Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(1-8)-1662/2026 12.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - qanunla bu qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadıqda) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyası, hakimlәr X1 (mәruzәçi), Hәsәnov Vüqar Tәvәkgül oğlu vә Şamayev Elşad Yaquboviçdәn ibarәt tәrkibdә, Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi vә mәnәvi zәrәrin ödәnilmәsi” tәlәbi barәdә iddia qaldıraraq Qәbәlә Regional “Asan Xidmәt” Mәrkәzindә notariat ofisinin xüsusi notariusu Cavabdeh 2025-ci il # ### tarixindә “KM38” nömrәli növbә bileti әsasında bağışlanma müqavilәsinin tәsdiq edilmәsi ilә bağlı xidmәtdәn әsassız imtina etmәsi sәbәbindәn maddi vә mәnәvi zәrәr çәkdiyini göstәrәrәk 1.000 manat mәblәğindә maddi vә 5.000 manat mәblәğindә mәnәvi zәrәrin ödәnilmәsi, o cümlәdәn 80 manat mәblәğindә dövlәt rüsumu tutularaq ona verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı tәzminat tәlәbi barәdә qarşılıqlı iddia qaldıraraq AR Ədliyyә Nazirliyinә, AR ƏN Notariat, Qeydiyyat vә Reyestr Baş Idarәsinә, AR Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial Innovasiyalar üzrә Dövlәt Agentliyinә, AR DIN Qәbәlә RPŞ-yә vә Qәbәlә rayon prokurorluğuna göndәrilәn çoxsaylı şikayәt әrizәlәrindә Qәbәlә Regional “Asan Xidmәt” Mәrkәzindә notariat ofisinin xüsusi notariusu onun qanunazidd fәaliyyәt göstәrmәsi vә vәtәndaşların hüquqlarını qәsdәn pozulması barәdә hәqiqәtә uyğun olmayan mәlumatların yer aldığını, hәmin hәrәkәtlәrlә işgüzar nüfuzuna xәlәl gәtirildiyini vә fәaliyyәtinin dәfәlәrlә araşdırıldığını, bu sәbәbindәn mәnәvi zәrәr çәkdiyini göstәrәrәk dәymiş zәrәrin ödәnilmәsindәn ötrü 10.000 manat mәblәğindә tәzminat ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
3. Qәbәlә Rayon Mәhkәmәsinin (hakim – Ü.Qәnbәrov) 2025-ci il # #### tarixli e-*(***)- ***/**** nömrәli qәtnamәsi ilә ilkin vә qarşılıqlı iddia tәlәblәri rәdd edilmişdir.
4. Hәmin qәtnamәdәn iddiaçı İddiaçı 2026-cı il # ###### tarixindә apellyasiya şikayәti vermiş, şikayәtә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizә әlavә edib Qәbәlә Rayon Mәhkәmәsinin 2025-ci il # #### tarixli *(***)-***/**** nömrәli qәtnamәsinin qanuni qüvvәyә minmәdiyinin nәzәrә alınaraq apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsini vә işin aiddiyyәt üzrә baxılmasından ötrü Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.
5. Qәbәlә Rayon Mәhkәmәsinin 2026-cı il ## ###### tarixli e-*(***)-***/**** nömrәli qәrardadı ilә әrizә tәmin olunmuş, iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti buraxılmamış hesab edilmiş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.
6. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlu şikayәt edәrәk Qәbәlә Rayon Mәhkәmәsinin 2026-cı il ## ###### tarixli e-*(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsini vә iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizәsinin rәdd edilmәsini xahiş etmişdir.
7. Qәbәlә Rayon Mәhkәmәsinin 2026-cı il ## ###### tarixli e-*(***)-***/**** nömrәli qәrardadı ilә, Qәbәlә Rayon Mәhkәmәsinin 2026-cı il ## ###### tarixli e-*(***)-***/**** nömrәli qәrardadından Qurban Tamerlan Abdulqafur oğlu tәrәfindәn verilmiş şikayәt geri qaytarılmışdır.
8. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Hәsәnov Araz Musa oğlu 2026-cı il # #### tarixindә şikayәt edәrәk Qәbәlә Rayon Mәhkәmәsinin 2026-cı il ## ###### tarixli e-*(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsini vә Qәbәlә Rayon Mәhkәmәsinin 2026cı il ## ###### tarixli e-*(***)-***/**** nömrәli qәrardadının lәğv edilәrәk apellyasiya şikayәtinin geri qaytarılmasını xahiş etmişdir.
9. Qәbәlә Rayon Mәhkәmәsinin 2026-cı il # #### tarixli 2(025)-455/2025 nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.
10. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının (sәdrlik edәn – E.Isayev, hakimlәr – T.Musayev vә Ə.Mәcidov) 2026-cı il # ##### tarixli *(*-**)-***/**** nömrәli qәrardadı ilә cavabdeh Qurban Tamerlan Abdulqafur oğlu tәrәfindәn verilmiş аpellyasiya şikayәti qismәn tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin 2026-cı il ## ###### tarixli 2(025)-455/2025 nömrәli qәrardadı lәğv edilmişdir. Qәrardadın tәsviri-әsaslandırıcı hissәsindә göstәrilәn hüquqi nәticәlәr nәzәrә alınmaqla mülki işin materialları yenidәn baxılması üçün Qәbәlә Rayon Mәhkәmәsinә qaytarılması qәrara alınmışdır. 11.
12. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının (sәdrlik edәn – E.Isayev, hakimlәr – T.Musayev vә Ə.Mәcidov) 2026-cı il ## ### tarixli e-*(*-**)-***/**** nömrәli qәrardadı ilә Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının 2026-cı il # ##### tarixli *(*-**)-***/**** nömrәli qәrardadından kassasiya şikayәtinin verilmәsi nәzәrdә tutulmadığından iddiaçı İddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәtinin geri qaytarılması qәrara alınmışdır.
13. Mәhkәmә kollegiyası hesab etmişdir ki, Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 402-ci maddәsinә әsasәn mülki işin materiallarının yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmasına dair qәrardaddan kassasiya şikayәti verilmәsi nәzәrdә tutulmamışdır. MPM-in 408.1.1-ci maddәsinә әsasәn, kassasiya şikayәti bu Mәcәllәnin 402-ci vә 407.1-ci maddәlәrinin tәlәblәrinә cavab vermirsә, kassasiya şikayәti apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qaytarılır.
14. Iddiaçı İddiaçı Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının 2026-cı il ## ### tarixli e-*(*-**)-***/**** nömrәli qәrardadından kassasiya şikayәti verәrәk hәmin qәrardadın lәğv olunmasını vә Şәki Apellyasiya Mәhkәmәsinin 2026-cı il # ##### tarixli *(*-**)-***/**** nömrәli qәrardadından verilәn kassasiya şikayәtinin kassasiya instansiyası mәhkәmәsindә mahiyyәti üzrә baxılmasını, ciddi prosessual pozuntuya yol verәn hakimlәr barәsindә xüsusi qәrardad qәbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayәti mülki işlә birlikdә baxılması üçün Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına göndәrilmişdir.
Tətbiq edilən hüquq
16. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:
“Maddә 402. Kassasiya şikayәti vermә hüququ ... 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. 402.3. Birinci instansiya mәhkәmәlәrinin mәhkәmә aidiyyәti haqqında qәrardadlarından vә hәmin qәrardadlardan verilәn şikayәtin qaytarılması haqqında qәrardaddan kassasiya şikayәti verilә bilәr.”
“Maddә 404-1. Kassasiya şikayәtinin mümkünlüyünün yoxlanılması ... 404-1.2. işә kassasiya qaydasında baxmaq üçün prosessual әsaslar olmadıqda kassasiya şikayәtinin qeyri-mümkün hesab edilmәsinә dair qәrardad qәbul edilir. ...”
“Maddә 408. Kassasiya şikayәtinin qaytarılması 408.1. Kassasiya şikayәti aşağıdakı hallarda apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qaytarılır: 408.1.1. kassasiya şikayәti bu Mәcәllәnin 402-ci vә 407.1-ci maddәlәrinin tәlәblәrinә cavab vermirsә, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan vә ya vәzifәsi göstәrilmәyәn şәxs tәrәfindәn imzalanmışsa, habelә kassasiya şikayәti vermәk hüququ olmayan şәxs tәrәfindәn verilmişdirsә; ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Mәhkәmә kollegiyası aşağıda göstәrilәnlәrә әsasәn hesab edir ki, sözügedәn kassasiya şikayәti qeyri-mümkün hesab edilmәlidir.
18. Belә ki, Mülki Prosessual Mәcәllәnin 402.2-ci maddәsindә apellyasiya instansiyası mәhkәmәlәrinin kassasiya qaydasında mübahisәlәndirilә bilәn qәrardadlarının dairәsi dәqiq vә mәhdud şәkildә müәyyәn edilmişdir. Hәmin normanın mәzmunundan göründüyü kimi, yalnız maddәdә sadalanan mәhdud sayda qәrardadlardan kassasiya şikayәti verilә bilәr.
19. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının 2026-cı il # ##### tarixli *(*-**)- ***/**** nömrәli qәrardadı ilә birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmiş, qәrardadın tәsviri-әsaslandırıcı hissәsindә göstәrilәn hüquqi nәticәlәr nәzәrә alınmaqla mülki iş yenidәn baxılması üçün hәmin mәhkәmәyә qaytarılmışdır. Iddiaçı İddiaçı kassasiya şikayәti verәrәk hәmin qәrardadın lәğv olunmasını xahiş etmişdir.
20. Qanunvericilikdә belә mәzmunlu qәrardaddan kassasiya şikayәti verilmәsi nәzәrdә tutulmamışdır. Bununla әlaqәdar olaraq, Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının 2026-cı il ## ### tarixli e-*(*-**)-***/**** nömrәli qәrardadı ilә Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının 2026-cı il # ##### tarixli *(*-**)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәtinin geri qaytarılması qәrara alınmışdır.
21. MPM-dә kassasiya şikayәtinin geri qaytarılması barәdә qәrardaddan kassasiya şikayәti verilmәsi nәzәrdә tutulsa da, hazırkı halda geri qaytarılan kassasiya şikayәti qanunvericiliyә әsasәn kassasiya qaydasında mübahisәlәndirilmәsi mümkün olmayan apellyasiya instansiyası mәhkәmәsinin qәrardadından verilmişdir. Bu sәbәbdәn, kassasiya şikayәtinin geri qaytarılması barәdә qәrardaddan verilmiş hazırkı kassasiya şikayәti dә mahiyyәt etibarilә kassasiya qaydasında baxılması mümkün olmayan mәhkәmә aktına yönәldiyindәn onun icraata qәbul edilmәsi istisna olunur.
22. Ona görә dә kassasiya şikayәti qeyri mümkün hesab edilmәli vә kassasiya şikayәti müvafiq prosessual hәrәkәtlәrin edilmәsi üçün mülki işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasına göndәrilmәlidir.
23. Şәrh olunanlara әsasәn vә MPM-in 404-1.2-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
QƏRARA ALDI:
Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının 2026-cı il ## ### tarixli e-*(*-**)-***/**** nömrәli qәrardadından ilkin iddia üzrә iddiaçı İddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti qeyrimümkün hesab edilsin. Kassasiya şikayәti müvafiq prosessual hәrәkәtlәrin edilmәsi üçün mülki işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasına göndәrilsin. Qәrardad qәbul edildiyi andan qüvvәyә minir.