Məhkəmə qərarları › İş №e-2(110)-492/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-492/2022

25.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-492/2022 25.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndə-vəkili Vəkil, Cavabdeh2 və digər cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X4 Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixli MN № ******* saylı çıxarışa əsasən Şərur rayon Zeyvə kənd ərazisində Cavabdeh1 adına qeydiyyata alınmış 0.157 ha həyatyanı torpaq sahəsinin alınması üçün cavabdehlərə ödədiyi 15000 (onbeş min) manat, hüquqi yardım almaq üçün ödədiyi 500 (beş yüz) manat vəkil qanararını və dövlət rüsümu olaraq ödədiyi 135 (bir yüz otuz beş) manat, cəmi 15635 (on beş min altı yüz otuz beş) manat pulun və maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bazar qiyməti ilə dəyərinin fərqini və ya manatla ekvivalentini müştərək olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə təqdim edərək dələduzluq faktının araşdırlıması üçün Şərur Rayon Polis İdarəsinə müraciət etməkləri üçün mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh və digər cavabdehin nümayəndəsi ərizənin baxılmamış saxlanılmasına heç bir etirazı olmadığını bildirmişdirlər. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının nümayəndə-vəkilinin ərizəsini, cavabdehin və digər cavabdehin nümayəndəsinin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 16053 nömrəli qəbzə əsasən "xxxx" ASC-in Şərur filialı vasitəsilə X2 ödədiyi 135 manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 16053 nömrəli qəbzə əsasən "xxxx" ASC-in Şərur filialı vasitəsilə X2 ödədiyi 135 manat (bir yüz otuz beş) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar