Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-6888/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6888/21 (Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə) Bakı şəhəri, 03 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3157/2021 nömrəli 01.10.2021-ci il tari xli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı deməsinə görə bir qrup şəxs mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini heç bir qanuni əsas olmadan tutmuş, orada özbaşına tikililər inşa edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Torpaq sahəsinin bir hissəsində çoxmərtəbəli yaşayış binaları inşa edilmişdir. Digər hissəsi isə, qeyri-qanuni zəbt olunduğundan orada iş aparmaq mümkün deyildir. Ona görə, iddiaçı “əmlakın boşaldılaraq təhvil verilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3157/2021 nömrəli iş üzrə 01.10.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim G.Həşimova) İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia tələbinə dair 2(002)-3157/2021 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 31.1; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci və 24-cü bəndi ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia tələbinin predmetini tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçi rilməsi ilə əlaqədar hüquqların pozulması təşkil etdiyindən işə kommersiya məhkəməsində baxılmalıdır. b) Kassasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə sahibkar kimi deyil, mübahisəli əmlakın - torpaq sahəsinin mülkiyyətçisi kimi müraciət etmişdir. Eyni zamanda, iddiaçı ilə cavabdehlər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar müqavilə və ya razılaşma mövcud deyil. İddiaçının fərdi sahibkar statusuna malik olmasının isə, hazırki iddianın predmetinə heç bir aidiyyatı yoxdur. Ona görə işə ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n:
6. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;
7. Maddə 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə ümumi məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
8. Maddə 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə ümumi məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yar anan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində deyilir: O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
10. Maddə 403-1.8.3. Kassasiya məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdehlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmaqla onlar arasındakı münasibətlər kommersiya münasibətləridir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının deməsini nəzərə alsaq, əslində, tərəflər arasındakı mübahisənin fərdi sahibkarlar arasında baş verən kommersiya mübahisəsi olması ancaq ehtimal olunur. Belə ki, iddiaçı mülkiyyətçidir, mülkiyyətində olan torpaq sahəsində çoxmərtəbəli bina inşa edildiyini bildirir, adına VÖEN var. Lakin, həmin sahibkarlıq fəaliyyətinin iddiaçının özünün aparmasına dair hallar aydın deyil. İddiaçının adına VÖEN olsa da, onun məhz bu fəaliyyətlə bağlı olması, eyni zamanda iddiaçının istinad etdiyi binanın mübahisə li torpaq sahəsində inşa edilməsinin onun özünün sahibkarlıq fəaliyyəti ilə bağlı olması aydın deyil. Həmin hallar aydınlaşdırılmadan işin məhkəmə aidyyəti ilə bağlı qəbul ediləcək qərar əsaslı olmayacaq.
13. Ona görə işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad ləğv edilərək həmin məhkəməyə qaytarılmalı, işə baxan məhkəmə yuxarıda qeyd olunan hallar aydınlaşdırıldıqdan sonra məhkəmə aidiyyəti məsələsini həll etməlidir.
14. Məhkəmə prosesi zamanı mübahisənin kommersiya məhkəməsinə aid olması halı təsdiq olunarsa, prosessual qanunvericiliyin müddəalarının tətbiqi istisna olunmur.
15. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ R ayon Məhkəməsinin 2(002)-3157/2021 nömrəli iş üzrə 01.10.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Bəhman Qəribov Səyyad Kərimov