Məhkəmə qərarları › İş №e-2(103)-5361/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-5361/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-5361/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həkimi X5 qarşı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həkimi X5 qarşı ( Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3364/2023 saylı qərardadı ilə qeyd olunan mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehlər kimi Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qeyd olusa da, iddia ərizəsinin tələb hissəsində cavabdehlərdən yalnız Cavabdeh1 adı qeyd olunmuşdur. Cavabdeh1 qeydiyyatı isə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 56, 4 saylı mənzildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə ərazi aidiyyatı ilə bağlı məsələ mübahisələndirilərək, həll edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş üzrə mübahisəyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya ilk olaraq qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən prosessual pozuntu hallarına da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmçinin, Həmin Məcəlləinin 167.1, 167.1.2 və 167.1.4-cü maddələrinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. İddia ərizəsinin giriş hissəsində, cavabdehlərin siyahısında "xxxx" MMC-nin adı qeyd olunmasa da, iddiaçının tələbindən görünür ki, iddiaçı cavabdehlər Elmed Klinikası ("xxxx" MMC) və Elmed Klinikasının həkimi Cavabdeh1 dyüşdüyü maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 5000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Belə ki, iddiaçının tələbində adı cavabdehlərin siyahısında qeyd olunmamış "xxxx" MMC-yə tələb yönəlsə də, Binəqədi Rayon Məhkəməsi tərəfindən iddiaçıya başqa cavabdehin cəlb edilməsinə, əsl olmayan tərəfin əvəz edilməsi məsələsinə dair hər hansı bir təklif edilməsi müəyyən edilmir. X2 əldə edilmiş məlumata əsasən "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 1 Belə olan halda kollegiya hesab edir ki, iddiaçı düzgün olaraq, aidiyyət qaydalarına riayət edilməklə cavabdehlərdən birinin - "xxxx" MMC-nin hüquqi ünvanının olduğu yeri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinin tələblərinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Kollegiya həmçinin bu qənaətə gələrkən, MPM-nin 151.3-cü maddəsinin tələblərini və prosessual qənaət prinsipini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həkimi X5 qarşı ( Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar