Məhkəmə qərarları › İş №e-2(125)-158/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-158/2025

16.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-158/2025 16.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)İddiaçı nümayəndəsi vəkil Nümayəndə1, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə-iddiaçı) Cavabdeh2, onun və İlk iddia üzrə digər cavabdeh (qarşılıqlı iddia üzrə-iddiaçı) Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin əsassız varlandığı 8 000 (səkkiz min) manat pul vəsaitinin və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin əsassız varlandığı 8 000 (səkkiz min) manat pul vəsaitinin və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri S. Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən daşınmaz əmlakda-həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində tərəfindən həyata keçirilmiş təmir-tikinti işlərinin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8000 (səkkiz min) manat pul vəsaitinin və 100 (bir yüz) manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun doğma bibiləridir. Və cavabdehlərin hər ikisi Gəncə şəhəri S. Pirsultanlı (X6) küçəsi, 2- ci döngə, ev 3A ünvanının – yaşayış sahəsinin ümumi mülkiyyətçiləridir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-55/2023 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən 8000 ( səkkiz min) manat kompensasiya verilməklə cavabdeh İddiaçı Gəncə şəhəri S. Pirsultanlı (X6) küçəsi, 2- ci döngə, ev 3A ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi, Gəncə şəhəri, S.Pirsultanlı ( X6 ) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı əşyaları ilə birlikdə çıxarılması və Gəncə şəhəri, S. Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçılar X1 və Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. O, hazırkı mülki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində doğulub boya başa çatmışdır. Həmin ünvan onun əsas və daimi yaşayış yeri olmuşdur. Odur ki, həmin ünvanda o, bəzi təmir, tikinti və yaxşılaşdırma işləri görmüşdür. Belə ki, Gəncə şəhəri, S. Pirsultanlı (X6) küçəsi, 2- ci döngə, ev 3A ünvanında otaqları təmir etdirmiş və həyətyanı sahənin divarlarını mişar daşı ilə hördürmüşdür. Təmir – tikinti işləri olaraq 8000 (səkkiz min) manat xərci çıxmışdır. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evində daim o, yaşamış, cavabdehlər yaşamamışlar. Odur ki, ötən illər ərzində bütün təmir-tikinti işləri onun tərəfindən həyata keçirilmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 881.97 (səkkiz yüz səksən bir) manat 97 qəpik pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhrum qardaşları Yunisin oğludur və o, onlara məxsus olan evdə yaşayaraq onları evə buraxmırdı. Ona görə də məhkəmədə 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə İddiaçı onlara məxsus olan evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün məhkəməyə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinin 30 may 2023cü il tarixli 2(125)-55/2023 saylı qətnaməsi ilə iddiaları təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunaraq İddiaçı əşyaları ilə birlikdə onlara kompensasiya məbləğini isə icra qurumunun depozit hesabına köçürsələr də, bu günə kimi həmin məbləği götürməmişdir. Hazırda isə İddiaçı onlara qarşı məhkəmədə iddia qaldıraraq guya evin təmirinə xərclədiyi pulu tələb edir. Lakin İddiaçı uzun illər onlara məxsus olan evdə yaşayan zaman nəinki evi təmir etdirmiş, əksinə evin əvvəldən olan təmirini də tamamilə yararsız hala salmışdır. Hələ bu azmış kimi İddiaçı evdə yaşadığı müddət ərzində kommunal xərcləri də ödəməmiş, nəticədə xeyli məbləğdə borc yığılmışdır. Təkcə su və kanalizasiyadan istifadəyə görə İddiaçı 881.97 manat borcu yığılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı həmin evdə yaşadığı müddət ərzində onun təmirini tamamilə yararsız hala salmışdır. Hətta İddiaçı evin pəncərələrini belə sökmüş, onların yerini isə alçipan bağlamışdır. Evin əvvəlki vəziyyətinə gətirilməsi üçün ona minimum 3000 (üç min) manat pul xərcləməlidirlər. Cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı su və kanalizasiyadan istifadəyə görə yaranmış borcun əvəzi olaraq 881.97 (səkkiz yüz səksən bir manat doxsan yeddi qəpik) manat və evin təmirinə vurulmuş ziyana görə 3000 (üç min) manat, cəmi 3881.97 (üç min səkkiz yüz səksən bir manat doxsan yeddi qəpik) manat pulun və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 iştirak etmiş, təmsil etdiyi ilk İddiaçı irəli sürdüyü iddianı müdafiə etmiş, ilk iddia ərizəsinin məzmununa uyğun olan izahat vermiş, izahatında qarşılıqlı iddianın əsassız olduğunu bildirmiş, sonda ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə-iddiaçı) Cavabdeh2, onun və İlk iddia üzrə digər cavabdeh (qarşılıqlı iddia üzrə-iddiaçı) Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 iştirak etmiş, ilkin iddianın əsassız olduğunu və rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Məhkəmə baxışında dindirilmiş Şahid izahatında bildirmişdir ki, mübahisəli evin qonşuluğunda yaşayır. Bir neçə il bundan əvvəl həmin evin həyətyanı sahəsinə küçə tərərfdən yeni hasar çəkilmişdir. Hasar çəkildiyi vaxt evin mülkiyyətçisi, yəni Yusifin nənəsi Fatma sağ olmuş, Yusif isə heç bir yerdə işləməmişdir. O, həmin hasarın Yusifin vəsaiti hesabına, yoxsa nənəsinin vəsaiti hesabına tikilməsini bilməmişdir. Məhkəmə gəlmiş şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvandan 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 adlarına qeyd olunmuşdur. İş materiallarında olan hesab fakturadan görünür ki, ünvan 8 ünvanında abonent Fatma Yusibovanın xx.xx.2024-cü il tarixə dövrü borc 1.80 manat olmaqla, cəmi 881,97 manat qalıq borcu qalmışdır. İş materiallarında olan X3 Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, MMC tərəfindən Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi 2-ci döngədə yerləşən 3 A saylı fərdi yaşayış evinə çəkilən su xəttinin çəkilişinə, mişar daşından hörülmüş hasara, mətbəx və yaşayış otağına çəkilən xərc hesablandıqda 6238 manat pul xərclənmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə cavabdeh İddiaçı Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı əşyaları ilə birlikdə çıxarılması və Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçılar Cavabdeh1 və Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8027 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngədə yerləşən 3A saylı fərdi yaşayış evinin 2 saylı mətbəx və 4 saylı yaşayış otağı tikililərində təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, təmir işlərinin dövrünün müəyyən edilməsinə dair metodika olmadığından, sözügedən fərdi yaşayış evinin 2 saylı mətbəx və 4 saylı yaşayış otağı tikililərində yerinə yetirilmiş təmir işlərinin hansı dövrdə aparıldığını müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngədə yerləşən 3A saylı fərdi yaşayış evinin 2 saylı mətbəx və 4 saylı yaşayış otağı tikililərində aparılmış təmir işlərinə sərf edilmiş materialların həcmi smetada göstərilmişdir. Həmin rəyə əlavə edilmiş Ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış tədqiqatların dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. Məhkəmə baxışı zamanı mübahisəli evə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)İddiaçı nümayəndəsi vəkil Nümayəndə1, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə-iddiaçı) Cavabdeh2, onun və İlk iddia üzrə digər cavabdeh (qarşılıqlı iddia üzrəiddiaçı) Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)İddiaçı təmir etdirdiyini iddia etdiyi ev tam təmirsiz, qapı və pəncərələri tamamilə köhnəldiklərindən istifadəyə tam yararsız, həyətyanı sahənin ətrafına çəkilmiş mişar daşından olan hasar bir neçə yerdən çatlamış vəziyyətdədir. Evin yalnız bir otağının divarlarında natamam, heç bir əhəmiyyətli dəyəri olmayan üzçəkmə(şpaklevka) işləri görülmüşdür və həmin işlər də tamamlanmayaraq, yarımçıq qalmışdır. Evdən yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidən təmir işləri aparılmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 8 ünvandan 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 adlarına qeyd olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)- 55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə cavabdeh İddiaçı Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı əşyaları ilə birlikdə çıxarılması və Gəncə şəhəri, S.Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçılar Cavabdeh1 və Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İlkin iddiaçı Gəncə şəhəri S. Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən daşınmaz əmlakda - həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində tərəfindən həyata keçirilmiş təmir-tikinti işlərinin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8000 (səkkiz min) manat pul vəsaitinin və 100 ( bir yüz ) manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi, qarşılıqı iddiaçılar isə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı su və kanalizasiyadan istifadəyə görə yaranmış borcun əvəzi olaraq 881.97 (səkkiz yüz səksən bir manat doxsan yeddi qəpik) manat və evin təmirinə vurulmuş ziyana görə 3000 (üç min) manat, cəmi 3881.97 (üç min səkkiz yüz səksən bir manat doxsan yeddi qəpik) manat pulun və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə ilk növbədə onu qeyd edir ki, həm ilk, həm də qarşılıqlı iddiaçıların hazırki iddiana qaldırmağa subyektiv hüquqları olmuşdur. Bununla belə, araşdırmalar zamanl müəyyən edilən işin halları irəli sürülən hər iki iddianın təmin edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə göstərir ki, artıq yuxarıda qeyd edildiyi kimi, işin məhkəmə baxışı zamanı işin faktiki hallarının obyektiv surətdə aşkara çıxarılması məqsədilə ilk iddia üzrə cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri S. Pirsultanlı (X6) küçəsi, 2-ci döngə, ev 3A ünvanında yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)İddiaçı təmir etdirdiyini iddia etdiyi ev tam təmirsiz, qapı və pəncərələri tamamilə köhnəldiklərindən, istifadəyə tam yararsız, həyətyanı sahənin ətrafına çəkilmiş mişar daşından olan hasar bir neçə yerdən çatlamış vəziyyətdədir. Evin yalnız bir otağının divarlarında natamam, heç bir əhəmiyyətli dəyəri olmayan üzçəkmə(şpaklevka) işləri görülmüşdür və həmin işlər də tamamlanmayaraq, yarımçıq qalmışdır. Başqa sözlə deyilsə, ilk iddiaçının həmin evdə gördürdüyü işlər nəticəsində evin dəyərinin artmasından heç bir söhbət gedə bilməz. Evdən yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidən təmir işləri aparılmalıdır. Ona görə də məhkəmə alınmış ekspert rəyini də işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qiymətləndirmir və bu qənaətdədir ki, ilk iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə qarşılıqlı iddianı da əsassız sayır. Belə ki, ev tam təmirsiz, qapı və pəncərələri tamamilə köhnəldiklərindən istifadəyə tam yararsız vəziyyətdədir. Belə halda ilk iddiaçının həmin evə hansısa ziyan vurmasından söhbət gedə bilməz. Bundan başqa, evdə sudan istifadəyə görə, 881,97 manat qalıq borcunun olması təsdiq olunsa belə, həmin borcun qarşılıqlı iddiaçılar tərəfindən ödənildiyi müəyyən edilmir. Qeyd edilənlərə əsasən, məhkəmə həm də qarşılıqlı iddianı əsassız sayır. Məhkəmə onu da qeyd edir ki, hazırki işə baxılarkən ilk iddiaçının nümayəndəsinin vəsatətinə əsasən iş üzrə ekspertizanın keçirilməsi qərara alınmış və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8027 nömrəli rəyinə əlavə edilmiş Ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış tədqiqatların dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. Artıq yuxarıda qeyd edildiyi kimi, hər iki iddia əsassız sayılmışdır. Aparılmış ekspertiza ilk iddia tələbi üzrə aparıldığından və ilk iddia əsassız sayıldığından, məhkəmə belə qərara gəlir ki, həmin xərclər ilk iddiaçıya aid edilməli və ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hər iki iddianın əsassız sayıldığını nəzərə alaraq, belə qərara gəlir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İlk İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin əsassız varlandığı 8 000 (səkkiz min) manat pul vəsaitinin və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatların dəyəri olan 100 (bir yüz) manat məbləğində pul ilk İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar