Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1132/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı cavabdehin hesabına ödənilmiş 1.800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində saat 22:00 radələrində Gəncə şəhəri, N.Nərimanov prospekti istiqamətində X13 idarə etdiyi «VAZ 21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil manevretmə qaydasını pozmuş, nəticədə X9 idarə etdiyi «Toyota Camry» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə, Əmiralıyev Hicran Telman oğlunun idarə etdiyi «VAZ 2106» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yetirmişdir. Hadisə ilə əlaqədar olaraq Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin tərəfindən qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 3(044)-570/2021 nömrəli qərara əsasən «VAZ 21063» markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X8-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olaraq müəyyən edilmiş və şəxs barəsində İXM-nin 332.4-cü maddəsinə əsasən cərimə tətbiq olunmuşdur. Odur ki, inzibati tənbehvermə haqqında qərara əsaslanaraq müvafiq sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq «VAZ 2106» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1.300 manat Əmiralıyev Telman Sevindik oğlunun hesabına, «Toyota Camry» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1.800 manat Cavabdeh hesabına, X1 dəyən yüngül xəsarətlə əlaqədar olaraq 750 manat sığorta ödənişi X6 hesabına köçürülmüşdür. X19 Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(104)-370/2021 nömrəli qərarı ilə X17 barəsində İXM-nin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-570/2021 nömrəli qərarı ləğv edilmişdir. Nəticə etibarilə, sığortalanmış «VAZ 21063» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirinin olmadığı müəyyən olunmuşdur. Belə olan təqdirdə Cavabdeh hesabına ödənilmiş 1.800 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq öhdəliyi yaranır. Məsələ ilə əlaqədar olaraq Cavabdeh ünvanına ödənilmiş sığorta ödənişinin geri qaytarılması barədə pretenziya ünvanlansa da, cavabdeh tərəfindən hər hansı bir tədbir görülməmişdir. Sonda "xxxx" ASC iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddianı qəbul etməyərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iddianı qəbul etməyərək bildirdi ki, ** DC *** dövlət qeydiyyat nişanlı, «Toyota Camry» minik markalı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə o, idarə etdiyi ** DC *** dövlət qeydiyyat nişanlı, «Toyota Camry» markalı avtomobili Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən «Alov» restoranının qarşısında saxlamışdır. Təxminən saat 22 radələrində əks istiqamətdə hərəkətdə olan «VAZ 2106» markalı avtomobil digər «VAZ 2106» markalı avtomobillə toqquşmuş və bu zaman yanğın baş vermişdir. Hadisə zamanı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi onun avtomobilinin sol arxa hissəsinə dəymiş və onun idarəçiliyində olan avtomobil zərər görmüşdür. X5 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini və müstəqil tələb irəli sürməyən üçüncü şəxsi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, PME********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X14 tərəfindən «VAZ 21063» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə PME********** nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi» üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, ** DC *** dövlət qeydiyyat nişanlı, «Toyota Camry» markalı avtomobilə dəymiş zərər cəmi 1.800 manat olaraq hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, ** EH *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtomobilə dəymiş zərər cəmi 1.300 manat olaraq hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, XP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, X13 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallar aşkar olunduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə, saat 12:01-də Gəncə şəhər, N.Nərimanov prospektində «VAZ 21063» markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 400 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-570/2021 nömrəli qərarının surətindən görünür ki, 01 iyun 2021-ci il tarixdə, saat 22:00 radələrində X3 hüququ olmadan idarə etdiyi «VAZ 2106» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən «Alov» restoranının bərabərliyində hərəkətdə olarkən geriyə manevretmə qaydasını pozaraq sürücü Əmiralıyev Hicran Telman oğlunun idarə etdiyi «VAZ 2106» minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində yanğın hadisəsi baş vermiş, Səfər Kazımovun avtomobili «Alov» restoranının qarşısında dayanmış vəziyyətdə olan X9 etibarnamə əsasında idarə etdiyi «Toyota Camry» markalı, ** DC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə arxa hissədən dəymiş və yanğın sonuncu avtomobilə də keçərək ziyan vurmuş, həmçinin yol-nəqliyyatı hadisəsi nəticəsində «VAZ 2106» markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X10 yüngül dərəcəli xəsarət almışdır. Buna görə də X17 barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinimiş və ona 400 manat miqdarında inzibati cərimə növündə inibati tənbeh tətbiq edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, İAS210812 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində, saat 22:00 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində baş verən nəqliyyat hadisəsi əsasında ** DC *** dövlət qeydiyyat nişanlı, «Toyota Camry» minik markalı avtomobilə dəymiş zərər olan 1.800 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən sözügedən avtomobilin mülkiyyətçisi Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İAS210813 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində, saat 22:00 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində baş verən nəqliyyat hadisəsi əsasında ** EH *** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» minik markalı avtomobilə dəymiş zərər olan 1.300 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən həmin avtomobilin mülkiyyətçisi X2 hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, İAS210814 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində, saat 22:00 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində baş verən nəqliyyat hadisəsi əsasında X1 dəyən yüngül xəsarətə görə 750 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X6 hesabına köçürülmüşdür. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(104)-370/2021 nömrəli qərarının surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-570/2021 nömrəli qərarı ləğv edilmiş, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X13 əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanmasından rədd edilmiş, X8 hərəkəti haqqıda qanunun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-NİN DYPŞ-nə göndərilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati icraata xitam verildiyindən ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.800 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən geri qaytarılmasını tələb etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 007227 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC xx.xx.2021-ci il tarixli, İAS210812 nömrəli sığorta ödənişi aktına əsasən 1.800 manat məbləğində pul vəsaitini Cavabdeh hesabına köçürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «VAZ 21063» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə bir illik müddətinə icbari sığorta olunmuşdur. Belə ki, «VAZ 21063» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X17 idarə etmişdir. xx.xx.2021-ci il tarixində, saat 22:00 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində baş verən nəqliyyat hadisəsi nəticəsində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-570/2021 saylı qərarına əsasən X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinimiş və ona 400 manat miqdarında inzibati cərimə növündə inibati tənbeh tətbiq edilmişdir. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti sığortalı hesab olunan «VAZ 21063» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hesab edilən X13 təqsirinə görə 1.800 manat məbləğində pul vəsaitini ** DC *** dövlət qeydiyyat nişanlı, «Toyota Camry» markalı avtomobilə dəymiş zərərə görə həmin avtomobilin mülkiyyətçisi Cavabdeh hesabına köçürmüşdür. X19 Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(104)-370/2021 nömrəli qərarına əsasən X13 verdiyi apellyasiya şikayəti təmin edilmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-570/2021 nömrəli qərarı ləğv edilmiş, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Buna görə "xxxx" ASC inzibati icraata xitam verildiyindən ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.800 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən geri qaytarılmasını xahiş etsə də, Cavabdeh sözügedən məbləği könüllü ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi göstərdiyi halları, yəni Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(104)-370/2021 nömrəli qərarını, "xxxx" ASC tərəfindən 1.800 manat məbləğində pul vəsaitinin Cavabdeh hesabına köçürülməsinə dair xx.xx.2021-ci il tarixli, 007227 nömrəli ödəniş tapşırığını təqdim etməklə sübuta yetirsə də, Cavabdeh etirazını təsdiq edən sübutları, yaxud yol nəqliyyat hadisəsinin digər şəxs(lər)in təqsirli hərəkətləri nəticəsində baş verməsini təsbit edən inzibati xəta haqqında protokolu, həmin protokol əsasında inzibati tənbeh verməyə dair səlahiyyətli orqanın qərarını və ya müvafiq məhkəmə qərarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən edilməli, Cavabdeh 1.800 manat məbləğində pul vəsaiti alınıb "xxxx" ASC-yə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 1.800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 40 (qırx) qəpik, cəmi 1.838 (bir min səkkiz yüz otuz səkkiz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1132/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1132/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver