Məhkəmə qərarları › İş №e-2(1-8)-2325/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-2325/2026

26.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-2325/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1, (məruzəçi) Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmiş, İddiaçı iddiası qalan hissədə təmin edilməmişdir (hakim Elçin Mansırov).

2. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (hakimlər- Tural Məmmədov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Fikrət Mehtiyev).

4. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qətnamə ##.##.2026-cı il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmiş, lakin onun apellyasiya şikayəti elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür. Iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

5. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 128.3, 130.3, 133.1, 133.2, 133.3, 135.5, 135.6, 360 və 353.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. Iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Qurban bayramı və Respublika günü münasibəti ilə may ayının 27- 29 tarixlərinin qeyri-iş günü olduğunu və may ayının 30 və 31-nin isə şənbə-bazar günlərinə təsadüf etməsi nəticəsində müvafiq qətnamədən apellyasiya şikayətinin verilməsinin son gününün qeyri-iş günlərindən sonrakı gün, yəni iyun ayının 1-i olmasını nəzərə almamışdır. Halbuki apellyasiya şikayəti 29 may tarixində iddiaçının elektron kabineti vasitəsi yerləşdirilmişdir. Bu cür diqqətsizlik nəticəsində isə o, əlavə xərc çəkərək vəkillə müqavilə bağlamış və qərardaddan kassasiya şikayəti vermək məcburiyyətində qalmışdır ki, bu da mübahisənin həll edilməsinin əsassız şəkildə uzanmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən bu qanunsuz qərardadın qəbul olunması nəticəsində iddiaçının hüquqlarının məhkəmə müdafiəsi hüququ kobud şəkildə pozulmuşdur.

Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllə:

8. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

9. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

10. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

11. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

12. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Əmək Məcəlləsi:

14. Maddə 105. Bənd 2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

15. Bənd 6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qətnamə elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Belə olan halda, MPM-in 128.3 və 360-cı maddələrinə əsasən şikayət müddəti ## ##### 2026-cı ildən başlamaqla şikayətin verilməsi üçün son gün qeyri-iş günü hesab edilən ## ### 2026-cı il tarixə (Müstəqillik gününə) təsadüf edir.

17. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2025-ci il tarixli qərarı ilə 2026-cı il ###ın ##, 28-i Qurban bayramı günləri müəyyən edilmişdir. Qanunvericiliyə görə, Qurban və Ramazan bayramları da qeyri-iş günü hesab edilir. Həmçinin, həmin bayramlar iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir (§14-15).

18. Beləliklə, 2026-cı il ###ın ##-29 tarixləri iş günü hesab edilməyən bayram günləri, 30-31 may tarixləri isə istirahət günü olduğundan, ondan sonrakı iş günü olan 2026-cı ilin # #### tarixi müddətin qurtarma günü hesab olunmalıdır (§9).

19. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri əsaslıdır, iddiaçı qanunla nəzədə tutulan müddəti ötürmədən mübahisələndirdiyi qətnamədən apellyasiya şikayəti vermişdir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, qanunvericiliyin qeyd edilən tələbləri nəzərə alınmaqla apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin aparılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar