Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1625/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X3, Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki işin məhkəmə aidiyyəti, notariusun icra qeydi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin c avabdehlər Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X3, Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X1 və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin e2(012)-256/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən Cavabdeh2 ASC-nin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-8886 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-8896 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-10218 reyestr nö mrəli icra qeydlərinin, cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən Cavabdeh2 ASC-nin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-3729 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-3900 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməmiş və mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(012)-256/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
4. Birinci instansiya məhkəməsi gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli, e-2(102)- 5045/2023 saylı qərarının (analoji işlə bağlı) 20-ci bəndinə əsasən, tərəflərin hər ikisi kommersiya hüquqi şəxsidir, mübahisənin predmeti onların arasında bağlanmış müqavilənin icra edilməsi məqsədilə verilmiş icra qeydi ilə bağlıdır, hüquq münasibətlərinin xarakteri isə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da (§15) bu məsələyə dair izah verilmiş və bildirilmişdir ki, hər iki tərəf kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateq oriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmur.
5. Cavabdeh İddiaçı MMC qərardaddan şikayət vermiş və şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə qeyd edilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübah isələrə ümumi məhkəmələr baxır. İddia tələbi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 və Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən aparılan icra qeydlərinin ləğv edilməsidir. Göründüyü kimi məhkəmənin özünün də istinad etdiyi Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında bu mübahisələrin subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmədə baxılması ilə bağlı konkret və müstəsna qayda müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, mübahisənin hər iki tərəfi hüquqi şəxs olsa da, əsas tələb üzrə mübahisə cavabdeh xüsusi notariusların sahibkarlıq fəaliyyətindən deyil, peşə fəaliyyətindən irəli gəlmişdir. Qeyd olunanlara əsasən, qərardad ləğv olunmalıdır.
6. Birinci instansiya məhkəməsinin 6 mart 2024-cü il tarixli qərardadı ilə şika yət baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar ü zrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq - Xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır.
9. Baxılan işdə cavabdehlərdən ikisi Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X3, Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X1 olduğundan və mübahisənin predmeti həmin notariusların peşə fəaliyyətindən irəli gəldiyindən, yəni onların verdikləri icra sənədinin mübahisələndirilməsi ilə bağlı olduğundan hazırkı tələb üzrə hüquq münasibətləri kommersiya xarakterli sayıla bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi işin kommersiya məhkəməsində baxılmalı olması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.
10. Birinci instansiya məhkəməsinin qərardadında istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli, e-2(102)- 5045/2023 saylı qərarı analoji işlə bağlı qəbul edilməmişdir. Belə ki, həmin işdə iddiaçı tərəfindən icra qeydini vermiş notarius cavabdeh qismində işə cəlb edilməmiş, iddia ərizəsi üzrə yeganə cavabdeh iddiaçı ilə müqavilə münasibətlərində olan kommersiya hüququ şəxsi olmuşdur.
11. Qarışıq məhkəmə tərkibi yuxarıda qeyd olunanları, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş baxılması üçün ümumi məhkəməyə göndərilməlidir.
12. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məh kəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər (403-1.8.2).
13. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 26, 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-256/2024 nömrəli iş üzrə 5 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Abşeron rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X3, Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X1 və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.