Məhkəmə qərarları › İş №e-2(102)-4717/2023

Ali Məhkəmə Qərardad — İş №e-2(102)-4717/2023

22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-4717/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ali Məhkəməsi QƏRARDAD iddiaçı “X2” publik hüquqi şəxsin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyanın hakimi X1 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibi Abşeron Rayon Məhkəməsinin e-2(012)-4934/2023 nömrəli iş üzrə 22 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı “X2” publik hüquqi şəxsin kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLAR İ

1. İddiaçı “X2” PHŞ Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 05 fevral 2022-ci il tarixli 54 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “Mebel (kəsmə)” zərfinə daxil olan aktivlər, yəni mebel istehsalı üçün laminatın (MDF kəsici mişar, 2800 mm ŞMJ6128 90-45, maksimum kəsmə uzunluğu 2800-3200 mm, maksimum kəsmə qalınlığı 80 mm, ilkin və ikinci mühərrik gücü 4 kvv-0.75 kvv, çəki 500-800 kg, artema 2800) natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin e-2(012)-4934/2023 nömrəli iş üzrə 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi, işə kommersiya məhkəməsində baxılmal ı olması əsası ilə, qaytarılmışdır.

3. İddiaçı qərardaddan şikayət vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 67.1. Kassasiya və əlavə ka ssasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi v ə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.2. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Hakimlərin qarışıq tərkibi şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

6. İşdən görünür ki, xx.xx.2023-cü il tarixdə elektron qaydada iddiaçı tərəfindən imzalansa da, şikayət vəkil tərəfindən elektron qaydada imzalanmamış, bununla da iddiaçı tərəfindən MPM-in 10-1.3, 10-1.7, 67.1 və 407.3-cü maddələrinin tələbləri pozulmuşdur.

7. Birinci instansiya məhkəməsi də qanunun imperativ göstərişlərini nəzərə almayaraq, vəki l tərəfindən elektron qaydada imzalanmayan şikayəti qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

8. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

9. Göstərilənlərə əsasən və MPM-in 10-1, 67, 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-4934/2023 nömrəli iş üzrə 22 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı “X2” publik hüquqi şəxsin şikayəti qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya qaytarılması üçün mülki iş həmin birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar