Məhkəmə qərarları › İş №e-2(103)-8488/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-8488/2022

28.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-8488/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı "dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı "dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5696/2022 saylı qərardadı ilə qeyd olunan mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında cavabdeh "xxxx" MMC əsl Cavabdeh2 MMC ilə əvəz edilmiş və Cavabdeh2 MMC-nin hüquqi ünvanının olduğu yer ünvan 1 Cavabdeh1 qeydiyyatda olduğu ünvan isə Füzuli rayonu, Üçbulaq ərazi dairəsi, Üçbulaq kəndidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində "xxxx" MMC və Cavabdeh1 göstərmişdir. X1 əldə edilmiş məlumata əsasən "xxxx" MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, ev 4, Cavabdeh1 isə Füzuli rayonu, Üçbulaq ərazi dairəsi, Üçbulaq kəndi olduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçı düzgün olaraq, aidiyyət qaydalarına riayət edilməklə cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsini müraciət etmişdir. Məhkəmə prosesinin digər mərhələsində cavabdehin əvəz edilməsi isə məhkəmə tərəfindən aidiyyət qaydalarına uyğun olaraq icraata götürülmüş işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərazi aidiyyəti qaydalarına uyğun olaraq mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı "dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar