Məhkəmə qərarları › İş №e-2(125)-1122/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1122/2025

18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1122/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı “şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi İddiaçı nümayəndəsi vəkil Nümayəndə vasitəsilə “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri X6 18 dekabr 2022ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı X11 ilə xx.xx.2006-cı il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsindənikahlarını rəsmi qeydiyyata aldırmışlar və nikahları 133 nömrəli aktla qeyd edilməklə onlara AZ-İ №204307 nikah haqqında şəhadətnamə verilmişir. xx.xx.2022-ci il tarixdə ərizəçinin əri X3 Federasiyasında vəfat etmiş və bu barədə 2023-cü il mart ayının 10-cugünündə 695 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. X2 nəşi Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilərək xx.xx.2023-cü il tarixdə Sərkar kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu barədə Samux rayon Sərkar kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 309 saylı arayış verilmişdir. Bu faktı X2 dəfn olunmasında və dəfn mərasimində iştirak etmiş şahidlərdə məhkəmə iclasında verəcəkləri ifadə ilə təsdiq edə bilərlər. Bu şahidlər aşağıdakılardır. 1) X4 – Gəncə şəh., Nizami ray., Ə.Seyfi küçəsi ev 31Q. Ş/V AZE17094921, FİN:28S2MV7 2) X7 – Ş/V AA2536364, FİN:1BJULVU 3) X12 – Gəncə şəhəri, 4-cü Mikrorayon ev 16 mənzil 68. Ş/V AA3347151, FİN:7FRQV48 4) X5- Gəncə şəhəri, 4-cü Mikrorayon ev 16 mənzil 68. Ş/V AZE0*******, FİN xxxxxxx Hazırda isə ərizəçinin mərhum əri X6 vərəsəlik hüququnun həyata keçirilməsi üçün sonuncunun ölüm haqqında şəhadətnaməsi tələb edilir. Daha sonra bununla bağlı olaraq Gəncə Şəhər Qeydiyyat Şöbəsinə müraciət edilmişdir. Lakin, müraciətə Gəncə ŞəhərQeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla X2 ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə ərizəçi İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirak edərək, ərizənin məzmununda izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs-Gəncə Şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X12 ifadə verərək, göstərmişdir ki, X11 onun atasıdır. Atası 18 dekabr 2022-ci il tarixdə Artemovsk şəhərində ölmüşdür. Daha sonra onun nəşi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2023-cü il tarixdə Sərkar kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə digər şahid X4 da ifadə verərək, X6 18 dekabr 2022-ci il tarixdə Artemovsk şəhərində ölməsini, daha sonra onun nəşinin Azərbaycan Respublikasına gətirilərək xx.xx.2023-cü il tarixdə Sərkar kənd qəbiristanlığında dəfn olunmasını təsdiq etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 07 dekabr 1978-ci ildə Gəncə şəhərində doğulmuşdur. Mülki işin materiallarında olan, nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə İddiaçı 07 mart 2006-cı ildə Gəncə şəhərində rəsmi nikah bağlamışlar. Qeyd edilən sübutdan müəyyən olunur ki, ərizəçi İddiaçı barəsində ərizə verilən X6 həyat yoldaşıdır və hazırki ərizə ilə məhkəməyə müraciət emək hüququ vardır. İşdə olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən ərizəçi İddiaçı ünvanlanmış 21.08 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Mülki işin materiallarında olan, Samux rayon İcra Hakimiyyəti başçısının Sərkar kənd İƏD üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 309 saylı arayışda qeyd edilmişdir ki, X11 xx.xx.2023-cü il tarixdə Sərkar kənd qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin və onun nümayəndəsinin izahatları, ifadə vermiş şahidlərin ifadələri və iş materialları ilə təsdiq olundu ki, ərizəçi İddiaçı həyat yoldaşı-07 dekabr 1978-ci ildə doğulmuş X11 18 dekabr 2022-ci ildə vəfat etmişdir. Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən X2 ölümü haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 307, 308, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 07 dekabr 1978-ci ildə Gəncə şəhərində doğulmuş X6 18 dekabr 2022-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar