Məhkəmə qərarları › İş №e-2(125)-1022/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1022/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1022/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrində qeydə düzəlişin aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrində qeydə düzəlişin aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən “X7 Azərbaycan” QSC xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı barədə düzəlişin aparılmasına dair vəzifəsi/öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 avqust 2013-cü il tarixdə “X7 Azərbaycan” QSC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış İpoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində ümumi sahəsi 122 kvadratmetr yaşayış sahəsi 62,9 kvadratmetr yardımcı sahəsi, 59,1 kvadratmetrdən ibarət 3 otaqlı fərdi yaşayış evi “X7 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. Eyni zamanda 03 fevral 2015-ci ildə “X7 Azərbaycan” QSC ilə X3 arasında 194418/01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq 03 fevral 2015-ci tarixdə “X7 Azərbaycan” QSC ilə borclu X3 və ipoteka qoyan Cavabdeh2 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanılmışdır. Bağlanılmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kvadratmetr yaşayış sahəsi 62,9 kvadratmetr yardımçı sahəsi 59,1 kvadratmetrdən ibarət 3 otaqlı fərdi yaşayış evi “X7 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X3 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli kredit üzrə öz öhdəliklərini tam icra etmədiyi üçün qeyd edilən əmlaka dair “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2016-cı il tarixdə elektron qaydada tutma yönəldilmişdir. 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) üzrə öhdəlik yerinə yetirildiyi üçün həmin müqavilə üzrə əmlakın yüklülükdən azad olunmasına dair 04 dekabr 2018-ci il tarixli, 00667 saylı məktubla DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə elektron müraciət olunmuşdur. Cavabdehlər 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında tam yerinə yetirmədiyi üçün barələrində məhkəməyə müraciət olunmuş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(043)-1744/2017 saylı qətnaməsi ilə borc tələbinin tutulması və tutmanın ipoteka müqaviləsi ilə “X7 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmiş və ipoteka predmeti olan Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində ümumi sahəsi 122 kvadratmetr, yaşayış sahəsi 62,9 kvadratmetr yardımçı sahəsi 59,1 kvadratmetrdən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi 26 avqust 2013-cü il və 03 fevral 2015-ci il tarixli ipoteka müqavilələri üzrə “X7 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmeti olan Cavabdeh2 məxsus olan ünvan 1 ünvanını fərdi yüklülükdən azad etmiş və həmçinin bank tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını ləğv etmişdir. Halbuki, bankın ünvanladığı məktubda ancaq 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən yüklülüyün ləğv edilməsi xahiş edilmişdir. 14 aprel 2022-ci il tarixdə bank tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunaraq 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi bankın məktubuna cavab olaraq 11 may 2022-ci il tarixli məktub göndərmişdir. Məktuba əsasən bankın xahişi təmin olunmamışdır. Məhkəmə iclasında iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırki mübahisəyə inzibati məhkəmədə baxılmalıdır. Odur ki, mövcud iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin "xxxx" QSC-yə ünvanlandığı 11 may 2022-ci il tarixli, **********52 nömrəli məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus əmlak üzərindəki ipoteka müqavilələrinə "xxxx" QSC-nin 04 dekabr 2018-ci il tarixli, 00667 nömrəli məktubuna əsasən xitam verilmişdir. Odur ki, əmlak üzərində bankın xeyrinə olan ipotekasının (yüklülüyünü) və onun barəsində “İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi” üzrə bildirişin bərpa edilməsi mümkün olmamışdır. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, hazırki iddia tələbi üzrə mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 26 avqust 2013-cü il tarixdə “X7 Azərbaycan” QSC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış İpoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində ümumi sahəsi 122 kvadratmetr yaşayış sahəsi 62,9 kvadratmetr yardımkçı sahəsi, 59,1 kvadratmetrdən ibarət 3 otaqlı fərdi yaşayış evi “X7 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. Eyni zamanda 03 fevral 2015-ci ildə “X7 Azərbaycan” QSC ilə X3 arasında 194418/01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq 03 fevral 2015-ci tarixdə “X7 Azərbaycan” QSC ilə borclu X3 və ipoteka qoyan Cavabdeh2 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanılmışdır. Bağlanılmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kvadratmetr yaşayış sahəsi 62,9 kvadratmetr yardımçı sahəsi 59,1 kvadratmetrdən ibarət 3 otaqlı fərdi yaşayış evi “X7 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X3 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli kredit üzrə öz öhdəliklərini tam icra etmədiyi üçün qeyd edilən əmlaka dair “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2016-cı il tarixdə elektron qaydada tutma yönəldilmişdir. 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) üzrə öhdəlik yerinə yetirildiyi üçün həmin müqavilə üzrə əmlakın yüklülükdən azad olunmasına dair 04 dekabr 2018-ci il tarixli, 00667 saylı məktubla DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə elektron müraciət olunmuşdur. Cavabdehlər 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında tam yerinə yetirmədiyi üçün barələrində məhkəməyə müraciət olunmuş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(043)-1744/2017 saylı qətnaməsi ilə borc tələbinin tutulması və tutmanın ipoteka müqaviləsi ilə “X7 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmiş və ipoteka predmeti olan Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində ümumi sahəsi 122 kvadratmetr, yaşayış sahəsi 62,9 kvadratmetr yardımçı sahəsi 59,1 kvadratmetrdən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamənin icrası zamanı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi 26 avqust 2013-cü il və 03 fevral 2015-ci il tarixli ipoteka müqavilələri üzrə “X7 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmeti olan Cavabdeh2 məxsus olan ünvan 1 ünvanını fərdi yüklülükdən azad etmiş və həmçinin bank tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını ləğv etmişdir. Bankın ünvanladığı məktubda 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən yüklülüyün ləğv edilməsi xahiş edilmişdir. 14 aprel 2022-ci il tarixdə bank tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunaraq 03 fevral 2015-ci il tarixli, 194418/01 nömrəli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi bankın məktubuna cavab olaraq 11 may 2022-ci il tarixli məktub göndərmiş, lakin bankın xahişi təmin olunmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 17-ci bəndində izah olunur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi iddiaçı hər hansı əqddən doğan və yaxud əqdə əsaslanan mübahisə ilə bağlı deyil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məhz hərəkəti nəticəsində yol verilmiş səhvin aradan qaldırılması ilə bağlı iddia qaldırmışdır. İddiaçı əvvəlcə haqlı olaraq həmin idarəyə səhvinin aradan qaldırılması ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən tələbi təmin olunmamışdır. Belə olan halda iddiaçı cavabdehin hərəkətindən Gəncə İnzibati Məhkəməsinə mövcud iddia ilə müraciət etməli idi. Lakin iddiaçı yanlış olaraq Gəncə Şəhər Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Bu da qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir; 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsəhakim iş üzrə icraata xitam verir; 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərlə bağlı Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığı və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. İşin məhkəmədə baxılmalı olmaması işin ümumiyyətlə məhkəməyə aid olmadığını və məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığını nəzərdə tutur. Hazırkı mübahisə üzrə də mülki işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasının əsasları məhkəmənin gedişində üzə çıxdığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrində qeydə düzəlişin aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata, işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya tələbinin həlli ilə bağlı, yəni müvafiq orqanının hərəkətlərindən şikayətlə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrində qeydə düzəlişin aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata, işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İdiaçıya tələbinin həlli ilə bağlı, yəni müvafiq orqanının hərəkətlərindən şikayətlə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar