Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4205/2023 26.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4205/2023 (Açar sözlər: məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Maraqlı şəxs) qarşı alqı-satqı müqaviləsinə dəyişiklik edilmə si, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyan tələbinə dair iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1825/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə 11 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyan tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi və həmin müqavilədə ünvan 1 ünvanda yer ləşən torpaq sahəsi üzərində olan daşınmaz əmlakın İddiaçı MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, Cavabdeh1 və X1 üzərinə İddiaçı MMC-ilə cavabdeh Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən köhnə şərtlərlə yeni icarə müqaviləsi imzalanması öhdəliyinin qoyulması, ünvan 1 ünvanında yerləşən İddiaçı-in fəaliyyətinə hər hansı müdaxilənin və ya hərəkət hərəkətsizliyin edilməsinin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 4453,32 manat məbləğində maddi ziyan və ödənilmiş 64,54 manat dövlət rüsumu, cəmi 4517,86 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək mül ki işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Vəsatəti onunla əsaslandırmışdır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün icarə müqaviləsi bağlamış, maliyyə vəsaiti qoymuş, gəlir əldə etmişdir. Mübahisənin predmetindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Maraqlı şəxs ilə torpaq icarəsi müqaviləsi bağlamış, daha sonra əmlakın mülkiyyətçisi dəyişdiyi üçün məhkəmədən öz kommersiya fəaliyyətini davam etdirmək məqsədi ilə alqı-satqı müqaviləsinin dəyişdirilməsini, yeni icarə müqaviləsi bağlamaq öhdəliyinin cavabdehlərin, yəni əmlakın tam mülkiyyətçisi olan Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmasınının təmin edilməsini xahiş etmiş və guya daha çox gəlir əldə etməli olduğu halda, həmin gəlirdən məh rum olduğu üçün həmin məbləği cavabdehlərdən tələb etmişdir. Bu da işin kommersiya mübahisəsi olması qənaətinə gəlməyə əsas verir, yəni mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirin tələb olunması və kommersiya fəaliyyətini təmin etmək məqsədi ilə alqı-satqı müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi və yeni icarə müqavilə bağlamaq öhdəliyinin qoyulması ilə bağlıdır. Həmin icarə müqaviləsi ilə bağlı İddiaçı MMC ilə mövcud olan kommersiya mübahisəsi ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə və mübahisənin kommersiya xaraketli olması ilə əlaqədar daha öncədən tərəflərindən Mediasiya Təşkilatına müraciət edilmiş və həmin müraciət əsasında hazırda da davam etməkdə olan mediasiya prosesi başlanılmışdır.
4. Bakı şəhər Xəzər Məhkəməsinin (bundan sonra – birin ci instansiya məhkəməsi) e-2(003)-1825/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim İ.N.Cəfərzadə) cavabdehlərin vəkili və nümayəndəsi və Vəkil1 mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26.1, 32.1, 32.4, 32.5-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli xx.xx.2020-ci il tarixli Qərarına istinadla qeyd etmişdir ki, iş üzrə məhkəmə aidiyy əti məsələsinə qiymət verilməsi üçün ilk öncə tərəflər arasında olan mübahisənin xarakterinə diqqət yetirilməlidir. Belə ki, iddia tələbi icarə obyektinə dair alqı- satqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin bağlanmasına dair cavabdehlərin üzərinə öhdəlik qoyulması, icarə obyektində iddiaçının fəaliyyətinə törədilən müdaxilənin qadağan edilməsi və vurulmuş maddi ziyanın tutulmasından ibarət olmaqla iddianın əsasını isə icarə obyektinin iddiaçının razılığı olmadan iş üzrə cavabdehlər tərəfindən alınması, sonuncular tərəfindən icarə obyektində təmir-tikinti işləri aparılaraq iddiaçının fəaliyyətinə müdaxilə edilməsi və bu səbəbdən iddiaçıya maddi ziyan vurulması təşkil edir. Göründüyü kimi hazırki mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahis ə deyil. Belə ki, tərəflər arasında yaranmış mübahisənin xarakteri icarə müqaviləsi üzrə yaranmış öhdəliklərdən, cavabdehlər tərəfindən icarə obyektinin mülkiyyətçiləri kimi iddiaçının sahibkarlıq fəaliyyətinə törədilən müdaxilələrin qanunsuz hesab edilməsindən və bu müdaxilələr nəticəsində dəymiş maddi ziyanın tələb edilməsindən ibarətdir.
6. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iş üzrə cavabdehlərin sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq hazırkı mübahisə, onların da sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranmış mübahisədən ibarət deyil. Belə ki, işin hallarından görünür ki, iş üzrə cavabdehlər icarə obyektinin mülkiyyətçiləri olmaqla mülkiyyət hüquqlarından irəli gələn imkanlardan istifadə etdiyini bildirib icarə obyektində təmir-tikinti işləri aparı rlar ( və ya təmir-tikinti işlərini aparmaq niyyətindədirlər). Məhz hazırkı mübahisə, iş üzrə cavabdehlərin icarə obyektində təmir-tikinti işlərinin aparmasından və ya bu barədə niyyətlərinin olmasından yaranan mübahisədən ibarətdir.
7. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iş üzrə tərəflər arasında olan hazırki mübahisənin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması nəzərə alınmaqla işin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi əsassızdır.
8. Həmin qərardaddan Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
9. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, işin subyektiv tərkibindən görünür ki, İddiaçı MMC sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün icarə müqaviləsi bağlamış, maliyyə vəsaiti qoyulmuş, gəlir əldə etmişdir. Mübahisə predmetindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Maraqlı şəxs ilə torpaq icarəsi müqaviləsi bağlamış, daha sonra əmlakın mülkiyyətçisi dəyişdiyi üçün məhkəmədən öz kommersiya fəaliyyətini davam etdirmək məqsədilə alqı-satqı müqaviləsinin dəyişdirilməsi, yeni icarə müqaviləsi bağlamaq öhdəliyinin cavabdehlərin, yəni əmlakın tam mülkiyyətçisi olan Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmasının təmin edilməsini xahiş etmiş və guya daha çox gəlir əldə etməli olduğu halda, həmin gəlirdən mə hrum olduğu üçün həmin məbləği cavabdehlərdən tələb etmişdir. Bu da işin kommersiya mübahisəsi olması qənaətinə gəlməyə əsas verir, yəni mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirin tələb olunması və kommersiya fəaliyyətini təmin etmək məqsədilə alqı-satqı müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi və yeni icarə müqavilə bağlamaq öhdəliyinin qoyulması ilə bağlıdır. Onu da qeyd etmişdir ki, tərəflərindən oxşar iddia ilə bağlı İddiaçı MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Hal-hazırda həmin iş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.
10. Birinci instansiya məhkəməsinin e-2(003)-1825/2023 nömrəli, 25 avqust 2023cü il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmiş və Cavabdeh2 nümayəndəsi və vəki li Nümayəndə tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
13. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
14. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
15. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əsaslandırıcı hissə
16. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
17. Azərbaycan Respublikası MPM-in 24.2-ci madd əsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
18. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
19. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.
20. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. 21. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəali yyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
22. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxı lması imkanı yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
24. Baxılan iş üzrə iddiaçı fərdi sahibkar (VÖEN: **********) olsa da, cavabdehlər fiziki şəxsdir, onların sahibkarlıq subyekti (fərdi sahibkar, hər hansı hüquqi şəxsin iştirakçısı və s.) olması barədə iş materiallarında sübut (məlumat) yoxdur. Həmçinin hazırki i şdə tələblərin bir hissəsinin ümumi, bir hissəsinin isə kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı hallar mövcud deyildir. Odur ki, mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarını tənzimləyən qüvvədə olan tələbləri baxımından hazırkı iş kommersiya mübahisəsi kimi qəbul oluna bilməz.
25. Bu baxımdan, birinci instansiya məhkəməsi işin kommersiya məhkəməsinə aid olmaması barədə düzgün qənaətə gəlmişdir.
26. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1825/2023 nömrəli, 14 iyun 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.