Məhkəmə qərarları › İş №e-2(111)-247/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-247/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-247/2025 21.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X3 Sadət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əsas məbləğ 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin iyul ayında Cavabdeh 6000 (altı min) manat pulu 2 ay müddətində qaytarmaq şərti ilə borc vermişdir. Belə ki, Cavabdeh oğlunun tanışı idi, münasibətləri yaxşı idi. O, (Əli) ona şəxsi işi ilə əlaqədar 6000 (altı min) manat pula ehtiyacının olduğunu, qısa vaxtda isə işini görüb, pulu qaytaracağını vəd verərək həmin məbləğdə borc pul istəmişdir. Ona inanmış. Cavabdeh xahişinə əsasən ona 6000 (altı min) manat pulu 2 ay müddətinə qaytarmaq şərti ilə borc vermişdir. Lakin cavabdeh pulu 2 aya qaytaracağı barədə vədinə əməl etməyərək, pulu qaytarmamışdır. Dəfələrlə pulunu ondan istəmişdir. O isə müxtəlif bəhanələrlə yubandırmışdılr. Nəhayət 2025-ci ilin iyun ayında ona olan borcundan 2000 (iki min) manatını ödəmişdir. Qalan pulu da qısa vaxtda ödəyəcəyini vəd vermişdir. Lakin yenə də vədinə əməl etməmişdir. Nəhayət, xx.xx.2025-ci ildə öz xətti ilə əlyazma şəklində qəbz yazıb vermişdir. Həmin qəbzdə göstərmişdir ki, həqiqətən də 2024-cü ildə ondan 6000 manat borc pul almış, 2025-ci ilin iyun ayında 2000 manatını qaytarmış, xx.xx.2025-ci il tarixdə isə qalan 4000 (dörd min) manatı qaytaracaqdır. Lakin cavabdeh bu vədinə də əməl etmədiyi üçün məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı məhkəməyə elektron ərizə göndərərək, Biləsuvar rayonunda yaşadığını, xəstəliyi ilə əlaqədar Kəngərli rayonuna məhkəməyə gəlməyinin çətin olduğunu, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırki işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş üzrə cavabdehin məhkəməyə məlum olan mobil nömrəsi ilə məhkəmə aparatı işçiləri tərəfindən əlaqə saxlanılaraq məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş və o, Salyan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etdiyini, İddiaçı olan 4000 manat borcunu yaxın müddətdə bağlayacağını bildirmişdir. İş materiallarında olan “İltizam” başlıqlı Cavabdeh tərəfindən imzalanmış sənədə əsasən Cavabdeh İddiaçı olan 4000 manat borcunu 22 iyul 2025-ci ilədək ödəyəcəyini öhdəsinə götürmüşdür. İddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında məlumata əsasən iş üzrə İddiaçı 05 avqust 2025-ci il tarixdə ********** nömrəli qəbzlə 60 manat məbləğində dövlət rusumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı arasında şifahi borc müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı 6000 manat pul almış və həmin pulun 2000 manatını qaytarmış, qalan 4000 manatını isə 22 iyul 2025-ci il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi yerinə yetirməyərək həmin borcu qaytarmamışdır. Cavabdeh tərəfindən borc pul qaytarılmadığından iddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh məhkəmənin aparat işçisi ilə telefon əlaqəsi yaradarkən iddia tələbini etiraf etmiş və qısa zamanda həmin pulu ödəyəcəyini bildirmiş, bu etiraf qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilərək iddia təmin olunmalı, Cavabdeh 4000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 60 (altmış) manat, cəmi 4060 (dörd min altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar