Məhkəmə qərarları › İş №e-2(102)-1316/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-1316/2024

01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1316/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(009)2611/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı MMC-nin (Vəkil) şikayəti üzrə işə yazılı icraat qaydasında 01 mart 2024-cü il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri N saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli, 8İ-5741 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2611/2023 saylı qərardadı ilə (hakim Şəhla Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər aidiyyat qaydalarına uyğun olmadığından geri qaytarılmışdır. Qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Şikayəti onunla əs aslandırmışdır ki, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə İddiaçı MMC-nin cəmiyyət qarşısında xx.xx.2022-ci il tarixli 113-MF405 saylı kredit müqaviləsi yaranmış 149500 manat borc öhdəliyinə qarşılıq, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında girov qoyulmuş X1 (AZE 13993963; xx.xx.2014-Səbayıl; FİN:2XFDKJ0; d/t: xx.xx.1954) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən 125.20 kv/m olan əmlaka tutma yönəldilməsinə dair icra qeydi çıxarılmışdır. İcra qeydində qeyd edilmişdir ki, öhdəliyi müəyyən edən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 143128.01 AZN əsas borc, 16307.78 AZN faiz borcu, 1501.82 AZN dəbbə pulu tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 160962 manat 61 qəpik (yüz altmış min doqquz yüz altmış iki manat altmış bir qəpik) pul ipoteka predmetinə yönəldilməklə tutulsun. Tələbkar tərəfindən isə bu haqda yəni “İcra qeydi” veriləcəyi barədə qanunvericilikdə nəzərdə tutulmuş bildiriş İddiaçı MMC-yə çatdırılmamışdır. Buna baxmayaraq notarius tərəfindən “İcra qeydi” verilmiş Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi halhazırda məhkəmə qaydasında mübahisələndirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparı lması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərin in təqdim edilməsi tələb olunur. Lakin, 15 noyabr 2023-cü il tarixli, 8İ-5741 nömrəli icra qeydinin aparılacağına dair bildiriş bizə göndərilməmişdir. Belə ki, qeyd edilən qanunun tələbinə görə borc verən, yəni Cavabdeh1 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin, notariat ofisi tərəfindən təqdim edilən materiallardan görünür ki, Cavabdeh1 ASC notariat ofisinə müraciət etməzdən əvvəl iddiaçıya qeyd o lunan məzmunda bildiriş göndərilməsini və həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutları mövcud deyildir. Bu səbəblə hesab edirik ki, Bakı şəhəri 28 saylı Notariat Ofisində tərəflər arasında xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə icra qeydi qanuna zidd formada aparılmaqla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2611/2023 saylı qərardadı ilə (hakim Şəhla Süleymanova) şikayətin təmin edilməmiş və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)1148/2024 nömrəli qərardad ilə Bakı Apellyasiya Məhkəməsini n Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 15 yanvar 2024-cü il tarixli qərardad ləğv edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 22 dekabr 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı MMC-nin verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün olduğundan məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, Rayon Məhkəməsinin MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi üçün hazır ki mülki iş apellyasiya baxışından çıxarılmalı və Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-658/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya in stansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, iş üzrə iddiaçı və Cavabdeh1 ASC kommersiya hüquqi şəxsləri, digər cavabdeh notariat orqanıdır. Hazırki iddia ilə İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə ödənilməmiş borcun ipotekaya yönəldilməsinə dair notarius tərəfindən verilmiş icra qeydinin qanuniliyini mübahisələndirir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında müəyyən edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydası nda ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası MPM-nin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə kollegiyası hesab edir ki,qanuniliyi mübahisələndirilən notariusun icra qeydi tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağladıqları müqavilədən irəli gələn tələblərə dair verildiyindən tərəflərin subyekt tərkibi nəzərə alınmaqla, notariat hərəkətlərindən şikayətə dair hazıki mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalar ının pozulmasına yol verilmir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Səbail Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı MMC-nin (Vəkil) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(009)-2611/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar