Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-440/2020 11.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxxxxxxxxxx” X4 Cavabdeh qarşı “subroqrasiya qaydasında pul tələbibarədə” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 765 (yeddi yüz altmış beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verimiş sığorta ödənişinin məbləğini və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində “xxxxxxxxxxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx xxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz C180” markalı ** NT *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozduğunu və nəticədə “Skoda Fabia” markalı 10XS 453 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyini, yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu rayon Məhkəməsinin 3(008)- 721/2020 saylı qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxsin Cavabdeh müəyyən olunduğunu, həmçinin qərarda Cavabdeh hadisə baş verən zaman idarəetmə hüququnun olmadığının (sürücülük vəsiqəsi) qeyd edildiyini, yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Fabia” markalı ** XS *** dövlət nömrə nişanlı avtomobilə 765(yeddi yüz altmış beş) manat maddi zərər dəydiyini, PME ********** saylı sığorta şəhadətnaməsinə, xx xxxxx 2020-ci il tarixli İAS 200360 saylı Söğorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənə 765 manat məbləğində sığorta ödənişinin həyata keçdiyini, beləliklə sürücü Cavabdeh bu işə cavabdeh qismində cəlb edilməli olduğunu və “xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənə ödənilən 765 (yeddi yüz altmış beş) manat sığorta ödənişinin cavabdehdən subroqrasiya hüququ qaydasında geri tələb olunmalı olduğunu qeyd edərək Cavabdeh 765(yeddi yüz altmış beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verimiş sığorta ödənişinin məbləğini və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvana göndərilmiş, lakin o ərazidə yaşamadığından və yaxın qohumları tərəfindən bildirişin alınmasından imtina olunduğuna görə, bildirişin Cavabdeh çatdırılması mümkün olmamışdır. Eyni zamanda məhkəmənin böyük mütəxəssis-operatoru tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat vermiş və məhkəmə iclas katibi tərəfindən telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsi zamanı tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* seriyalı İnzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh sürücülük hüququ olmadan ** NT *** dövlət qeydiyyat nişanlı Mercedec Benz 180 markalı avtomobili idarə edərkən “Skoda Fabia” markalı ** XS *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol hərəkəti qaydalarını pozmuş və buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 322.4-cü maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(008)-721/2020 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanladığı izahatdan görünür ki, o, xx.xx.2020-ci tarixdə, saat 08:00 radələrində idarə etdiyi Mercedes markalı avtomobillə “Şirin” firmasından Z.Bünyadov küçəsinə çıxaraq Koroğlu metrosu tərəfə getdiyi zaman sol tərəfdən gələn skoda markalı avtomobillə toqquşmuş, xəsarət alan olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AB N 811807 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XS *** dövlət qeydiyyat nişanlı SKODA FABİA minik markalı avtomobil X2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AA N 633291 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** NT *** dövlət qeydiyyat nişanlı Mercedec Benz 180 minik markalı avtomobil X5 məxsusdur. İş materiallarında olan X7 tərəfındən verilmiş xx.xx.2011-ci il tarixli, ƏN İİİ 284567 nömrəli etibamaməyə əsasən Cavabdehna xx.xx.2060-cı il tarixədək ** NT *** dövlət qeydiyyat nişanlı Mercedec Benz 180 markalı avtomobili idarə etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, PME ********** №-li X3 dair Məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 16:00-dan xx.xx.2020-ci il tarixdə saat 16:00-dək Cavabdeh ** NT *** dövlət qeydiyyat nişanlı Mercedec Benz 180 minik markalı avtomobili 63.75 AZN məbləğində ödənişetməklə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini icbari sığortası üzrə” sığortalamışdır. Sığorta məbləği əmlaka vurulan zərər görə 5000 AZN ödənilir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 21/3817 nömrəli Qüsur aktından görünür ki, ** XS *** dövlət qeydiyyat nişanlı Şkoda Fabia markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 765.00 manatdır. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 213817 nömrəli Sığorta Ödəniş Aktından müəyyən edilir ki, zərərçəkən şəxs X2 məxsus “Skoda Fabia” markalı ** XS *** dövlət nömrə nişanlı avtomobilinin zədələnməsi ilə əlaqədar ona dəymiş zərərin məbləği- 765 manat zərərçəkən şəxs X2 köçürmə yolu ilə ödənilmişdir. İş materiallarında olan 001036 saylı xx.xx.2020-ci il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən X1 şəhadətnaməsi üzrə 765 manat sığorta ödənişi ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığortamüqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruzqala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğininmüəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimigötürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1 maddəsinə əsasən, əgər sığortalızərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələbsığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh X2 məxsus və “xxxxxxxxxxxx” ASC-də sığortalanmış** XS *** dövlət qeydiyyat nişanlı SKODA FABİA minik markalı avtomobilə vurulan ziyana görə ödənilmiş 765 (yeddi yüz altmış beş) manat sığorta pulu tutularaq “xxxxxxxxxxxx” X6 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq “xxxxxxxxxxxx” X6 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 məxsus və “xxxxxxxxxxxx” ASC-də sığortalanmış ** XS *** dövlət qeydiyyat nişanlı SKODA FABİA minik markalı avtomobilə vurulan ziyana görə ödənilmiş 765 (yeddi yüz altmış beş) manat sığorta pulunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 795 (yeddi yüz doxsan beş) manat məbləğində pul tutularaq “xxxxxxxxxxxx” X6 xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-440/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-440/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver