Məhkəmə qərarları › İş №e-2(125)-1498/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1498/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1498/2025 27.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdehnə qarşı «qətnamənin icrasına möhlət verilməsinə» dair sadələşdirilmiş icraat qaydasında ərizəsini Gəncə Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «qətnamənin icrasına möhlət verilməsinə» dair sadələşdirilmiş icraat qaydasında AZEMİS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-885/2024 nömrəli qətnaməsinin icrasına 6 ay möhlət verilməsini barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, belə ki, ərizəçi İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-885/2024 nömrəli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə ərizəsini icra qaydasında verməli olduğu halda AZEMİS vasitəsilə işin növünü mülki iş, icraatın növünü isə sadələşdirilmiş icraat kimi qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə görə həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı «qətnamənin icrasına möhlət verilməsinə» dair sadələşdirilmiş icraat qaydasında ərizəsi, həmin icraat növü üzrə baxıla bilməz və ona görə də ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə qətnamənin icrası qaydasında icraat üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı «qətnamənin icrasına möhlət verilməsinə» dair sadələşdirilmiş icraat qaydasında ərizəsini icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı qətnamənin icrası qaydasında icraat üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar