Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-419/2024 31.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Hazartürk LTDMəhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi barədə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Hazartürk LTD MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 170163 (yüz yetmiş min yüz altmış üç) manat pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 461 manat pul məbləği alınaraq, "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hazartürk LTDMMC-nin nümayəndəsi iddia ərizəsində Hazartürk LTDMəhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.1997-ci ildən dövlət qeydiyyatına alındığını, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxs olduğunu, MMC-nin əsas fəaliyyətinin dənli bitkilərin alışı, satışı və un istehsalından ibarət olduğunu, Cavabdeh əvvəllər "xxxx" MMC-də menecer işlədiyini, Cavabdeh Hazartürk LTDMMC-dən mallar (un) aldığını, həmin malları özünün tanıdığı müştərilərə satdığını, Nurlanın malları hansı marketlərə və şəxslərə verdiyini yalnız özünün bildiyini, Cavabdeh ona olan etibardan, inamdan sui-istifadə edərək, məqsədli şəkildə MMC-yə qarşı dələduzluq etdiyini, ona etibar edilmiş dəyəri 170163 (yüz yetmiş min yüz altmış üç) manat olan malların pulunu mənimsədiyini, şəxsi məqsədləri üçün istifadə etdiyini, belə ki, onun həmin pulun şəxsi məqsədləri üçün istifadə etdiyini təsdiqləyən əlyazma da yazdığını, əlyazmasından müəyyən edilir ki, pulu maşınlara, evə xərclədiyini, hər dəfə apardığı malların pulu ondan tələb ediləndə, pulun geri qaytarılması üçün vaxt istədiyini, lakin hər dəfə müxtəlif bəhanələrlə malların pulunu geri qaytarmadığını, bu səbəbdən, xx.xx.2023-cü il tarixində Nurlanın malların pulunu qaytarmayacağına əmin olandan sonra bu barədə Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müarciət edildiyini, Sumqayıt şəhər Polis İdarəsinin 23 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edildiyini, mülki iddia qaydasında məhkəməyə müraciət hüququnun olması izah edildiyini, bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini bildirmişdir. İddiaçı təşkilat H azartürk LTDMMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışıiclasinda iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək ərizəsində, iddiaçı Hazartürk LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı xx.xx.2024-cü il il tarixə saat 15:00 təyin edilmişdir. Məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəm. iddia tələbini tam müdafiə edirəm. mülki işin məhkəmə baxışı iclasını iştirakım olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Hazartürk LTD MMC-nin müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərək, Cavabdeh qarşı hər hansı tələbi olarsa məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarına əlavə olunmuş əlyazmada qeyd etmişdir ki, 170163 manatdan 114000 manatı klentlərdədi 56163 AZN məndədi ondan 26000 maşınlara, 30000 evə xərcləmişəm, imza Cavabdeh. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə "xxxx" MMC-nin direktoruMusayev Rizvan İsaq oğlunun iştirakı ilə tərtib edilərək hər ikisi tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 08/06 nömrəli üzləşmə aktından görünür ki, Cavabdeh 08 iyun 2021-ci il tarixinə Hazartürk LTDMMC-yə 170163 manat borcludur və Cavabdeh Hazartürk LTD MMC-yə olan borcunu akt tərtib edilən gündən ən geci iki ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 54331970 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün Hazartürk LTD MMC tərəfindən Paysis MMC vasitəsilə dövlət büdcəsinə 464.69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatının nəticəsində iş materiallarına əlavə olunmuş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, CavabdehSumqayıt Şəhər Polis idarəsinin İstintaq şöbəsində verdiyi izahatın məzmunundan görünür ki, onun Hazartürk LTD MMC-yə olan 170163 manat borcu qarşlığında MMC-yə 2004-cü il buraxılışlı “İveco” markalı yük avtomobilini və 1998-ci il buraxılışlı “Zİl” markalı yük avtomobilini verdiyini, avtomobilləri 35000 manat hesablandığını və 135163 manatıda hissə-hissə əlbəəl MMC-yə qaytardığını, belə ki, qardaşının adına VÖEN açıldıqdan sonra onun qeyd etdiyi 170163 manat borcunun qardaşının adına rəsmiləşdirildiyini, bununla da o qardaşının adına MMC-yə olan 170163 manat olan borcunu tam ödədiyini, buna baxmayaraq MMC-nin qardaşı barəsində Bakı Kommersiya Məhkəməsinə iddia tələbi ilə müraciət etdiyini, xx.xx.2023-cü il tarixdə ilkin məhkəmə prosesinin olacağını, onun MMCyə olan 170163 manat borcu qardaşı İlhamın adına VÖEN açıldıqdan sonra onun adına rəsmişlədirildiyini və onun həmin borcu MMC-yə tamamilə ödədiyini qeyd etmişdir. Lakin cavabdeh həmin qərarda iddiaçıya olan borcunu tamamilə ödədiyini qeyd etsədə, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda iddiaçıya olan borcunu tamamilə ödəməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 08/06 nömrəli üzləşmə aktı ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; - 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; - 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. - 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; - 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda iddiaçıya olan borcunu tamamilə ödəməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 461.0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 08/06 nömrəli üzləşmə aktı ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçı cavabdehə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin olunaraq Cavabdeh 170163 (bir yüz yetmiş min yüz altmış üç) manat məbləğində borc və 461.0 (dörd yüz altmış bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 170624 (bir yüz yetmiş min altı yüz iyirmi dörd) manat məbləğndə pul alınaraq iddiaçı “Hazartürk LTDMMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 170163 (bir yüz yetmiş min yüz altmış üç) manat məbləğində borc və 461.0 (dörd yüz altmış bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 170624 (yüz yetmiş min altı yüz iyirmi dörd) manat məbləğndə pul alınaraq iddiaçı Hazartürk LTDMMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-419/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-419/2024
31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver