Məhkəmə qərarları › İş №e-2(111)-221/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-221/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-221/2021 04.11.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh subroqasiya qaydasında pul tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) nümayəndə vasitəsilə Cavabdeh qarşı ərizə ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 260 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat ümumilikdə 290 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum oldu ki, ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil. Belə ki, iddiaçı verilmiş tələbi təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, iddia ərizəsinin qoşmasında qüsur aktının əlavə olunduğunu göstərsə də həmin qüsur aktı iddia ərizəsinə əlavə olunmamışdır. Həmçinin Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə protokol tərtib edilsə də onun barəsində inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilməmişdir. Belə olan halda iddia ərizəsinın qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi qaytarıldığına görə "xxxx" ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 27 iyul 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 20 manat və 17 oktyabr 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu da qaytarılmalıdır. "xxxx" ASC-yə izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 284-4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında pul tələbi barədə ərizəsinin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar qəbul olunmasından imtina edilsin. "xxxx" ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 27 iyul 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 20 manat və 17 oktyabr 2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu geri qaytarılsın. "xxxx" ASC-yə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar