Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4529/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3109/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadınd an iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsinə, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikilən tikilinin cavabdehin hesabına sökülüb çıxarılmasına, o cümlədən cavabdehin öz əşyaları ilə birgə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-3109/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə (haki m Günay Həşimova) iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 26.1, 26.2 və 40.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, İddiaçı (VÖEN: **********) fərdi sahibkar statusuna malik olmaqla, qaragilə, qarağat, motmotu, sair giləmeyvələrin becərilməsi fəaliyyəti ilə məşğuldur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair çıxarışdan görünür ki, həmin torpaq sahəsi təyinatına görə – sənaye, nəqliyyat, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir. Göründüyü kimi, tərəflərin hər ikisi mübahisə predmeti olan torpaq sahəsində sahibkarlıq fəaliyyətlərini həyata keçirirlər. Beləliklə, hazırkı mü lki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti məhz tərəflərin mənfəət götürülməsinə aid olan fəaliyyətindən irəli gəlmişdir. Göründüyü kimi bu halda hazırkı iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxılması mümkün deyil və iddiaçı bu ərizə ilə müvafiq kommersiya məhkəməsinə müraciət etməlidir. Həmçinin ərizəni imzalamış şəxsin səlahiyyətlərini təsdiqləyən etibarnamə əlavə olunsa da order əlavə edilməmişdir.
4. İddiaçı (vəkil Nümayəndə) şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
5. Şikayət belə əsaslandırılmışdır ki, qəbul olunmuş qərardad əsassızdır və aidiyyət məsələsi pozulmamışdır. Belə ki, tərəflərin VÖEN-nin olması hələ mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması demək deyil. Mübahisənin predmeti torpaq sahəsinin qanunsuz sahi blikdən geri qaytarılmasıdır. Tələbə diqqət yetirildikdə, mübahisəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığı görünür.
6. Birinci instansiya məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
9. Maddə 26.1. Sahibkarlı q fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq iddia ərizəsinin MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılma sına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir (bənd 4).
11. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
12. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (bənd 14).
13. Baxılan iş üzrə birinci instansiya məhkəməsi hər iki tərəfin mübahisə predmeti olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirdiklərini nəzərə alaraq, mübahisənin kommersiya məhkəməsinə aid olduğu barədə nəticəyə gəlmişdir.
14. İddiaçı şikayətində tərəflərin vergi ödəyicisi (sahibkar) kimi qeydiyyata alınsalar da, mübahisə predmetinin onların həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığına istinad etmişdir.
15. Nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı vergi ödəyicisi olan fiziki şəxs, cavabdeh isə kommersiya hüququ şəxsi olmaqla hər iki tərəf sahibkarlıq subyektidir. İddia tələbi əşya hüquq münasibətlərindən irəli gəlir. İddiaçının cavabdehin qanunsuz sahibliyindən geri tələb etdiyi daşınmaz əşya - əmlak kompleksidir və həmin kompleksin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlıdır. Bu hallar isə kommersiya hüquqi şəxsinə yönəlmiş tələbin məhz iddiaçının da ayrılıqda həyat a keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyi barədə birmənalı qənaətə gəlmək üçün yetərlidir.
16. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı mübahisənin kommersiya mübahisəsi olması əsası ilə iddia ərizəsini geri qaytarmaqla prosessual qanunvericiliyin tələblərinə cavab verən qanuni qərar qəbul etmişdir. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
17. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aid iyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3109/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.