Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № e-2(1-8)-1303/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azәrbaycan Respublikası adından Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki kollegiyasının iddiaçı “Xәtai-48” Mәnzil Mülkiyyәtçilәrinin Müştәrәk Cәmiyyәtinin cavabdehlәr “X2” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti vә “Yeni Hәyat BB Kompleksi” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı iş üzrә QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, ümumi məhkəmə) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (mәruzәçi), Kommersiya Kollegiyasının hakimi Qәribov Bәhman Fәrhad oğlu vә İnzibati Kollegiyasının hakimi X1 ibarәt qarışıq mәhkәmә tәrkibindә, iddiaçı “Xәtai-48” Mәnzil Mülkiyyәtçilәrinin Müştәrәk Cәmiyyәtinin cavabdehlәr “X2” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti vә “Yeni Hәyat BB Kompleksi” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı “idarәetmәdәn kәnarlaşdırma vә әşyaların verilmәsi” tәlәbinә dair iş üzrә Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin e-*(***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrardadından cavabdeh “X2” MMC-nin şikayәtinә ## ### 2026-cı il tarixdә yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrarı qәbul etdi. İş üzrә qәbul edilmiş mәhkәmә aktları a) Birinci instansiya mәhkәmәsindә icraat
1. İddiaçı “Xәtai-48” Mәnzil Mülkiyyәtçilәrinin Müştәrәk Cәmiyyәti (bundan sonra “iddiaçı”) iddia әrizәsi (tәlәbin hәcminin artırılması barәdә әrizә) Yasamal Rayon Mәhkәmәsinә müraciәt edәrәk, cavabdeh cavabdeh2 MMC-nin Bakı şәhәri, Xәtai rayonu, 8 Noyabr prospekti, 1212-ci mәhәllә, ev 15 (yeni qaydalarla: AZ 1025, Bakı şәhәri, Xәtai rayonu, Ayaz İsmayılov küçәsi, bina 2) ünvanında yerlәşәn çoxmәnzilli yaşayış binasının idarә edilmәsinә dair fәaliyyәtinin qanunsuz hesab edilmәsi,“xxxx" MMC vә “xxxx" MMC-nin hәmin binanın idarәetmәsindәn kәnarlaşdırılması, hәmin binaya dair bütün sәnәdlәr, açarlar vә idarәetmә ilә bağlı digәr aidiyyәti әmlak, binanın mühәndis-kommunikasiya sistemlәri (isti su, qaz, elektrik vә istilik enerjisi ) qazanxanalar, liftlәr, ümumi sanitar qovşaq, tәhlükәsizlik vә giriş sistemlәri, zirzәmi vә parking sahәlәri (oradan binanın ümumi kommunikasiya xәtlәri keçmәsi vә ümumi zibil qablarının yerlәşmәsi nәzәrә alınaraq), ümumi istifadә tәyinatlı sahәlәr, çoxmәnzilli binanın ümumi әmlakı hesab edilәn digәr obyektlәrin iddiaçıya tәhvil verilmәsi vә “xxxx" MMC vә “xxxx" MMC-nin hәmin binanın qeyri-yaşayış sahәlәri vә qaraj yerlәrinin (parking yerlәri) idarә edilmәsi ilә bağlı fәaliyyәtinin qanunsuz hesab edilmәsi, “xxxx" MMC vә “xxxx" MMC-nin hәmin binanın qeyriyaşayış sahәlәri vә qaraj yerlәrinin (parkinq yerlәri) idarә edilmәsindәn kәnarlaşdırılması, bina sakinlәrinin girişi vә çıxışı üçün yaradılan bütün manelәrin aradan qaldırılması, hәmin qeyriyaşayış vә qaraj yerlәrinә dair bütün sәnәdlәrin, açarların vә idarәetmә ilә bağlı digәr aidiyyәti әmlakın iddiaçıya tәhvil verilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
2. Cavabdeh cavabdeh2 MMC-nin vәkili vә nümayәndәsi vәsatәtlә mәhkәmәyә müraciәt edәrәk mülki işin baxılması üçün aidiyyәti üzrә Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.
3. Vәsatәt Mülki Prosessual Mәcәllәnin 24.2, 25.1, 26.1, 26.2, 31.1, 32.3, 32.4-cü, Vergi Mәcәllәsinin 34.7.3-cü maddәlәrinә vә “İşlәrin ümumi vә yaxud kommersiya mәhkәmәlәrinә aidiyyәtinin müәyyәn edilmәsi, mәhkәmә aidiyyәti ilә bağlı mübahisәlәrә vә mәhkәmәlәr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyәtlәrinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ##.##.2020-ci il tarixli qәrarına istinadla әsaslanndırılmışdır.
4. Yasamal Rayon Mәhkәmәsinin e-*(***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrardadı ilә vәsatәt tәmin edilmәmişdir. (hakim Aytәkin Əsәdzadә)
5. Birinci instansiya mәhkәmәsi qeyd etmişdir ki, MMMC qeyri-kommersiya hüquqi şәxsi olmaqla, әsas mәqsәdi mәnfәәt götürmәkdәn ibarәt deyil. MMMC-nin mәqsәdi çoxmәnzilli binada daşınmaz әmlak kompleksini birgә idarә etmәk, çoxmәnzilli binanın ümumi әmlakının istismarını, ona sahibliyi, ondan istifadәni vә qanunvericiliklә müәyyәnlәşdirilmiş hәdlәrdә barәsindә sәrәncam verilmәsini tәmin etmәkdәn ibarәtdir vә çoxmәnzilli binanın sahә mülkiyyәtçilәrinin könüllü birliyi olaraq yaradılır. Hazırkı halda da iddiaçı MMMC qanunvericiliyin tәlәblәrinә uyğun olaraq qeyri-kommersiya hüquqi şәxsi olaraq tәsis edilmiş Ədliyyә Nazirliyindә qeyri-kommersiya hüquqi şәxsi olaraq reyestr qeydiyyatına alınmışdır.
6. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni Mülki Prosessual Mәcәllәnin 24.2, 25.1, 26.1-ci maddәlәri vә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “İşlәrin ümumi vә yaxud kommersiya mәhkәmәlәrinә aidiyyәtinin müәyyәn edilmәsi, mәhkәmә aidiyyәti ilә bağlı mübahisәlәrә vә mәhkәmәlәr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyәtlәrinә dair” ##.##.2020-ci il tarixli ** nömrәli Qәrarına istinadla әsaslandırmışdır. Şikayәtin vә ona qarşı etirazın dәlillәri a) Şikayətin dəlilləri
7. Cavabdeh “X2” MMC (vәkil nümayәndә1) şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini vә vәsatәtin tәmin edilәrәk, işin baxılması üçün Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.
8. Şikayәt cavabdehin birinci instansiya mәhkәmәsindә verdiyi vәsatәtin mәzmunu ilә eynilik tәşkil etmiş, әlavә olaraq qeyd olunmuşdur ki, qanunverici mәhkәmә aidiyyәtini yeni qaydada müәyyәn edәn zaman, hәm mübahisәnin subyekt tәrkibinin, hәm dә predmetinin mәhz sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı olmasını tәlәb edir. Hәmin meyar üzrә qiymәtlәndirmәnin hәyata keçirilmәsi zamanı mübahisәnin predmetini tәşkil edәn tәlәbin tәrәflәrdәn yalnız birinin sahibkarlıq fәaliyyәtindәn irәli gәlmәsi vә ya onun sahibkarlıq fәaliyyәti ilә bağlı olması işin kommersiya mәhkәmәsindә baxılması üçün yetәrli deyildir. Bu baxımdan mәhkәmә aidiyyәtinin müәyyәn edilmәsi zamanı işin kommersiya mәhkәmәsindә baxılması üçün hüquq münasibәtlәrinin xarakterinә qiymәt verilәrkәn әsas tәlәb (vә yaxud birlikdә baxılması mümkün olan әsas tәlәblәrdәn әn azı biri) üzrә mübahisәnin tәrәflәrdәn yalnız birinin deyil, әn azı iki qarşı tәrәfin ayrı-ayrılıqda vә ya birgә hәyata keçirilәn sahibkarlıq fәaliyyәtindәn, yaxud da tәrәflәrin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fәaliyyәtinin hәyata keçirilmәsindәn irәli gәlmәli olması nәzәrә alınmalıdır.
9. Bakı şәhәr Yasamal Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә işlә birlikdә baxılması üçün kassasiya instansiyası mәhkәmәsinә göndәrilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikasının Konstitusiyası Maddә 60 (İ). Hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir; Maddә 62. Mәhkәmә aidiyyәtinin dәyişdirilmәsinә yol verilmәmәsi Hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır. Şәxsin razılığı olmadan onun işinә başqa mәhkәmәdә baxılmasına yol verilmir. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikasının Qanunu Maddә 15. İşlәrin Azәrbaycan Respublikası qanunvericiliyi ilә müәyyәn edilmiş mәhkәmә aidiyyәtinin dәyişdirilmәsi vә ya әsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi Maddә 13.2.37. Sahibkarlıq fәaliyyәti - şәxsin müstәqil surәtdә, öz riski ilә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların tәqdim edilmәsindәn, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fәrdi sahibkarlar tәrәfindәn gәlir) götürülmәsi olan fәaliyyәtidir; Maddә 33.1. Vergi nәzarәtinin hәyata keçirilmәsini tәmin etmәk mәqsәdi ilә vergi ödәyicisi olan hüquqi şәxslәr, olduqları (dövlәt qeydiyyatı haqqında sәnәdlәrdә qeyd olunmuş hüquqi ünvan), vergiyә cәlb olunan gәliri Azәrbaycan mәnbәyindәn olan vә bu gәlirdәn ödәmә yerindә vergi tutulmayan qeyri-rezidentlәr Azәrbaycan mәnbәyindәn gәlirin alındığı yer üzrә, fәrdi sahibkarlar vә bu Mәcәllәnin müddәalarına uyğun olaraq bәyannamә vermәli olan rezident fiziki şәxslәr yaşadıqları, xüsusi notariuslar isә fәaliyyәt göstәrdiyi yer üzrә vergi orqanlarında uçota alınır; Maddә 33.3. Hüquqi şәxsin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxsin (bundan sonra - fәrdi sahibkar) bu Mәcәllә ilә vergi ödәmәsi vәzifәsini şәrtlәndirәn halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödәyicisi kimi uçota alınır. Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi Maddә 13. Sahibkarlıq fәaliyyәti şәxsin müstәqil surәtdә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, әmtәә satışından, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fәrdi sahibkarlar tәrәfindәn gәlir) götürülmәsi olan fәaliyyәtdir. “Sahibkarlıq fәaliyyәti haqqında” Azәrbaycan Respublikasının Qanunu Maddә 1. Sahibkarlıq fәaliyyәtini şәxsin müstәqil surәtdә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların istehsalından vә (vә ya) satışından, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fәrdi sahibkarlar tәrәfindәn gәlir) götürülmәsi olan fәaliyyәtdir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi Maddә 24.2. Mübahisәnin ümumi mәhkәmәyә vә ya kommersiya mәhkәmәsinә aidiyyәti işdә iştirak edәn şәxslәrin subyektiv tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakteri nәzәrә alınmaqla, bu Mәcәllәyә müvafiq olaraq müәyyәn edilir. Maddә 26.1. Sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olan mübahisәlәrә (kommersiya mübahisәlәrinә) dair işlәrә mülki mәhkәmә icraatı qaydasında kommersiya mәhkәmәlәri baxır. Maddә 26.2. Kommersiya mәhkәmәlәri bu Mәcәllәnin 40-5-ci fәslindә nәzәrdә tutulmuş işlәrә, habelә sahibkarlıq fәaliyyәti ilә әlaqәdar olduqda bu Mәcәllәnin 35-ci vә 40-2-ci fәsillәrindә nәzәrdә tutulmuş işlәrә vә qanunla onların sәlahiyyәtlәrinә aid edilәn digәr işlәrә dә baxırlar. Maddә 31.1. Aidiyyәt qaydalarının pozulmasına yol verilmir. Maddә 32.4. Aidiyyәt haqqında mәsәlә qalxdıqda, hakim işin aidiyyәti üzrә göndәrilmәsi vә ya aidiyyәt haqqında әrizәnin rәdd edilmәsi barәdә әsaslandırılmış qәrardad çıxarır. Maddә 44.2.2. İş hәmin mәhkәmәdә baxıldığı zaman onun aidiyyәt qaydalarının pozulması ilә icraata qәbul edildiyi aşkar olarsa mәhkәmә işi başqa mәhkәmәdә baxılmağa verir. Maddә 403-1.1. İşdә iştirak edәn şәxslәr işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadlardan şikayәt vermәk hüququna malikdirlәr. Maddә 403-1.2. Kasasiya instansiyası mәhkәmәsi tәrәfindәn mәhkәmә aidiyyәtinә dair mübahisәlәrә bu maddәdә müәyyәn edilmiş xüsusiyyәtlәr nәzәrә alınmaqla, bu Mәcәllәnin 43cü fәslindә müәyyәn olunmuş qaydalara uyğun olaraq baxılır. Maddә 403-1.6. Kasasiya instansiyası mәhkәmәsindә mәhkәmә aidiyyәtinә dair mübahisәlәr üzrә şikayәtlәrә vә mәhkәmә aidiyyәtinә dair mәhkәmәlәr arasında fikir ayrılığı mәsәlәlәrinә mülki, kommersiya vә inzibati kollegiyalara daxil olan hakimlәrin qarışıq tәrkibindә tәrәflәrin tәqdim etdiyi sәnәdlәr әsasında, mәhkәmә baxışı keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan 10 gün müddәtindә baxılır.[576] Maddә 403-1.7. Kasasiya instansiyası mәhkәmәsi mәhkәmә aidiyyәti mәsәlәsini hәll edәrkәn mәhkәmәlәr tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 403-1.8. Kasasiya instansiya mәhkәmәsi mәhkәmә aidiyyәtinә dair mübahisәlәr üzrә şikayәtә baxarkәn: işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadı dәyişiklik edilmәdәn, şikayәti tәmin etmәdәn saxlaya bilәr; işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadı tamamilә lәğv edib, yeni qәrar qәbul edә bilәr; işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadı tamamilә lәğv edib, әrizәni yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrә bilәr. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 30-cu maddәsinin şәrh edilmәsinә dair” ##.##.2013-cü il tarixli Qәrarı “Azәrbaycan Respublikası Konstitusiyasının 62-ci maddәsinә görә mәhkәmә aidiyyәtinin qanunsuz dәyişdirilmәsinә yol verilmir. Hәmin maddәyә әsasәn hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır. Mәhz bu baxımdan mәhkәmә aidiyyәti qanunvericiliklә dәqiq müәyyәn edilmәli vә bu norma mәhkәmә vasitәsindәn istifadә edәn subyektlәr üçün aydın olmalıdır. Mәhkәmә aidiyyәtinin qanunla dәqiq müәyyәn edilmәsi hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә tәminatı hüququnun sәmәrәli hәyata keçirilmәsinә zәmanәt yaradır. Mәhkәmә aidiyyәti әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı şәxsin hüquqlarının vә qanunimaraqlarının әsas prosessual tәminatlarından biri kimi qәbul olunur. Bu isә mәhkәmә aidiyyәti qaydalarının qanunla dәqiq müәyyәn edilmәsini vә aydın başa düşülmәsini tәlәb edir. Əks halda mәhkәmә vә tәrәflәr qarşısında bu vә ya digәr işin hansı mәhkәmәdә baxılması mәsәlәsindә qeyri-müәyyәnliyin yaranması ilә yanaşı, mәhkәmәlәr tәrәfindәn işә ağlabatan müddәtdә baxılmasında çәtinlik yarana vә şәxsin pozulmuş hüquqlarının sәmәrәli bәrpa edilmәsi mümkünsüz ola bilәr. Mәhkәmә aidiyyәtinә dәqiq riayәt edilmәsi mübahisәnin müvafiq mәhkәmә icraatı qaydasında hәrtәrәfli araşdırılmasına zәmanәt yaradır. Mәhkәmә icraatı növündәn asılı olaraq mәhkәmә prosesi xüsusi prinsiplәr vә prosessual qaydalara müvafiq aparılır. Bu prinsip vә prosessual normalara riayәt edilmәsi mübahisәnin ixtisaslaşdırılmış qaydada әdalәtli hәll edilmәsinә şәrait yaradır. Mәhz ona görә mübahisәyә müvafiq mәhkәmә aidiyyәti qaydasında baxılması konstitusion baxımdan ciddi әhәmiyyәt kәsb edir.” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “İşlәrin ümumi vә yaxud kommersiya mәhkәmәlәrinә aidiyyәtinin müәyyәn edilmәsi, mәhkәmә aidiyyәti ilә bağlı mübahisәlәrә vә mәhkәmәlәr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyәtlәrinә dair” ##.##.2020-ci il tarixli ** nömrәli Qәrarı 10-cu bәnd. 2019-cu il # #### tarixli Qanunla edilmiş dәyişikliklәrlә mәhkәmә aidiyyәtinin müәyyәn edilmәsi meyarları dәyişmәz qalsa da, onların tәtbiqi mexanizmindә köklü dәyişiklik edilmişdir. Belә ki, MPM-in 24.2-ci maddәsinin qüvvәdәn düşmüş redaksiyasında tәrәflәrin subyekt tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakterindәn ibarәt sadalanan üç qiymәtlәndirici meyarın hәr biri müstәqil şәkildә mübahisәnin ümumi mәhkәmәyә vә ya inzibatiiqtisadi mәhkәmәyә aidiyyәtini müәyyәn etmәyә imkan verirdisә, yeni redaksiyada mәhkәmә aidiyyәtinin müәyyәn edilmәsindә bu meyarların hәr üçünün qarşılıqlı bağlılığı tәlәb olunur; 11-ci bәnd. O da nәzәrә alınmalıdır ki, MPM-in 1-ci maddәsinin qeyd hissәsindә kommersiya mübahisәlәrinә anlayış verilәrkәn onların mәhz sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olan mübahisәlәrә aid olduğu göstәrilmişdir. MPM-in istinad olunan 1-ci, habelә 25 vә 26-cı maddәlәrinin tәlәblәrinә uyğun olaraq mübahisә üzrә tәrәflәrin hüquq münasibәtlәrinin xarakterinin sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı olması işin ümumi vә ya kommersiya mәhkәmәlәrinә aidiyyәtinin müәyyәnlәşdirilmәsi baxımından hәlledici meyardır. Göründüyü kimi, qanunverici mәhkәmә aidiyyәtini yeni qaydada müәyyәn edәn zaman, hәm mübahisәnin subyekt tәrkibinin, hәm dә predmetinin mәhz sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı olmasını tәlәb edir. Hәmin meyar üzrә qiymәtlәndirmәnin hәyata keçirilmәsi zamanı mübahisәnin predmetini tәşkil edәn tәlәbin tәrәflәrdәn yalnız birinin sahibkarlıq fәaliyyәtindәn irәli gәlmәsi vә ya onun sahibkarlıq fәaliyyәti ilә bağlı olması işin kommersiya mәhkәmәsindә baxılması üçün yetәrli deyildir. Belә ki, mәsәlәn: verilmiş istehlak krediti üzrә fәrdi sahibkar statusuna malik olan fiziki şәxsә qarşı borc tәlәbinә dair iddianın bankın sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsindәn irәli gәlmәsinә, habelә mübahisәnin hәr iki tәrәfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fәaliyyәtindә istifadә üçün deyil, şәxsi istehlak mәqsәdlәri ilә verilmәsi sәbәbindәn işә ümumi mәhkәmәdә baxılmalıdır; 13-cü bәnd. Əsas tәlәb (yaxud birlikdә baxılması mümkün olan әsas tәlәblәrdәn әn azı biri) üzrә mübahisәnin әn azı iki qarşı tәrәfin birgә hәyata keçirilәn sahibkarlıq fәaliyyәtindәn irәli gәldiyi mübahisәlәrә müqavilә münasibәtlәrindәn yaranan tәlәblәr aiddir. İş üzrә әn azı iki qarşı tәrәfin sahibkarlıq fәaliyyәtinin birgә vә yaxud ayrı-ayrılıqda hәyata keçirdiyi zaman yarana bilәn mübahisәlәrә әşya-hüquqi münasibәtlәrdәn irәli gәlәn istifadә, sahiblik vә mülkiyyәt hüquqlarının müdafiәsi, habelә deliktdәn irәli gәlәn tәlәblәr aiddir. Tәrәflәrin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fәaliyyәtinin hәyata keçirilmәsindәn meydana gәlәn mübahisәlәrә isә kommersiya hüquqi şәxsi ilә bağlı korporativ mübahisәlәr aiddir; 15-ci bәnd. Mәhkәmәlәrә hәmçinin izah edilir ki, kommersiya mübahisәlәrinin subyektlәrinin, habelә baxış predmetinin mümkün dairәsi dә mәhz mübahisә üzrә hüquq münasibәtinin xarakterinin sahibkarlıq fәaliyyәti ilә bağlı olmasına dair bu Qәrarın 13-cü bәndindә әks olunmuş yanaşma baxımından müәyyәnlәşdirilmәlidir. 27-ci bәnd. Fәrdi sahibkar statusuna malik olmayan fiziki şәxslәrin iştirakı ilә olan, onların qanunsuz sahibkarlıq fәaliyyәtindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinin müәyyәn edilmәsi ilә bağlı mәhkәmәlәr nәzәrә almalıdır ki, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 13-cü maddәsinә әsasәn hәyata keçirilәn fәaliyyәtin sahibkarlıq fәaliyyәti hesab olunması üçün üç şәrtin mövcudluğu tәlәb edilir: müstәqillik, mәnfәәt götürmәk mәqsәdi vә fәaliyyәtin iqtisadi xarakterli olması. Mülki Mәcәllәnin istinad edilәn maddәsindә qanunilik şәrti nәzәrdә tutulmasa da, “Sahibkarlıq fәaliyyәti haqqında” Qanunun 10-cu maddәsi sahibkarlıq fәaliyyәtinin dövlәt qeydiyyatının mәcburiliyini müәyyәn edir. Eyni zamanda, hәmin Qanunun 12.1-ci maddәsinә әsasәn mülkiyyәt vә tәşkilati-hüquqi formalarından asılı olmayaraq öz fәaliyyәtini Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun surәtdә hәyata keçirәn sahibkarın hüquqlarının vә qanuni mәnafelәrinin müdafiәsini dövlәt tәmin edir. Digәr tәrәfdәn, qanunsuz sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsinә görә İnzibati Xәtalar Mәcәllәsinin 398-ci maddәsi ilә inzibati, habelә Cinayәt Mәcәllәsinin 192-ci maddәsi ilә cinayәt mәsuliyyәti nәzәrdә tutulmuşdur. Odur ki, fәrdi sahibkar statusuna malik olmayan fiziki şәxslәrin hәyata keçirdiyi qanunsuz sahibkarlıq fәaliyyәti aidiyyәti üzrә inzibati vә cinayәt mәsuliyyәti yaratdığından, habelә hәmin fәaliyyәtdәn irәli gәlәn hüquq vә qanuni mәnafelәrin müdafiәsinә dövlәt tәminat vermәdiyindәn bu fәaliyyәtindәn irәli gәlәn mübahisәlәrә onların sahibkarlıq xarakteri nәzәrә alınmadan, ümumi mәhkәmәlәrdә baxılmalıdır. Belәliklә, fәrdi sahibkar statusuna malik olmayan fiziki şәxslәrin iştirakı ilә olan mübahisәlәrin kommersiya mәhkәmәlәrindә baxılması imkanı yalnız bu Qәrarın 26-cı bәndindә qeyd edilәn iki halla mәhdudlaşacaqdır. Kassasiya instansiyası mәhkәmәsinin mövqeyi
11. Mәhkәmә tәrkibi şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq, aşağıdakıları qeyd edir.
12. İşin müәyyәn edilmiş hallarına әsasәn iddiaçı qeyri-kommersiya hüquqi şәxsi olmaqla, әsas mәqsәdi mәnfәәt götürmәkdәn ibarәt deyil.
13. Mübahisәnin ümumi mәhkәmәyә vә ya kommersiya mәhkәmәsinә aidiyyәti işdә iştirak edәn şәxslәrin subyektiv tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakteri nәzәrә alınmaqla müәyyәn edilir.
14. MPM-in 24.2, 25.1 vә 26.1-ci maddәlәrinin, Plenum Qәrarının 10 vә 11-ci bәndlәrinin әlaqәli tәhlilindәn belә nәticәyә gәlinir ki, mübahisәnin kommersiya mәhkәmәsinin aidiyyәtindә olub-olmamasının müәyyәn edilmәsi üçün: 1) tәrәflәrin subyektiv tәrkibi; 2) mübahisәnin predmeti vә 3) hüquq münasibәtlәrinin xarakterinin sahibkarlıq fәaliyyәti ilә bağlılığı müәyyәn olunmalıdır.
15. Mәhkәmә kollegiyası cavabdehin şikayәtinin dәlillәri üzrә izah edir ki, yuxarıda qeyd olunan hәr üç şәrt birlikdә mövcud olduqda münasibәtlәr sahibkarlıq münasibәtlәrindәn әmәlә gәlәn münasibәt hesab olunur. 1-ci şәrtlә bağlı qeyd edilmәlidir ki, MMMC-nin mәqsәdi çoxmәnzilli binada daşınmaz әmlak kompleksini birgә idarә etmәk, çoxmәnzilli binanın ümumi әmlakının istismarını, ona sahibliyi, ondan istifadәni vә qanunvericiliklә müәyyәnlәşdirilmiş hәdlәrdә barәsindә sәrәncam verilmәsini tәmin etmәkdәn ibarәtdir vә çoxmәnzilli binanın sahә mülkiyyәtçilәrinin könüllü birliyi olaraq yaradılır. Hazırkı halda da iddiaçı MMMC qanunvericiliyin tәlәblәrinә uyğun olaraq qeyri-kommersiya hüquqi şәxsi olaraq tәsis edilmiş Ədliyyә Nazirliyindә qeyri-kommersiya hüquqi şәxsi olaraq reyestr qeydiyyatına alınmışdır. Demәli, hüquqi qiymәtlәndirmә üzrә 1-ci test tәsdiqini tapmamışdır.
16. Mülki Mәcәllәnin 43.5-ci maddәsinә görә hüquqi şәxslәr fәaliyyәtinin әsas mәqsәdi mәnfәәt götürmәkdәn ibarәt olan (kommersiya hüquqi şәxslәri) vә ya әsas mәqsәdi mәnfәәt götürmәkdәn ibarәt olmayan vә götürülәn mәnfәәti iştirakçıları arasında bölüşdürmәyәn (qeyri-kommersiya hüquqi şәxslәri), habelә ümumdövlәt vә (vә ya) ictimai әhәmiyyәt daşıyan fәaliyyәtlә mәşğul olan (publik hüquqi şәxslәr) qurumlar ola bilәr.
17. Mülki Mәcәllәnin 43.6-cı maddәsinә görә qeyri-kommersiya qurumları olan hüquqi şәxslәr ictimai birliklәr, fondlar, hüquqi şәxslәrin ittifaqları formasında, habelә qanunvericilikdә nәzәrdә tutulan digәr formalarda yaradıla bilәr. Qeyri-kommersiya hüquqi şәxslәri sahibkarlıq fәaliyyәti ilә yalnız o hallarda mәşğul ola bilәrlәr ki, bu fәaliyyәt onların yaradılması zamanı qarşıya qoyulmuş mәqsәdlәrә nail olmağa xidmәt etsin vә bu mәqsәdlәrә uyğun gәlsin. Sahibkarlıq fәaliyyәtini hәyata keçirmәk üçün qeyri-kommersiya hüquqi şәxslәri tәsәrrüfat cәmiyyәtlәri yarada bilәr vә ya onlarda iştirak edә bilәrlәr.
18. Bununla bağlı qeyd edilmәlidir ki, istәnilәn işdә tәrәflәrdәn birinin (hazırkı işdә iddiaçının) hüquqi şәxs olması onun sahibkarlıq fәaliyyәti ilә mәşğul olması anlamına gәlmir. Bu zaman hüquqi şәxsin tәşkilati-hüquqi formasına diqqәt yetirilmәli, onun bilavasitә kommersiya vә ya qeyrikommersiya hüquqi şәxs olmasına, qeyri-kommersiya hüquqi şәxs olduğu halda isә sahibkarlıq fәaliyyәtinin istiqamәtinә qiymәt verilmәklә mәhkәmә aidiyyәti müәyyәn edilmәlidir. Sahibkarlıq fәaliyyәti vә bu fәaliyyәtin mәqsәdinin nәdәn ibarәt olması da Mülki Mәcәllә, Vergilәr Mәcәllәsi vә “Sahibkarlıq fәaliyyәti haqqında” Qanunun yuxarıda qeyd edilәn normalarında dәqiq müәyyәn edilib.
19. Nәzәrә alınmalıdır ki, qeyri-kommersiya hüquqi şәxslәri yalnız yaradılması zamanı qarşıya qoyulmuş mәqsәdlәrә nail olmağa xidmәt edәn vә bu mәqsәdlәrә uyğun gәlәn sahibkarlıq fәaliyyәti ilә mәşğul ola bilәr.
20. Buna görә dә hüquqi şәxsin qeyri-kommersiya tәşkilatı olması onun sahibkarlıq fәaliyyәtini istisna etmәdiyi üçün işin mәhkәmә aidiyyәtini müәyyәn etmәk mәqsәdilә mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakterinә dә qiymәt verilmәli, hәmin münasibәtlәrin qeyri-kommersiya tәşkilatının yaradılması zamanı qarşıya qoyulmuş mәqsәdlәrә nail olmağa xidmәt edәn vә bu mәqsәdlәrә uyğun gәlәn sahibkarlıq fәaliyyәtinә aid olubolmamasına aydınlıq gәtirilmәlidir.
21. Hazırki işdә iddia tәlәbi çoxmәnzilli yaşayış binasının idarә edilmәsi ilә bağlı tәlәblәrdir. Başqa sözlә, Mәnzil Mülkiyyәtçilәrinin Müştәrәk Cәmiyyәtinin hazırkı iddiası yaradıldığı zaman qarşıya qoyduğu mәqsәdә uyğun olaraq mәhz çoxmәnzilli yaşayış binasının idarә edilmәsinә yönәlәn bir fәaliyyәtdir.
22. Belәliklә, mәhkәmә tәrkibi belә nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsinin işin mәhkәmә aidiyyәti üzrә baxılması üçün kommersiya mәhkәmәsinә göndәrilmәmәsi ilә әlaqәdar gәldiyi nәticә faktiki cәhәtdәn әsaslı, prosessual hüquq normalarının tәtbiqi baxımından qanuni olmuşdur. Buna görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanmalıdır.
23. Yuxarıda şәrh edilәnlәri vә Mülki Prosessual Mәcәllәnin 403-1.8.1-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә tәrkibi QƏRARA ALDI: Cavabdeh “X2” MMC-nin şikayәti tәmin edilmәsin. Bakı Şәhәri Yasamal Rayon Mәhkәmәsinin e-*(***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.