Məhkəmə qərarları › İş №e-2(110)-594/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-594/2022

15.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-594/2022 15.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42700 manat pulun, 5000 manat əldən çıxmış faydanın, ödənilən 218 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 110 manatın, mənəvi zərərə görə isə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrində qeyd olunub ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir; Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələbinə əsasən, müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələbinə dair məhkəməyə müraciət etsə də, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmiş, həmçinin iddia ərizəsində sübutların siyahısını qeyd etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı yerə dair hər hansı sübut (DİN MAPS arayışı, qeydiyyatda olduğu yeri üzrə İƏDÜ nümayəndəlikdən arayış və.s) əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində işdə iştrak edən şəxslərin adlarının, onların poçt ünvanlarının əlavə etməsinin məqsədi işin məhkəmə baxışının ərazi aidiyyəti baxımından konkret olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmasının müəyyən edilməsi, ona qarşı irəli sürülmüş iddiaya dair onun öz tələb və etirazlarını, həmçinin məhkəmə sənədələrinin onların yaşadığı yer üzrə çatdırılması və tərəflərin iştirakı ilə məhkəmə baxışı iclaslarının keçirilməsinin təmin edilməsindən ibarətdir. Məhz bu baxımından cavabdehlərin rəsmi qeydə alındığı yerin müəyyən edilməsi haqda müvafiq sənədin iddia ərizəsinə əlavə edilməsi zəruridir. Buna görə də göstərilən səbəblərdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar