Məhkəmə qərarları › İş №e-2(111)-179/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-179/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-179/2023 27.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 13000 (on üç min) manat borcun və ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh onun xalası nəvəsidir. 2021-ci ilin aprel ayında Cavabdeh ilə söhbət edərək razılaşdıq ki, mən 13000.00 (on üç min) manat pul verim Cavabdeh, Zalı həmin pula Bakı şəhərində avtomobil alacaq, həmin avtomobil taksi fəaliyyəti üçün istifadə olunacaq bunun da müqabilində mənə ayda 450.009 (dörd yüz əlli) manat pul ödəniləcəkdir. Mən 13000.00(on üç min) manat pulun 5000.00(beş min) manatını Cavabdeh qardaşı X7 ilə göndərdim Cavabdeh, 8000.00 (səkkiz min) manatı isə Bakı şəhərində yaşayan dostum X1 Kənan Əjdər oğluna vermişdir ki, o da, həmin məbləği qardaşı Cavabdeh vermişdir. Cavabdeh 13000.00(on üç min) manata Kia-Rio markalı avtomobil alaraq taksi fəaliyyəti üçün istifadəyə vermişdir. Bu minvalla Cavabdeh 2022-ci ilin may ayına qədər mənə hər ay 450.00 manat pul göndərdi. 2022-ci ilin iyun ayında Cavabdeh mənə zəng edərək lotereya oynadığını, avtomobili sataraq lotereya ödənişini etdiyini, mənim 13000.00(on üç min) manatımı isə 2022-ci ilin iyul ayında qaytaracağına dair söz verərək öhdəlik götürmüşdür. Həmçinin bir aylıq-iyun ayı üçün 450.00 manatı da ödəyəcəyini bildirmişdir. Cavabdeh 13000.00(on üç min) manatı ödəyəcəyini bildirsə də, bu günədək həmin öhdəliyini yerinə yetirməmişdir. İş üzrə məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahatında bildirmişdir ki, iddia ərizəsində səhvən cavabdehin ona olan borcunun 13000 manat olduğunu qeyd etdiyini, həmin borcun 5000 manatının Zalının qardaşı Kənan tərəfindən ona qaytarıldığını, hazırda cavabdehin ona 8000 manat borcunun olmasını qəbul etdiyini və bu barədə məhkəməyə ərizə təqdim edərək cavabdehdən 8000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini tam qəbul etmədiyini, hazırda iddiaçıya 13000 manat borcu olmadığını, iddiaçının qeyd etdiyi kimi ondan 13000 yox, maşınların alınması üçün ona 15000 manat pul verildiyini, qeyd edilən borcdan qardaşı Əsgərov Kənan tərəfindən 5000 manat qaytarıldığını və özü tərəfindən isə 6 ay ərzində 300 manat olmaqla Ağaya pul ödədiyini, hazırda iddiaçıya 8000 manat borcunun qaldığını etiraf etdiyini və bu barədə məhkəməyə yazılı formada ərizə təqdim edib qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 8000 (səkkiz min) manat alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı, cavabdehin etirafedici izahatı və məhkəməyə təqdim etdikləri ərizələri ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı 8000 manat borcu vardır. Həmin borcu bu günə kimi qaytarmadığından iddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında şifahi borc müqavilələrinin bağlandığı dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin qüvvədə olan mətninə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri və cavabdeh tərəfindən ondan tələb edilən borc məbləğinin 8000 manat hissəsini etiraf ediməsini və iddiaçının isə etiraf edilən məbləği təsdiqləyərək qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla Cavabdeh 8000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 79.38 (yetmiş doqquz manat otuz səkkiz qəpik) manatlıq hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 79.38 (yetmiş doqquz manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar