Məhkəmə qərarları › İş №e-2(102)-3313/2024

Ali Məhkəmə Qərardad — İş №e-2(102)-3313/2024

26.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-3313/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh (X2) oğluna qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2873/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, D aşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən onun və cavabdeh X1 ½ hissə olmaqla, paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2825.5 m olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin – “X5”nın) açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin aralarında bərabər şəkildə (paylarına mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2873/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, iddiaçıya hazırki iddia tələbi ilə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı qərardaddan şikayət vermişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Şikayətdən görünür ki, onun skan edilmiş surətində vəkilin imzası olsa da, Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmiş nüsxəsini elektron imza ilə yalnız iddiaçı imzalamış, skan edilmiş surətində adı göstərilən vəkilin orderi işə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzr ə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə isə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Kassasiya şikayətinin Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmiş nüsxəsində vəkilin fiziki imzasının olması prosessual qanunvericiliyin tələbinə görə şikayətin elektron qaydada imzal anması hesab oluna bilməz. Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi iddiaçının şi kayətinə qeyd edilən prosessual hüquq normalarını pozmaqla (şikayətin vəkil tərəfindən verilməli olması barədə) baxmış, eyni zamanda kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 408.2ci maddəsinin tələblərinə də əməl etməmişdir. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Lənkəran Rayon Məhkəməsinin e-2(0 49)-2873/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar