Məhkəmə qərarları › İş №e-2(110)-451/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-451/2022

15.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-451/2022 15.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə mülki iddiaçı, eyni zamanda hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını nəzərə alaraq, təqsirləndirilən şəxs Cavabdeh ona qarşı vurduqları 1600 avro ziyanın və 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə, İddiaçı etibarından sui-istifadə edərək, xx.xx.2018-ci il tarixdə saat 20 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 110 ünvanında yerləşən ofisdə sosial şəbəkəyə yerləşdirmək üçün pulların şəkilini çəkib geri qaytaracağına dair yalan vəd verib aldadaraq, İddiaçı məxsus 3063 manat 20 qəpik təşkil edən 1600 avro məbləğində pulu almış, həmin vaxt ofisə gələn şəxsiyyəti istintaqa məlum olmayan şəxslə İddiaçı söhbət etdiyi üçün ona diqqət yetirməməsindən istifadə edib, 3063 manat 20 qəpik təşkiledən 1600 avro məbləğində pulu ələ keçirib ofisdən gedərək, zərəçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqladələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona CM-in 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, İddiaçı 10 ilə yaxındır ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Qalibin ofisinə işsiz olduğundan tez-tez gedib onunla söhbət etmişdir. xx.xx.2018-ci il tarixdə saat 20 radələrində o Qalibin yanına getmişdir. Həmin vaxt ofisdə Qalib və ondan başqa heç kim olmamışdır. Bacısı xəstə olduğu üçün pula ehtiyacı olmuşdur. Buna görə də Qalibdən 1600 avro borc pul almışdır. Həmin pulu faizlə götürmüşdür. Həmin pulu ehtiyacına görə xərcləmiş, imkanı olmadığından borcunu qaytara bilməmişdir. İttiham aktında göstərilənlərlə razılaşmır, belə ki, 1600 avro pulu Qalib ona borc vermişdir. İstintaq zamanı verdiyi ifdəsini təsdiq etmir, belə ki, həmin ifadə mənəvi təzyiq atında verilmişdir. Beləliklə, cavabdeh barəsində Nərimanov rayaon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Ona dəymiş ziyanın isə bu günə qədər ödənilməməsi və mülki iddia verə bilməməyinin səbəbinin isə barəsində inzibati həbs tətbiq edilməsidir. Məhkəmənin hökmü ilə zərərçəkmiş şəxslərə (mülki iddiaçılara), o cümlədən də ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərək məhkəmə iclasını iştirakı olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişini çatıb-çatmaması ilə əlaqədar telefonoqram göndərilmiş, cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini bildirmiş, sonuncu məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(005)-218/2019 saylı məhkəmə hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, digər sübutları və həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus 1600 avro məbləğində pulu almış, həmin vaxtı ofisə gələn şəxsiyyəti istintaqa məlum olmayan şəxslə İddiaçı söhbət etdiyi üçün ona diqqət yetirməməsindən istifadə 1600 avro məbləğində pulu ələ keçirib ofisdən gedərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin ittiham hökmündə mülki iddia öz əksini tapmamışdır. Ona görə də məhkəmə göstərilən məbləğin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 42-ci maddəsinə əsasən Cinayət işindən əmələ gələn mülki iddia, əgər o cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurduğu zərərə görə 1600 (bir min altı yüz) avro pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Şərur rayonu Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu zərərə görə 1600 (bir min altı yüz) avro pul qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi ilə və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınaraq iddiaçı ünvan 2 ünvanında yaşayan İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar