Məhkəmə qərarları › İş №e-2(103)-6140/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-6140/2025

31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6140/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkənəsinə müraciət edərək, vurulmuş maddi ziyana görə 3940 (üç min doqquz yüz qırx) manat, mənəvi zərərə görə 19000 (on doqquz min) manat və ödənilmiş 1000 (bir min) manat hüquqi xidmətlərin haqqının , ümumilikdə 23940 ( iyirmi üç min doqquz yüz qırx) manat pulun, habelə 161,90 manat dövlət rüsumunun əvəzinin cavabdehlər "xxxx" MMC və X2 müştərək qaydada tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsinin (vəkilinin) mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilərək, İddiaçı cavabdehlər X4 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh qismində göstərilmiş X3 qeydiyyat ünvanı Yasamal rayonu, A.Abbasov ev 16, mənzil 20, digər Cavabdeh3 qeydiyyat ünvanı isə ünvan 2yindən və belə olan təqdirdə cavabdehlərdən birinin qeydiyyatı üzrə iddianı təqdim etmək hüququ iddiaçıya məxsus olduğundan vəsatət təmin edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6090/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-ci maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir və işin başqa məhkəmədə baxılmağa verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı X7 və X6 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar