Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-208/2023 23.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2096 manatın və məhkəmə rüsumu üçün ödənilmiş 42 manatın, toplam olaraq 2138 (iki min yüz otuz səkkiz) manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində həyat yoldaşı X2 ilə birlikdə Bakı şəhərində yaşayan övladlarımın yanına getmək məqsədilə idarə etdiyi “Hyundai Tucson” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz-Gəndov yolu yaxınlığında Xaçmaz rayonu ilə Şabran rayonunun sərhəddində yerləşən Söhbətli kəndinin yaxınlığından hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “MAN” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili ilə qəflətən dönmə əməliyyatını həyata keçirərkən yük avtomobili qoşqusunun sol hissəsi ilə sürtünmüş və nəticədə avtomobili yoldan çıxaraq sol tərəfi üstündə dərəyə aşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində ağır xəsarət alan olmamışdır. Bundan sonra o, 102 xidmətinə müraciət etmişdir. Müraciətindən sonra Şabran rayon Polis Şöbəsində yol nəqliyyat hadisəsi barəsində araşdırma aparılmış, Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru X5 tərəfindən 10 fevral 2023-cü il tarixli HK-1/127 saylı material üzrə cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. “Surra” ASXM-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ona məxsus “Hyundai Tucson” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7096 manat maddi ziyan dəymişdir. İcbari Sığorta tərəfindən avtomobilə dəymiş 7096 manatın 5.000 manatı ödəniş olunmuşdur, 2096 manatın isə cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək həmin vəsaiti ona ödəməkdən boyun qaçırmışdır. İş üzrə İddiaçı nümayəndəsi vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə iş üzrə məhkəmə baxışı iclaslarını iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan AD 564128 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ TUCSON MİNİK” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP-5248563 nömrəli protokoldan görünür ki, Cavabdeh “MAN TGA 18.440 YÜK” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP-5595901 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şabran rayon “Surra” Avtomobillərə Servis xidmət məntəqəsinin 01 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “HYUNDAİ TUCSON MİNİK” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Pərviz Babayevin xx.xx.2023-cü il tarixli məktubuna əsasən avtomobilin zədə almış hissələrinə baxış keçirilmiş və işçilərin zəhmət haqqı və ehtiyat hissələri nəzərə alınmaqla avtomobilə 7096 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət təqibinin başlanmasının rədd olunması haqqında” qərara əsasən yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı və Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı 5000 manat məbləğində pul mədaxil edilmiş, xx.xx.2023-cü il tarixdə İddiaçı həmin məbləği məxaric etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı tərəfindən 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən aydın olur ki, Cavabdeh idarə etdiyi “MAN TGA 18.440 YÜK” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının idarə etdiyi “HYUNDAİ TUCSON MİNİK” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Şabran rayon PŞ-də araşdırma aparılmış və Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP-5248563 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP-5595901 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Cavabdeh 100 manat məbləğində İnzibati cərimə edilmişdir. Şabran rayon “Surra” Avtomobillərə Servis xidmət məntəqəsinin 01 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən “HYUNDAİ TUCSON MİNİK” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədə almış hissələrinə baxış keçirilmiş və işçilərin zəhmət haqqı və ehtiyat hissələri nəzərə alınmaqla avtomobilə 7096 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanla bağlı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı 5000 manat məbləğində pul ödənilmişdir. İddaçı cavabdehdən ona vurulmuş ziyanın qalan hissəsi olan 2096 manat məbləği tələb edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə iddia tələbi əsaslıdır və təmin edilərək vurulmuş zərərə görə 2096 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumu da Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2096 manat və 42 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 2138 (iki min yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-208/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-208/2023
23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver