavabdeh Yunis oğlunun hesabına xx.xx.2022-ci il tarixdə 8700 manat pul köçürülmüşdür. İş materiallarında olan Sumqayıt Regional Vəkil Burosunun 346108 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkilik fəaliyyəti üçün büronun hesabına 1000 manat pul köçürmüşdür. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 107 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, əsasız varlanma nəticəsində əldə etdiyi pulun Cavabdeh tutulması hissəsində əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməli, 8700 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasmm MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı cavabdehdən 1000 manat vəkil xərci tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununlada iddia bu hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 107 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100 %-ini təşkil edir, buna münasib olaraq 107 manat ödənilmiş dövlət rüsumu iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 8700 manat məbləğində pul, 107 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-90/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-90/2023
04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver