Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-614/2024 19.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməlləri nəticəsində ona dəymiş 2880 manat maddi zərər tam məbləğdə alınıb onun xeyrinə ödənlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdeh Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olan gizir Cavabdeh ona olan etimadından sui-istifadə edib ona yalan vəd verərək aldatmaq yolu ilə ona 2880 AZN məbləğində maddi zərər vuraraq pulunu mənimsədiyini, 2024-cü ilin yanvar ayının sonlarında onlayn avtomobil alqı-satqı platforması olan www.turbo.az saytı vasitəsi ilə ona məxsus “Mitsubishi” markalı “Pajero” model minik avtomobilinin 24000 AZN qiymətinə satış elanını yerləşdirdikdən sonra Cavabdeh ona zəng edərək avtomobilimi ona məxsus olan “Baic” markalı avtomobillə dəyişdirmək üçün “Baic” markalı avtomobili 18000 AZN dəyərində qiymətləndirərək 6000 AZN əlavə pulu ona verməklə bağlı razılaşma təklif etdiyini, cavabdehlə razılaşdıqlarını, əlavə verəcəyi olan 6000 manatdan ona 500 manat beh göndərdiyini, 500 manat daşıyıcıya verdiyini, 2000 manat da kart hesabına göndərdiyini, yerdə qalan 3000 manat məbləği 3 ay ərzində ayda 1000 manat olmaqla ona göndərəcəyi barədə söz verdiyini, cavabdehin ona satacağı maşının tam saz və qəzasız olmasını dediyini, onun dediyinə əsasən avtomobillərini bir-birilərinə göndərməli olduqlarını, hər kəsin yol xərcini özü ödəməli olduğunu, danışdıqları kimi öz avtomibilini Naxçıvana, onun isə Gəncəyə göndərdiyini, maşını qəbul etdiyi andan maşına baxış keçirən zaman cavabdeh tərəfindən aldadıldığını anladığını, belə ki, cavabdehin maşının tam saz və qəzasız olduğunu deməsinin əksinə olaraq ona satdığı “Baic” markalı avtomobilin tavan, baqaj kimi kuzov hissələrinin dəyişdirildiyini, rəngləndiyi, təmir edildiyi, avtomobilin aşaraq ciddi zərər gördükdən sonra bir çox kuzov detallarının və ehtiyyat hissələrinin dəyişdirildiyinin məlum olduğunu, bundan sonra cavabdehin onu aldatdığını bildiyini və avtomobilini geri tələb etdiyini, cavabdehin avtomobilini ona geri göndərdiyini, cavabdehdən özünə məxsus avtomobilin ona geri göndərməsini istədiyini cavabdeh avtomobilinin bütün xərcləri onun çəkərək ödəyəcəyi halda geri qaytaracağını, əks təqdirdə avtomobilini ona geri qaytarmayacağını dediyini, avtomobilimin cavahdehdə uzun müddət qalmasının və avtomobilinə maddi zərər vuracağından ehtiyat edərək çarəsiz qalıb cavabdehin ona irəli sürdüyü şərtlərlə razılaşdığını, bütün xərcləri ödədikdən sonra cavabdehin avtomobilin ona geri qaytardığını, beləliklə cavabdehin onu aldadaraq satmaq istədiyi və ona göndərdiyi “Baic” markalı avtomobilin usta baxışına, daşınmasına, o cümlədən yenidən ona qaytarılması və öz avtomobilinin özünə göndərilməsinə sərf etdiyi pulların cəmi məbləği 2880 manat etdiyini, dəfələrlə cavabdehə müraciət edərək onu aldatdığı üçün çəkdiyi xərcləri təşkil edən 2880 manat pulu ona ödəməsi barədə xəbərdarlıqlar etsə də onun pul verməyəcəyini, istədiyi hüquq-mühafizə orqanlarına şikayət etməkdə sərbəst olduğunu bildirdiyini, hüquq-mühafizə orqanlarına şikayət etdiyini, ona məhkəməyə müraciət etməli olduğunu tövsiyyə etdiklərini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakı olmadan keçirilib iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, maşınlarını bir biri ilə dəyişməyi və cavabdehin mənə əlavə olaraq 6000 manat ödəməsi barədə razılaşdıqlarını, cavabdehin 2000 manat ilkin ödəniş ödədiyini, qalanı isə hər ay 1000 manat ödəməyi öhdəsinə götürdüyünü, cavabehin ona 500 manat beh göndərdiyini, 500 manat daşıma xərci ödədiyini, cavabdehin maşında vurulmanın olmadığını bildirdiyini, cavabdehin avtomobili ona göndərdikdən sonra onu rəngsaza apardığını, 2 sağ qapı və baqaj göy rəngdə, 2 sol qapı və üstü qara rəngdə boyadıldığını, Kuzov hissəsinin yararsız vəziyyətdə olduğunu, cavabdehin bunu bildirəndə qəbul etmədiyini və maşının rənginin dəyişməsi ilə bağlı məlumatının olmadığını bildirdiyini, maşınları geri qaytarmağı cavabdehə təklif etdiyini, O isə qaytaracağı təqdirdə bütün xərcləri onun qarşılamağını istədiyini, məcbur qalıb onunla razılaşdığını, çəkdiyi xərcləri ondan tələb etdiyini, xərcləri ödədikdən sonra maşınını dostum Naxçıvanda cavabdehdən geri aldığını, cavabdehə məxsus avtomobili göndərməyə 400 manat, özünün avtomobilimin göndərilməsinə 500 manat ödədiyini, özünə məxsus avtomobilə yeni çexol çəkdiyi üçün 230 manat ona verdiyini, ona 2500 manat öz pulunu qaytardıqdan sonra, ilkin olaraq 900 manat, usta xərci olaraq 300 manat, maşınların yenidən daşınması üçün 2 dəfə 550 manat olmaqla, cəmi 1100 manat xərc çəkdiyini, əlavə olaraq tır sürücülərinə etibarnamə verməklə bağlı xərci, benzi xərcini də ödədiyini, Beləliklə ondan cəmi 900 manat ilkin ödədiyim pulu, 1100 manat maşınların yenidəndaşıma xərcləri, 300 manat usta xərci, 230 manat çexolun xərci və 350 manat ödədiyi digər xərcləri tələb etdiyini bildirərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, 2024-cü ilin yanvar ayında avtomobilin alqı-satqı platforması olan “turbo.az” saytı vasitəsi ilə İddiaçı elanda qoyulmuş ona məxsus avtomobil ilə özünə məxsus avtomobili dəyişib, əlavə olaraq da 6000 manat ona verməsi barədə razılığa gəldiklərini, razılaşmanın şərtlərinə görə hərə öz avtomobilinin yol xərcini qarşılamalı olduğunu, iddiaçıya gəlib maşına baxış keçirdikdən sonra almağı təklif etdiyini, özünün isə qohumunu göndərərək iddiaçının maşınına baxış keçirdikdən sonra almağa qərar verdiyini, iddiaçının ustasının ona görünütülü zəng vuraraq avtomobilə baxış keçirəcəyini bildirdiyini, ustasının ona zəng vurduğunu, 1 saat ərzində avtomobilin hissələrinə baxış keçirdiyini, ondan sonra avtomobilləri bir-birilərinə göndərdiklərini, avtomobili ona göndərdikdən sonra 630 manat xərc çəkərək avtomobilə dəri salon yığdırdığını, 15 gün keçdikdən sonra iddiaçının ona avtomobili qaytarmaq istədiyini bildirdiyini, iddiaçının avtomobilin qaytarılmasını tələb edən vaxtı ona verdiyi 500 manat behi, 2000 manat ödənişi, 500 manat avtomobilin göndərilmə xərcini və avtomobilin salonunu yenidən yığdırdığı üçün sərf etdiyi 630 manatı tələb etdiyini, iddiaçının xx.xx.2024-cü il tarixdə 3630 manatı ona göndərdikdən sonra onun avtomobilini geri qaytardığını, razılaşmanın şərtinin avtomobili kim qaytarsa onun bütün xərclərini həmin tərəfin qarşılamalı olduğunu, avtomobilin rənginin mavi olduğunu, onu qara rəngə boyatdıqlarını, avtomobili aldığı şəxsin də onun rənginin dəyişməsi ilə bağlı məlumatının olmadığını bildirdiyini, avtomobilin 2018-ci il Çin istehsalı və işlək vəziyyətədə olduğunu, aşmasının olmadığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı “Mitsubishi Pajero” model minik avtomobili Cavabdeh etibarnamə ilə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 500 manat məbləğində pul vəsaitini İddiaçı kart hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 400 manat məbləğində pul vəsaitini tır sürücünün kart hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 2000 manat məbləğində pul vəsaitini İddiaçı kart hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il qəbzdən görünür ki, Cavabdeh 500 manat məbləğində pul vəsaitini tır sürücünün kart hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdə görünür ki, İddiaçı 3630 manat məbləğidə pul vəsaitini Cavabdeh kart hesabına göndərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X1 ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona veilən etibarnamə vasitəsilə 10VS484 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası ərazisindən keçməklə yük maşının konteyrnerində 550 manat pul məbləğində Naxçıvan MR-dan Bakı şəhərinə daşınmasını təmin etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X2 ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona veilən etibarnamə vasitəsilə 72BC776 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası ərazisindən keçməklə yük maşının konteyrnerində 500 manat pul məbləğində Bakı şəhərindən Naxçıvan MR daşınmasını təmin etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2024-cü ilin yanvarfevral aylarında tərəflər arasında internet vasitəsilə özlərinə məxsus nəqliyyat vasitələrinin dəyişdirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. İddiaçı video görüntülü zəng vasitəsilə cavabdehin Naxçıvandakı avtomobilinə baxış keçirmiş, Cavabdeh isə qohumu vasitəsilə Gəncə şəhərində iddiaçının avtomobilinə baxış keçirmişdir. Bundan sonra iddiaçı özünə məxsus Mitsubishi Pajero markalı, cavabdeh isə özünə məxsus Baic markalı avtomobili şifahi razılaşmaya uyğun olaraq bir-birinə göndərmişlər. Cavabdehin avtomobilinin dəyəri iddiaçının avtomobilindən ucuz olduğu üçün tərəflər cavabdehin əlavə 6000 manat ödəməsi barədə razılığa gəlmişlər. Cavabdeh 2024-cü ilin fevral ayında iddiaçıya 500 manat beh, daha sonra 2000 manat, sonra nəqliyyat vasitələrinin daşınması üçün 900 manat olmaqla ümumilikdə 3400 manat pul göndərmişdir. Tərəflər nəqliyyat vasitələrini qəbul etdikdən sonra İddiaçı usta vasitəsilə nəqliyyat vasitəsinin qüsurları barədə (qəzalı olduğunu, müxtəlif hissələrinin dəyişdirildiyini, yenidən rəngləndiyini) müəyyən etmişdir. Cavabdeh həmin hallarla bağlı onu məlumatlandırmadığından iddiaçı avtomobillərin geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə iddiaları qəbul etməmiş, iddiaçıya ödədiyi 3400 manatı və iddiaçının avtomobilinə çəkdiyi 230 manat xərci (oturacaqlara yeni üzlük), ümumilikdə ümumilikdə 3630 manatı ödəyəcəyi təqdirdə avtomobilin geri qaytarılmasına razı olacağını bildirmişdir. Bundan sonra iddiaçı cavabdeh tərəfindən irəli sürülmüş şərti qəbul edərək 3630 manat vəsaiti cavabdehin kartına göndərmişdir. Daha sonra iddiaçı hər iki nəqliyyat vasitəsinin daşınması xərclərini 500 manat və 550 manat olmaqla ümumilikdə 1050 manat xərc çəkmişdir. Bu qeyd olunan hallar işin mübahisə edilməyən hallarıdır. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı cavabdehin ona nəqliyyat vasitəsinin qüsurları barədə düzgün məlumat vermədiyini, aldadıldığını bildirir, cavabdeh isə öz növbəsində iddiaçının istəyi ilə iddiaçının seçdiyi usta tərəfindən video zəng edildiyini, bir saat ərzində nəqliyyat vasitəsinin istədikləri yerlərini onlara canlı şəkildə nümayiş etdirdiyini, özününü də nəqliyyat vasitəsinin rənglənməsi barədə məlumatının olmadığını bildirmişdir. İddiaçı nəqliyyat vasitəsinin yenidən rənglənməsi və qüsurları barədə fotoşəkil və video təqdim etmişdir (CD iş materiallarına əlavə olunmuşdur). Həmin videoda nəqliyyat vasitələrinin zahiri qüsurları müəyyən olunur. Buna görə məhkəmə cavabdehin nəqliyyat vasitəsinin qüsurları ilə bağlı etirazında göstərdiyi halları əsassız hesab edir. Məhkəmə işin bütün hallarına məcmu halında qiymət verərək belə qənatə gəlir ki, cavabdehin nəqliyyat vasitəsinin qüsurları barədə məlumatsız olması ağılabatan deyil və o nəqliyyat vasitəsinin mövcud qüsurları barədə iddiaçını məlumatlandırmamışdır. Bununla belə tərəflər qüsurlar aşkar edildikdən sonra razılaşmış və iddiaçı cavabdehə nəqliyyat vasitəsinə və çəkilən əlavə xərclərə görə 3630 manat pulu geri ödəmişdir. İddiaçının bundan sonrakı xərcləri isə yalnız hər iki nəqliyyat vasitəsinin daşınması üçün ödədiyi 1050 (500+550) manat pul vəsaiti olmuşdur. Buna görə də məhkəmə iddianı yalnız həmin hissədə əsaslı hesab edir. İddiaçının ərizəsində göstərdiyi digər hallarla bağlı, yəni usta baxışına görə ödədiyi və digər xərclərlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1050 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1050 manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17,86 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1067,86 manat (min altmış yeddi manat səksən altı qəpik) alınaraq ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-614/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-614/2024
19.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver