Məhkəmə qərarları › İş №e-2(110)-454/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-454/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-454/2023 31.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 518,60 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca illik 5%-lə hesablanmış 19,45 manat əldən çıxamış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisi olduğunu, iddiaçı tərəfindən verilmiş plastik kartın cavabdeh tərəfindən istifadə edildiyini, belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etdiyini, cavabdehin həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 19.6-27.6.2022 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları apardığını, məbləğin bir qismini ATM-dən məxaric etdiyini, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etdiyini (çıxarış əlavə edilir), nəticədə Cavabdeh banka cəmi 518,60 (beş yüz on səkkiz manat, 60 qəpik) manat ziyan vurduğunu. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərildiyini, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilmədiyini, cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını qeyd etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2023ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı ərizənin məzmunundan görünür ki, İddiaçı ASC-i cavabdehə qarşı “banka aid pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi bildiririk ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunun hesab etdiklərini, yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17 dekabr 2020-ci il tarixli Hesab və ödəniş katına dair müqaviləndən aydın olur ki, Cavabdeh ilə "xxxx" ASC arasında hesab və ödəniş kartına dair müqavilə bağlanmışdır; Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank bu müqaviləyə əsasən Müştəriyə bank hesabı açmağı (bundan sonra - “Kart”), Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlə və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib hesab üzrə habelə kart vasitəsi ilə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarına yetirməyi, müştərinin isə göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür; Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bank müştərinin adına AZN valyutasında hesab açır. Bank müştəriyə onun elektron kabinetində yerləşdirməklə və/və ya bu müqavilənin 6.4-cü yarımbəndində müəyyən edilmiş üsul və vasitələrlə hesabın rekvizitlərini (nömrəsi, kodu və s) təqdim edə bilər. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bank tərəfindən ayrı qayda müəyyən edilməmişdirsə, hesabda olan pul vəsaitinə müştərinin xeyrinə hər hansı faiz hesablanmır. Hesaba yalnış daxilolma olduqda, müştəri bu barədə 3 (üç) iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər; Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən bank müştəriyə Visa Electron adsız növdə kart təqdim edir. Kartın üzərində beynəlxalq kart təşkilatlarının müəyyən etdiyi qaydaya uyğun olaraq müştəri tərəfindən bildirilən ad və loqolar əks olunur; İş materiallarına əlavə olunmuş 17 dekabr 2020-ci il tarixli ödəniş kartının alınması üçün ərizədən görünür ki, Cavabdeh plastik kart almaq "xxxx" ASC-nin Şərur filialına müraciət etmişdir. İş materiallarına əlavə olunmuş 17 dekabr 2020-ci il tarixli Balansdankənar məxaric orderinin surətindən görünür ki, 1 ədəd Debet kredit kartı Cavabdeh imza etdirilməklə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022 – xx.xx.2022-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, “Kapital Bank“ ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 manat rüsum ödənilmişdir. İş materiallarında olanİddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olur ki, "xxxx" ASC borcun 5 təqvim günü ərzində karta mədaxil edilməsi ödənilməsi xahiş edilmiş, Əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, ”Kapital Bank“ ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2020-ci tarixli hesab və ödəniş katına dair müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank bu müqaviləyə əsasən Müştəriyə bank hesabı açmağı Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlə və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib hesab üzrə habelə kart vasitəsi ilə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarına yetirmiş, ona Visa Electron adsız növdə kart təqdim etmiş, müştəri isə göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müştəri kartdan istifadə etməklə müxtəlif vaxtlarda bankın 3310.60 manat məbləğində vəsaitini məxaric etmiş, həmin vəsaitin 2792.0 manaını Banka qaytarsa da, banka 518.60 manat məbləğində borcu yaranmışdır. “Müştəri” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir.“Müştəri“ öhdəliyini vaxtında icra etmədiyi üçün “Bank” ona qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bu qənaətə gəlir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən iddiaçı təşkilat borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 19.45 (on doqquz manat qırx beş qəpik qəpik) manat məbləğində əldən çıxmış fayda qismində borcun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 17 dekabr 2020-ci il tarixli hesab və ödəniş katına dair müqaviləyə əsasən 518.60 (beş yüz on səkkiz manat, altmış qəpik) manat borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 19.45 (on doqquz manat qırx beş qəpik qəpik) manat məbləğində əldən çıxmış fayda, cəmi 538.05 (beş yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 17 dekabr 2020-ci il tarixli Hesab və ödəniş katına dair müqaviləyə əsasən сavabdeh Cavabdeh 518.60 (beş yüz on səkkiz manat, altmış qəpik) manat borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 19.45 (on doqquz manat qırx beş qəpik qəpik) manat məbləğində əldən çıxmış fayda, cəmi 538.05 (beş yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 568.05 (beş yüz altmış səkkiz manat beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar