Məhkəmə qərarları › İş №e-2(102)-2152/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2152/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2152/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi 21.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin müddətinin uzadılması, təmirə və avadanlıqların quraşdırılmasına çəkilmiş xərclərin tutulm ası” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1303/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, həm təmir xərclərinə, həm də quraşdırılmış avadanlıqlar üçün 41.500 manat, dövlət rüsumu kimi 215 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat, ümumilikdə 42.215 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin müddətinin əlavə olaraq 1 il müddətinədək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İdd ia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə ona icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi onun istifadəsində olduğu müddətdə onun tərəfindən 41.500 manat dəyərində təmir xərcləri sərf olunmuşdur. Belə ki, həmin qeyri-yaşayış sahəsinə müşahidə kameraları və işıqlandırma quraşdırılmış, müxtəlif növdə və qiymətdə boyalarla (boyanın altından üzdük) boyanmış və s. bu kimi təmir işləri görülmüşdür. İcarə müqaviləsi hazırki Cavabdeh2 nümayəndəsi qismində Cavabdeh1 ilə bağlanmışdır. Onun sifarişi ilə 16 noyabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sah əsi 202 kv.metr olan qeyri-yaşayış obyektinin təmirinə çəkilmiş ümumi xərcin müəyyənləşdirilməsi barədə ekspert rəyi verilsə də, qalan müqavilədən kənar qalmış 48 kv.metr təmir və kosmetik işlərin aparılması kimi işlər tam əhatə olunmamışdır. Qeyd edilən obyektin təmirinə çəkilmiş xərcin ümumi məbləği 20.213 manat məbləğində müəyyən olunmuşdur. Lakin qeyd edilən qiymətləndirmə zamanı reklam və quraşdırılmış avadanlıqlar nəzərə alınmamışdır. Ümumilikdə isə onun tərəfindən həm təmir xərclərinə, həm də quraşıdırılmış avadanlıqlar üçün 41.500 manat xərc çəkilmişdir. Belə ki, ofis interyerinə uyğun mebel, stol və s. əşyalarla təhciz edilmişdir. Həmçinin, təmir işlərində iştirak etmiş və obyektə onun tərəfindən çəkilmiş xərclərdə iştirak edən iki nəfər şahidin dindirilməsi təklif edilmişdir. Haz ırda icarə müddətinin bitməməsinə baxmayaraq, icarəyə verən Cavabdeh2 tərəfindən icarəçinin (onun) obyektdən çıxarılması barədə bildiriş göndərilmiş, lakin faydalanan şəxs olaraq təmir və avadanlıqlar üçün çəkilmiş xərclərin əvəzinin (dəyərinin) ödənişin hansı prosedurda həyata keçirəcəkləri barədə məlumatlar qeyd edilməmişdir.

3. Məhkəmə iş materiallarını araşdırıb, işin faktiki hallarını nəzərə alıb hesab etmişdir ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

4. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi ev 255, 225A, 225B ü nvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı icarəyə verməyi öhdəsinə götürməsi, icarə müddətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilməsi və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsinə və digər mühüm şərtlərə dair razılığa gəlmişlər.

5. Eyni zamanda tərəflərin elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlarına əsasən, hər üç şəxsin “VÖEN”–ni (İddiaçı **********; Cavabdeh2 **********; Cavabdeh1 **********) vardır. Həmçinin, tərəflərdən İddiaçı və Cavabdeh1 fəaliyyətlərini müvəqqəti dayandırmış olsalar da, İddiaçı ixtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri, Cavabdeh1 plastik məmulatların istehsalı, Cavabdeh2 isə aktiv VÖEN-ə sahib olmaqla, təzə və istifadə olunmuş yük avtomobilləri, qoşqu və yarımqoşquları pərakəndə satışı fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçmişlər.

6. Məhkəmənin qənaətinə görə müqavilə tərəfləri hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir və mübahisə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı bağladıqları icarə müqaviləsindən irəli gəlmişdir. Bu səbəbdən də, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1303/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qərardadı ilə (h akim Ceyhun Tağıyev) iddiaçının cavabdehlərə qarşı “icarə müqaviləsinin müddətinin uzadılması, təmirə və avadanlıqların quraşdırılmasına çəkilmiş xərclərin tutulması” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. İddiaçı (Vəkil1) birinci instansiya məhkəməsinin 7 mart 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin birinci instansiya məhkəməsində icraata götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisə predmeti icarə müqaviləsindən irəli gələn öhdəliklərlə bağlıdır. Yəni tərəflər arasında bağlanmış icarə müqaviləsi sahibkarlıq fəaliyyəti ilə əlaqəli deyildir. 1

0. Birinci instansiya məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə 11. 1-ci maddəsinin “Qeyd” hissəsi bu məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

13. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

14. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

15. Maddə 31.1 aidiyyət qaydalarının pozulmasına yol verilmir. Kassasiya instansiya məhkəməsinin mövqeyi 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiy yətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmi ş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifad ənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır.

17. Qeyd edilən Qərarın 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

18. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-o lmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

19. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəa liyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

20. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

21. Həmin Məcəllənin 32.1, 32.2 və 32.3-cü maddələrinə əsasən, işdə iştirak edən şəxs, mübah isənin bu və ya başqa məhkəməyə aidiyyətının dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyətı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

22. İş materiallarından görünür ki, iddiaçı və cavabdehlərin adına VÖEN qeydə alınmış və onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Göründüyü kimi, mübahisə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata ke çirilməsi ilə əlaqədardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri və birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayət i təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1303/2024 nömrəli, 7 mart 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar