Məhkəmə qərarları › İş №e-2(111)-21/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-21/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-21/2022 08.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 260 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 290 manat pul məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04.03.2020-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Volkswagen Passat” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai İ30” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Volkswagen Passat” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 01.03.2020-ci il tarixindən 01.03.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 16.06.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 260 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X5 bank hesabına ödənilmişdir. Bakı şəhəri Binəqədi RPİ BDYPŞ-nin YNH-nin təfərrüatları barədə arayışdan, AP № ******* saylı inzibatı xəta haqqında protokoldan görünür ki, cavabdeh AR İXM-nin 327.1 və 332.1-ci maddəsi (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) ilə təqsirli billnmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iş üzrə məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları” barədə Binəqədi rayon DYPŞ-nin 04.03.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 04.03.2020-ci tarixdə etibarnamə olmadan X1 məxsus idarə etdiyi “Volkswagen Passat” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Rəcəbli küçəsində avtomaşını geriyə verərkən “Hyundai İ30” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X3 mülkiyyətində olan X5 idarə etdiyi “Hyundai İ30” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 05.03.2020-ci il tarixli qüsur aktına əsasən “Hyundai İ30” markalı **-VT- *** dövlət qeydiyyat nişanlı avtomobilə 260 manat zərər müəyyən edilmiş, həmin hadisə ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ BDYPŞ tərəfindən inzibati xəta törətmiş şəxs Cavabdeh barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1ci maddələri ilə AP № ******* saylı inzibatı xəta haqqında protokol protokol tərtib edilmiş və Azərbaycan Respublikası Daxili Nazirliyi Elektron Ödəmələr sisteminə əsasən həmin AP № ******* saylı inzibatı xəta haqqında protokol üzrə Cavabdeh 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. "xxxx" ASC tərəfindən 11.06.2020-ci il tarixdə sığorta ödənişinin alınması üçün X8 plastik ödəmə kartı təhvil verilmiş və 16.06.2020-ci il tarixdə həmin plastik karta 260 manat köçürmə edilmişdir. İş materiallarında olan 29.02.2020-ci il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “Volkswagen Passat” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobil 75 manat sığorta haqqı ödənilməklə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 05.03.2020-ci il tarixli qüsur aktına əsasən “Hyundai İ30” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 260 manat zərər müəyyən edilmişdir. İş materiallarında olan 11.06.2020-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktına əsasən sığorta ödənişinin alınması üçün **********850708 xüsusi nömrəli plastik ödəmə kartı X11 tərəfindən imza edilərək qəbul edilişdir. İş materiallarında olan plastik ödəmə kartından çıxarışdan görünür ki, 16.06.2020-ci il tarixdə ************0708 nömrəli karta 260 manat ödəmə aparılmışdır. İş materiallarında olan 05.03.2020-ci il tarixli, AP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili Nazirliyi Elektron Ödəmələr sistemindən çıxarışa əsasən AP ******* saylı inzibatı xəta haqqında protokol üzrə Cavabdeh 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 05.03.2020-ci il tarixli qüsur aktına əsasən “Hyundai İ30” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 260 manat zərər müəyyən edilmişdir. İş materiallarında olan 11.06.2020-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktına əsasən sığorta ödənişinin alınması üçün plastik ödəmə kartı X11 tərəfindən imza edilərək qəbul edilişdir. İş materiallarında olan 27.07.2021-ci il tarixli, ********* nömrəli və 17.10.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzlərinə əsasən "xxxx" ASC tərəfindən iş üzrə 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli arayışa əsasən Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə vardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 04.03.2020-ci il tarixdə idarə etdiyi “Volkswagen Passat” markalı, **-FJ-*** dövlət nömrə nişanlı avtomobillə Ə.Rəcəbli küçəsində avtomaşını geriyə verərkən “Hyundai İ30” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində X3 mülkiyyətində olan “Hyundai İ30” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 260 manat ziyan dəymişdir. "xxxx" ASC tərəfindən X8 260 manat sığorta haqqı ödənilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə 260 manat dəymiş zərər məbləği və iddia təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi haqqında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 260 manat sığorta ödənişinin əvəzi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 290 (iki yüz doxsan) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar