Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4527/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Masallı Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, e-2(050)-2367/2023 nömrəli qərardadından iddiaçı X1 şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair2021-ci il 31 iyul tarixli ÖM/2021-22 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun və 1 (bir) baş qoçun və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, e-2(050)-2367/2023 saylı qərardadı ilə iddiaçı tabeliyində X2” publik hüquqi şəxs Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsin ə göndərilməsi qərara alınmışdır Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş elektron baza məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh **********5 nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə mübahisənin subyektlərindən görünür ki, tərəflərdən biri cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Bundan başqa tərəflər arasında yaranmış mübahisə bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçı tabeliyində X2 (vəkili X3) tərəfindən Masallı rayon məhkəməsinin 31 avqust 2023cü il tarixli, 2(005)-2367/2023 saylı qərardadından kassasiya şikayəti verilərək həmin qərardadı ləğv edib iddia ərizəsinin icraata götürülərək baxılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 31 iyul tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilmişdir. Cavabdeh 31 iyul 2021-ci il tarixdə fərdi sahibkar kimi fəaliyyətinin aktiv olmadığı və ya ailə kəndli təsərrüfatının üzvü olmadığı üçün o “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivlərlə təmin edilmişdir. Özünüməşğulluğa cəlb edilmək üçün müraciət etmiş şəxsə aktivlər verilən gün şəxsin məşğul şəxs olub-olm adığı yoxlanılır. Əgər həmin şəxsin məşğul şəxs olması aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin müvafiq yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir. Cavabdeh aktivlərlə təmin edildikdən sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı idi. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmadığı üçün hazır ki iş üzrə yaranmış mübahisə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırda tərəflər arasında yaranmış mübahisə nə iş üzrə iddiaçı X1, nə də iş üzrə Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələrək yaranmamışdır. Mövcud mübahisə əsas etibarilə cavabdehin məşğulluğunun təmin edilməsi üçün onun istifadəsinə verilən əmlaklarla bağlı tərəflərarası müqavilədə cavabdeh üçün nəzərdə tutulan öhdəliklərin icra edilməməsi nəticəsində yaranmışdır. Həmin müqavilə çərçivəsində yaranan münasibətlər nə iddiaçı, nə də cavabdeh tərəfindən ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayıb, iddia obyekti olan əmlakların müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində əvəzsiz surətdə cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, onun qanunla və müqavilə ilə üzərinə düşən öhdəliyi i cra etməməsi ilə əlaqədar olmuşdur. Şikayətin hüquqi əsası kimi “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci və 24-cü bəndlərinə istinad edilmişdir. Masallı rayon məhkəməsinin e-2(050)-2367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının şikayəti təmin olunmamış, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin: Maddə 403-1.1. İşdə iştirak edən şə xslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə hazırkı işin kommersiya mübahisəsi hesab edilməsi və buna görə də işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə prosessua l hüquqi əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin: Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkə mələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasib ətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırkı iş üzrə iddiaçı X2 dövlət orqanı, Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olsa da, onlar arasında bağlanmış müqavilə çərçivəsində yaranan münasibətlər nə iddiaçı, nə də cavabdeh tərəfindən ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayıb, müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində əvəzsiz surətdə cavabdehin istifadəsinə verilmiş əmlaka münasibətdə cavabdehin qanunla və müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından həmin mübahisənin yalnız subyekt tərkibinə istinad edilməklə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamamışdır. Buna görə də, birinci instansiya məhkəməsinin bu mübahisənin iddiaçının təsərrüfat fəaliyyətindən irəli gəlməsi və kommersiya mübahisəsi olması barədə mövqeyi yanlışdır, mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına düzgün riayət etməmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Masallı rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1.6 və 403-1.8.2-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı tabeliyində X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-2367/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı tabeliyində X1 Cavabdeh qarşı tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(102)-4527/2023
Ali Məhkəmə Qərar — İş №e-2(102)-4527/2023
14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver