Məhkəmə qərarları › İş №e-2(125)-1105/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1105/2025

01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1105/2025 01.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlunun (məhkəmənin sonuncu iclasına gəlməmişdir), Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55630 (əlli beş min altı yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh adına ünvan 1ində əmlak alınmışdır. Əmlak alınan vaxt müqavilə üzrə 17000 manat və əlavə 5000 manat pul vəsaitini iddiaçı vermişdir. Ev təmirsiz vəziyyətdə və içərisində heç bir əşya, elektrik avadanlığı olmamışdır. Həmin evi tam təmir etdirib, yataq, qonaq, mətbəx, elektrik avadanlıqları, qab-qacaq və tam yaşayış üçün digər əşyalar alınmışdır. İddiaçı tərəfindən maliyyələşdirilmə nəticəsində evin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Əmlakın təmir olunması (otaqlar, hamam və tualet sıfırdan təmir edilmiş) və müasir mebel, qab-qacaq, televizor, soyuducu və digər texnika alınması üçün 20000 manat pul xərclənmişdir. Cavabdeh iddiaçının pulunu hissə-hissə xırda məbləğlərlə qaytarmağa başlasa da, hər dəfə qalıq borcun qaytarılması vaxtını uzadıb iddiaçıdan möhlət alır. Yekun olaraq 2026-cı ilin sonuna qaytarmalıdır. Lakin iddiaçının vəsaiti hesabına alınmış və təmir edilmiş evi iddiaçının xəbəri olmadan cavabdeh X3 filialından girov qoyaraq kredit götürmüşdür. Həmin ev alınıb təmir ediləndən və yaşayış üçün bütün mebel və elektrik avadanlıqları alınan zaman cavabdehlə belə razılığa gəliblər ki, əgər həmin evi satmaq, girov qoymaq və ya başqa formada özgəninkiləşdirmə qərarına gəlsə əvvəlcədən iddiaçının borcunu qaytarır və yalnız bundan sonra iddiaçı aldığı evi özgəninkiləşdirə və ya girov qoya bilər. Cavabdeh mübahisəli evi girova qoyub Bankdan borc pul almışdır, borc öhdəliyini icra edə bilmədiyindən iddiaçı öz vəsaiti hesabına xx.xx.2023-cü il tarixdə 1570 manat, tarixdə xx.xx.2024-cü il tarixdə 1520 manat, xx.xx.2023-cü il tarixdə 1520 manat, xx.xx.2024-cü il tarixdə 1520 manat, tarixdə xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 4400 manat və xx.xx.2024-cü il tarixdə 3600 manat kredit borcu ev hərracda satılmasın deyə atası Zöhrab Hüseynovun vasitəsi ilə ödənilmişdir. Cavabdehin kredit borcunu ödəyən zaman cavabdehlə razılığa gəlmişlər ki, kredit borcunu iddiaçı bu şərtlə ödəyir ki, yekunda əmlakı cavabdeh iddiaçının adına rəsmiləşdirəcək. Kredit borcundan 15630 manat məbləğlərdə ödəniş etdikdən sonra cavabdeh evi iddiaçının adına rəsmiləşdirmək fikrindən daşındığı bəyan etdiyi üçün iddiaçı kredit borcunun ödənilməsini dayandırmışdır. Bu faktı məhkəmə iclasına dəvət ediləcək şahidlər sübut edə bilər. Evin təmirinə pulu iddiaçının Zöhrab Hüseynov vasitəsi ilə xərclədiyini evdə işləyən ustalar və digər şəxslər məhkəmə iclasında şahid qismində çıxış edərək təsdiq edə bilər. İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmənin əvvəlki iclaslarında İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlu iştirak etmiş, təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə etmiş və iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun olan izahat vermiş və şahidlərin məhkəmədə dindirilməsi üçün işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması onun xahişinə əsasən 01 aprel 2025-ci il tarixə saat təxirə salınmışdır. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlu məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlu məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçının irəli sürdüyü iddia tam əsassızdır, belə ki onun mülkiyyətində olan ünvan 1ində yerləşən həmin evin alınması üçün, təmiri üçün və evin məişət əşyaları ilə təchiz edilməsi üçün iddiaçı ona heç vaxt pul verməmiş və heç bir xərc çəkməmişdir. Götürülmüş krediti də o özü ödəmişdir. İddiaçının irəli sürdüyü iddia ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə2 iştirak etmiş, iddianın əsassız olduğunu bildirmiş, məhkəmənin sonuncu iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş, iddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlunun cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 ona məxsus ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 64.7 kv.m olan fərdi yaşayış evini 17000 manat qiymətinə alıcı Cavabdeh satmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17.07. 2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 64.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə üzrə Cavabdeh adına mülk kimi qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh adına mülk kimi qeydə alınmış Daşkəsən rayonunun, Zağalı kəndində yerləşən həmin evin alınması üçün 22000 manatı pul vəsaitinin cavabdehə onun tərəfindən verildiyini, həmin evin təmiri üçün, bundan başqa, yataq, qonaq, mətbəx, elektrik avadanlıqları, qab-qacaq və tam yaşayış üçün digər əşyaların alınması üçün 20000 manat məbləğində pul xərclədiyini, xx.xx.2023cü il tarixdə 1570 manat, tarixdə xx.xx.2024-cü il tarixdə 1520 manat, xx.xx.2023-cü il tarixdə 1520 manat, xx.xx.2024-cü il tarixdə 1520 manat, tarixdə xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 4400 manat və xx.xx.2024-cü il tarixdə 3600 manat məbləğində olmaqla, cəmi 15630 manat məbləğində cavabdehin kredit borcunun onun tərəfindən ödənildiyini iddia etmiş və ümumilikdə 55630 (əlli beş min altı yüz otuz) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 Fərhad oğlu iştirak etmiş, təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə etmiş və iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun olan izahat vermişdir. Məhkəmə hesab edir ki, irəli sürülən iddia onun sübut olunmaması əsası ilə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Baxılan işdə Cavabdeh məhkəmədə ona qarşı qaldırılan iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, onun mülkiyyətində olan, ünvan 1ində yerləşən evin alınması üçün, təmiri üçün və evin məişət əşyaları ilə təchiz edilməsi üçün iddiaçı ona heç vaxt pul verməmiş və heç bir xərc çəkməmişdir. Götürülmüş krediti də o özü ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ona qarşı qaldırılan iddiaya edib, iddiaçının məhkəməyə bildirdiklərini təkzib etdiyindən məhkəmə hesab edir ki, yalnız iddiaçının (və onun nümayəndəsinin) məhkəməyə bidirdiklərinə əsaslanmaqla iddianın təmin edilməsi MPM-in sübutlarla bağlı tələblərinə əsasən yolverilməzdir. Məhkəmənin qənaətincə, iddianın sübuta yetirilmiş sayılması üçün iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən, işlə əlaqəli olan başqa sübutlar da məhkəməyə təqdim edilməlidir ki, iddiaçı bununla bağlı məhkəməyə başqa heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia mötəbər sübutlarla sübuta yetirilmədiyindən təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri (dövlət rüsumu və.s) ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar