Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-6090/2022 04.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı cavabdeh X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qeyri-yaşayış binasına dair sahiblik, istifadə və sərəncam qaydasının müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlund an ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qeyri-yaşayış binasına dair sahiblik, istifadə və sərəncam qaydasının müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə (müstəqil tələb irəli sürməyən Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qey riyaşayış binasına dair sahiblik, istifadə və sərəncam qaydası, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi LPO Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası ümumi paylı mülkiyyət hüququ ilə LPO Cavabdeh ASC, İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsusdur. Hazırda sözügedən bina demək olar ki, tamamilə cavabdeh tərəfindən idarə olunur və gəlir əldə olunur. Halbuki, mülkiyyətçilər arasında onun konkret sahələrinin idarə edilməsi haqda şifahi razılaşma mövcuddur və son dövrədək ona riayət olunurdu. Faktiki olaraq, həmin razılaşma cavabdeh tərəfindən pozulmuşdur. Onun faktiki sahibliyi və istifadəsində olan iki sahə zəbt olunmuşdur. Cavabdehə müraciət edərək qeyri-yaşayış binasına dair sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin ümumi paylı mülkiyyət hüququnun rejiminə uyğun olaraq həyata keçirilməsini xahiş etmiş, lakin cavabdeh bu müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, iddiaçıya məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə, hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqlar ın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1, İddiaçı, Maraqlı şəxs2 və Cavabdeh ASC-nin paylı mülkiyyətindədir. Hazırki mübahisə korporativ hüquqdan irəli gəlir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Bu da öz növbəsində hazırki iddiaya Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmasını şərtləndirir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı məhkəmənin qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi sahibkar statusuna malik deyil. Eyni zamanda şikayətdə qeyd edilmişdir ki, mübahisə hüquqi şəxsin korporativ fəaliyyətindən irəli gələn mübahisə deyil. Korporativ tələblər təsi sçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn mübahisəni əhatə edir. Hazırkı tələb isə əşya hüququ ilə bağlıdır.
6. Şikayətçi tələbinin əsası kimi “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. II. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Kassasiya kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, şikayət olunan qərardad ləğv olunara q iş 1-ci instansiya məhkəməsinin hazırlıq iclasında baxılması üçün qaytarılmalıdır.
9. Beləki, MPM-in 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
10. Həmin Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
11. Məcəllənin 26.2. maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərd ə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. Hazırkı işdə iştirak edən iddiaçının fərdi sahibkar statusuna malik olması barədə məlumat yoxdur. Eyni zamanda iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsini istifadə etməsi ilə bağlı fəaliyyətin də sahibkarlıq fəaliyyəti olması məlum deyil.
13. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin korporativ hüquqdan irəli gələn sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması əsası ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Lakin, tərəflər arasında mövcud münasibətlərin korporativ fəaliyyətdən irəli gəlməsinə dair qənaət mübahisəlidir və araşdırılmasına zərurət var.
14. Beləki, işdə olan Çıxarışdan görünür ki, mübahisəli əmlak müvafiq paylarda dörd subyektə məxsusdur. Onlardan biri hüquqi şəxs, digərləri isə fiziki şəxslərdirlər. Mülkiyyətçilər arasındakı münasibətlərin hüquqi şəxsin idarəçiliyi ilə bağlı olması, o cümlədən sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsi ilə bağlı meydana gəlməsi aydın deyil.
15. Məhkəməyə lazım gəlirdi ki, ilk növbədə həmin məsələləri çəkişmə prinsipinə riayət etməklə aydınlaşdırsın.
16. Bundan başqa, irəli sürülən tələbin özü aydın deyil. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binasına dair sahiblik, istifadə və sərəncam qaydası barədə bir iddia vermişdir. İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı tərəflər arasında hansısa şifahi razılaşma mövcuddur.
17. Azərbay can Respublikası MPM-in 149.2.3. maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
18. Hazırkı işdə iddiaçının hansı tələbi irəli sürməsi aydın deyil. İddianın hüquqi əsasını tapmaq üçün kimin, kimdən hansı əsasla nə tələb etməsini aydınlaşdırmaq lazımdır. İddiaçının sahiblik, istifadə və sərəncam qaydası dedikdə nəyi ehtiva etməsi aydın deyil. Paylı mülkiyyətdə olan əmlakın bölünməsi, onlardan istifadəyə maneələrin aradan qaldırılması, əmlakın geri tələb olunması, sərəcam vermə hüququ altında nəyin ehtiva olunması və.s. iddia ərizəsində aydın göstərilməlidir. Məhkəməyə lazım gəlirdi ki, daxil olan sənədlərə ilk növbədə bu istiqamətdə reaksiya versin. Lakin, MPM-in 151.3. maddəsində nəzərdə tutulan müddət buraxıldığı üçün (Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.) Məhkəməyə lazım gələcək ki, həmin məsələlərin hamısına hazırlıq iclasında çəkişmə prinspinə riayət etməklə qiymət versin, həm iddia tələbini dəqiqləşdirsin və həm də işin məhkəmə aidiyyəti ilə bağlı məsələləri “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yar anan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq dəyərləndirməklə həll etsin.
19. Göstərilənlərə əsasən və MPM-in 403-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.