Məhkəmə qərarları › İş №e-2(102)-4827/2022

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4827/2022

23.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4827/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4827/2022 Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Bakı şəhəri, 22 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabd eh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(001)-4852/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 22 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı "xxxx" MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən “X2” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 1,1133 ha t orpaq sahəsində yerləşən 4 (dörd) ədəd elektrik dirəyinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(001)4852/2022 saylı qərardadı ilə qeyd olunan iddia ərizəsi geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, o, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər.

3. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı münasibətlərindən yaranmışdır.

4. İddiaçının nümayəndəsi (vəkili) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(001)-4852/2022 saylı qərardadından şikayət verər ək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi (vəkili) şikayətini onunla əsaslandırmışdır ki, barəsində mülkiyyət hüququna qəsd edilən torpaq sahəsinin gələcəkdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulması iddia ərizəsinin kommersiya məhkəməsində baxılması üçün yetərli deyil. Belə ki, məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması əsaslandırılmalıdır. Hazırkı iddia tələbi tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə ilə əlaqəli olmamaqla, mülkiyyətçinin torpaq üzərində mövcud olan mülkiyyət hüquqlarının pozulması ilə əlaqədardır. Belə olan halda isə haqlı olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə müvafiq məhkəməyə müraciət etmişdir. Eyni zamanda “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında işlərin kommersiya yoxsa ümumi məhkəməyə aid olması aydın şəkildə fərqləndirilmişdir. Hesab edirlər ki, məhkəmənin hazırkı qərardadı qəbul edilərkən, Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarının 11, 12, 16, 18-ci bəndlərində göstərilən hallar nəzərə alınmamışdır. Ali Məhkəmənin sözügedən Qərarının 18-ci bəndin ə əsasən, məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Ali Məhkəmənin sözügedən Qərarının 22-ci bəndinə əsasən, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Yenə həmin qərarın 25-ci maddəsinə görə, Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Qanunverici, məhkəmə aidiyyətini m üəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Hesab edirlər ki, tərəflər arasındakı hazırki mübahisəli məsələ bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmadığı üçün işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxıla bilməz. Belə ki, həm mübahisənin predmeti, həm də hüquq münasibətinin xarakteri işə, məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasını şərtləndirmir. Çünki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Ona görə də tərəflərin hüquqi şəxs olması, hazırki məhkəmə aidiyyətinin dəyişdirilərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi üç ün əsas ola bilməz.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(001)4852/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

7. Cavabdehin nümayəndəsi X1 iddiaçı tərəfin şikayətinə etiraz göndərərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4852/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaq la, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

10. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

11. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əsaslandırıcı hissə

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qayd asında kommersiya məhkəmələri baxır. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətin in həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

16. Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətlərinin həyata keçiri lməsi ilə bağlı münasibətlərindən yaranmışdır. Belə ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə verilmiş ********** №-li VÖEN əsasında və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı da ********** №-li VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxsdirlər. Eyni zamanda iddia ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, hazırki iddia tələbi də iddiaçı "xxxx" MMCnin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mülkiyyətində olan torpaq sahəsində yeni istehsalat sahəsinin tikintisinə başlamaq məqsədi ilə mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflərin məhz sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslər olmalarına görə dey il, hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən yarandığından işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə, o cümlədən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək düzgün qərar qəbul etmişdir.

18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegi yalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

19. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4852/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Ələsgər Əliyev Rahib Nəbizadə Bəhman Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar