Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1088/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1, habelə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin cavabdehlərin hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadə və ona sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlundan və Inzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, XXX və XXX küçələrinin kəsişməsi 2535-ci məhəllə ünvanında yerləşən XXX Yaşayış Kompleksinin “A” blokunda A.-1.3 və A.-1.4 qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin cavabdehlər cavabdeh2 MMC-nin və “xxxx” MMC-nin hesabına sökülərək, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçı Iddiaçı təhvil verilməsi, iddiaçıya qeyri-yaşayış sahəsindən istifadəyə və ona sahiblik etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, iddianın qaldırılması üçün məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun və 500 manat hüquqi xidmət haqqının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)- ***/**** nömrəli qərardadı ilə (hakim Ü.Yusifova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 152.1.3, 152.4-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçı Iddiaçı cavabdehlər X6, cavabdeh2 MMC-yə, X2, X1, X7, X3, X4, X8, X5, X9 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami Rayon Icra Şöbəsi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçı Iddiaçı ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən, cavabdeh2 MMC ünvan 1 ünvanda inşa edilmiş binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən (yarı-zirzəmidə) ümumi sahəsi 200 kv.metr-dən ibarət olan qeyri-yaşayış sahəsini Iddiaçı təqdim etməyi öhdəsinə götürmüşdür. Bundan sonra, cavabdeh2 MMC və Iddiaçı arasında ## ###### 2024-cü il tarixli Q/Y-*** nömrəli və ## ###### 2025-ci il tarixli Q/Y-*** nömrəli müqavilələr bağlanmış, Bakı şəhəri, Nizami rayonu, XXX və XXX küçələrinin kəsişməsi 2535-ci məhəllə ünvanında yerləşən XXX Yaşayış Kompleksinin “A” blokunda 1-ci mərtəbədə yerləşən A.1.1 və A.1.2 qeyri-yaşayış sahələri və -1 (zirzəmi) mərtəbəsində yerləşən A.- 1.3 və A.-1.4 qeyriyaşayış sahələri Iddiaçı verilmişdir. “AZEMIS”-dən çıxarışdan görünür ki, Iddiaçı VÖEN-i (XXX) vardır. Fəaliyyət istiqaməti “torpaqların istismara və kirayəyə verilməsi”dir. Göründüyü kimi tərəflər arasında olan münasibətlər kommersiya xarakterlidir. Belə olan halda, irəli sürülən tələbə ümumi məhkəmədə baxılmalı olmadığına görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
Şikayətin dəlilləri:
4. Iddiaçı Iddiaçı şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 24.2, 25.1, 25.2, 26.1, 26.2, 31.1-ci maddələrinin, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli ** nömrəli Qərarının tələbləri pozulmuşdur.
6. Belə ki, tərəflər arasındakı mübahisənin predmeti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadından irəli gələrək, cavabdeh cavabdeh2 MMC tərəfindən Iddiaçı verilmiş əmlakın bu dəfə cavabdehlər cavabdeh2 MMC və “xxxx” MMC tərəfindən qeyri-qanuni yolla sahiblənilməsi və bundan irəli gələn digər məsələlərdir. “AZEMIS”-dən çıxarışdan Iddiaçı VÖEN-ə (XXX) sahib olması, fəaliyyət istiqamətinin “torpaqların istismara və kirayəyə verilməsi” olsa da, hüquq münasibətlərinin xarakteri sahibkarlıq deyildir. Iddiaçı nə torpaq sahəsini istismara, nə də ki, kirayəyə verib. Iddiaçı fərdi sahibkar statusuna (VÖEN-ə) malik olması, onun cavabdehlər cavabdeh2 MMC və “xxxx” MMC ilə sahibkarlıq münasibətlərinə girməsinə dəlalət etmir. Iddiaçı fərdi sahibkar statusuna (VÖEN-ə) malik olmasından asılı olmayaraq mübahisə Iddiaçı sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Onun əmlakı qanunsuz şəkildə ələ keçirilmiş və o, pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəflərin subyektiv tərkibini nəzərə alsa da, tərəflər arasındakı mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamış və ya almaq istəməmişdir, ya da ki, görməzdən gəlmişdir.
7. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
13. Hazırkı işin hallarına görə, iddiaçı fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs, cavabdehlər isə kommersiya hüquqi şəxsləridir.
14. Həmçinin, müəyyən olunur ki, mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinə əsaslanmaqla, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının iddia olunan pozuntusundan yaranmışdır.
15. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il ## ######## tarixli ** saylı Qərarının 13-cü bəndində formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılan iddialara iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.
16. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.
17. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: Iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.