Məhkəmə qərarları › İş №e-2(102)-2023/2024

Ali Məhkəmə Qərardad — İş №e-2(102)-2023/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-2023/2024 08.05.2024 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN Azərbaycan Respublikası Ali Məhkəməsinin QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı iş üzrə 5 aprel 2024-cü il tarixli qərardadından iddiaçı X MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı X MMC-nin cavabdehlər X qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərində 19 sentyabr 2017-ci il tarixdə keçirilən hərracın (19 sentyabr 2017-ci il tarixli 01 saylı hərrac protokolu) etibarsızlığı və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb, tərəflərin bu barədə fikirlərini dinləyib hesab etmişdir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 6 may 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət icraata q əbul edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan məhkəmə aidiyyəti ilə bağlı şikayətlərə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılıqlarının olduğu hallara aiddir. Prosessual qanunvericiliyin tələblərinə və yuxarıda ifadə edilmiş hüquqi mövqeyə əsasən mülki işə və ya kommersiya mübahisəsinə baxılması zamanı işin aidiyyəti üzrə inzibati məhkəmədə baxılması qəra rına gəlinərsə bu halda icraata qəbul olunmuş iş üzrə işin müvafiq inzibati məhkəməyə göndərilməsi ilə bağlı deyil, başlanmış işin icraatına xitam verilməsinə dair qərar qəbul olunmalıdır. Həmin qərardaddan şikayət verildiyi halda isə MPM-in 269.3-cü maddəsində nəzərdə tutulan qaydada şikayətə baxılaraq təmin edilmədiyi halda, şikayət işlə birlikdə yenidən baxılması üçün müvafiq yurisdiksiya üzrə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Təsadüfü deyil ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə edilən dəyişikliyə əsasən işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması halında icraata xitam verilməsi qaydası müəyyən edilmişdir. Bu zaman məhkəmə işin inzibati icraat qaydasında baxılmasını müəyyən etdikdən sonra işin icraatına xitam verməli və MPM-in 262.3-cü madd əsinə əsasən qərardadda ərizəçinin hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını göstərməlidir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi işin inzibati məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmiş və həmin qərardaddan verilmiş şikayəti təmin etməyərək MPM-in 32.5-ci maddəsinə istinad etməklə şikayəti baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin qaydada verilən şikayətə Ali məhkəmədə baxılması yol verilən deyildir. Çünki aidiyyət məsələləri ilə bağlı fikir ayrılıqları mülki və ya kommerasiya məhkəmələri arasında yarandıqda MPM-nin 32.5 və 269.3-cü maddələrinə əsasən qəbul olunmuş qərardadlardan verilən şikayətlərə göstərilən xüsusi qaydada baxılması yolveriləndir. “İşlərin ümumi və yaxud kommersiya məh kəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarında formalaşqdırdığı hüquqi mövqeyinə görə iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansi yası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir Ona görə də iddiaçının şikayətinin icraata qəbul edilməsinə dair qərardad ləğv olunmalı, iş məhkəmə baxışından çıxarılaraq, şikayət prosessual qanunvericiliyin müəyyən etdiyi qaydada yenidən baxılması üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 403-1 və 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-373/2024 saylı iş üzrə 5 aprel 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 6 may 2024-cü il tarixli qərardadı ləğv edilsin, iş məhkəmə baxışınd an çıxarılsın. İddiaçı X MMC-nin şikayəti qeyri-mümkün hesab edilsin və prosessual qanunvericiliyin müəyyən etdiyi qaydada baxılması üçün iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar