Məhkəmə qərarları › İş №e-2(102)-3276/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3276/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3276/2023 24.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu, Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 publik hüquqi şəxsin (Vəkil) şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 publik hüquqi şəxs Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək, “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 10 avqust tarixli, ÖM/2021-105 nömrəli müqaviləyə əsasən verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdehdən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoçun natura şəkilində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron çıxarışdan görünür ki, Cavabdeh fiziki şəxs kimi ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. 10 avqust 2021-ci il tarixli, ÖM/2021-105 nömrəli “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin 2.2 və 2.3-cü bəndlərində göstərilir ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə Əlavə 1) göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə göt ürür. Mərkəz özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 publik hüquqi şəxs (vəkili Vəkil) şikayət verərək, qərardadın ləğv edilməsini, işə ümumi qaydada baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 10 avqust tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Cavabdeh 10 avqust 2021-ci il tarixdə fərdi sahibkar kimi fəaliyyətinin aktiv olmadığı və ya ailə kəndli təsərrüfatının üzvü olmadığı üçün o,“Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivlərlə təmin edilmişdir. Özünüməşğulluğa cəlb edilmək üçün müraciət etmiş şəxsə aktivlər verilən gün şəxsin məşğul şəxs olub-olmadığı yoxlanılır. Əgər həmin şəxsin məşğul şəxs olması aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin müvafiq yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir. Cavabdeh aktivlərlə təmin edildikdən sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı idi. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmadığı üçün hazırkı iş üzrə yaranmış mübahisə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırda tərəflər arasında yaranmış mübahisə nə iş üzrə iddiaçı X1, nə də iş üzrə Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələrək yaranmamışdır. Mövcud mübahisə əsas etibarilə cavabdehin məşğulluğunun təmin edilməsi üçün onun istifadəsinə verilən əmlaklarla bağlı tərəflərarası müqavilədə cavabdeh üçün nəzərdə tutulan öhdəliklərin icra edilməməsi nəticəsində yaranmışdır. Həmin müqavilə çərçivəsində ya ranan münasibətlər nə iddiaçı, nə də cavabdeh tərəfindən ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayıb, iddia obyekti olan əmlakların müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində əvəzsiz surətdə cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, onun qanunla və müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməsi ilə əlaqədar olmuşdur. Şikayətin hüquqi əsası kimi “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 1 2-ci və 24-cü bəndlərinə istinad edilmişdir Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Cavabdeh fiziki şəxs kimi ********* nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (fəaliyyətini müvəqqəti dayandırmışdır). 10 avqust 2021-ci il tarixli, ÖM/2021-105 nömrəli “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin 2.2 və 2.3-cü bəndlərində göstərilir ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə Əlavə 1) göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlak dan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Mərkəz özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırkı işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mü bahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla m üəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmay araq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meyda na gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il qərarı ilə əlavə edilmiş 28-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir”. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki pross esual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 publik hüquqi şəxsin (Vəkil) şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar